Təhsil psixoloqlarının məsuliyyəti daha böyükdür
Təhsil psixoloqları nələrə diqqət etməlidir?Təhsil psixologiyası çox önəmli və özəl sahədir, çünki bu sahə gələcək üçün investisiya hesab olunur və insanların düşüncə tərzinin formalaşmasında böyük rol oynayır. Təhsil psixoloqlarının məsuliyyəti genişdir, çünki onlar yalnız uşaq psixologiyasını deyil, həm də sosial və sosiologiya aspektlərini nəzərə alaraq fəaliyyət göstərirlər".
AzTehsil.com- n əldə etdiyi məlumata görə bu sözləri 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Cəfərov bildirib.
Psixoloq əlavə etdi ki, təhsil psixoloqları uşaqları individual şəkildə tanımalı, onların şəxsiyyət tiplərini və sosial mühitlə əlaqələrini öyrənməlidirlər. Bu prosesdə anamnestik məlumatlar, anketlər və psixoloji pasportlar xüsusi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdə psixoloji pasport anlayışı fərqlidir, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb:
"Təhsil psixoloqları həm bağça, həm məktəbəqədər, ibtidai və orta məktəb, həm də ali təhsil müəssisələrində fəaliyyət göstərməlidir. Onların əsas istiqamətlərindən biri psixoedukasiya, yəni psixoloji maarifləndirmədir. Bu fəaliyyət vasitəsilə cəmiyyət gələcəkdə zərərli düşüncələrdən qorunmuş olur və uşaqların inkişafı dəstəklənir".