AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Dünya / Manşet / Bölgə / Şagird
21 avqust 2025
929

Azərbaycan təhsil sistemi beynəlxalq göstəricilərdə geridə qalır



Azərbaycanın təhsil sistemi bu gün nə sovet modelindən tamamilə uzaqlaşıb, nə də Qərbin müasir standartlarına tam inteqrasiya edə bilib. Məzmun baxımından köhnə ənənələrin izləri qalmaqda davam edir, idarəetmədə mərkəzləşmə hələ də hökm sürür, imtahan mexanizmlərində isə əsasən testləşdirmə üstünlük təşkil edir.


AzTehsil.com xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov azedu.az-a danışarkən bildirib.


Boloniya sisteminin müsbət təsirini görmürük


"Halbuki Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulmaqla Avropa ali təhsil məkanının üzvü olub, “Təhsil haqqında” Qanunda da ali təhsil pillələrinin bakalavr-magistr-doktorantura səviyyəsində təşkili təsbit olunub. Qanunun 15-ci maddəsində açıq şəkildə göstərilir ki, magistratura ixtisaslaşmış kadrların elmi və peşəkar hazırlığını təmin etməlidir, amma faktiki reallıq tamamilə fərqlidir.


Mövcud göstəricilər ölkənin hansı təhsil modelinə yaxın olduğunu müəyyənləşdirməyə imkan verir. PISA 2022 nəticələrinə görə Azərbaycan 69 ölkə arasında riyaziyyatda 65-ci, oxu bacarıqlarında 64-cü, təbiət elmlərində isə 66-cı yerdə qərarlaşıb. OECD ortalamasından xeyli geri qalmaqla yanaşı, region ölkələri – məsələn, Estoniya və Polşa ilə müqayisədə nəticələr çox zəifdir. Bu fakt sübut edir ki, Azərbaycanda tətbiq edilən formal Boloniya mexanizmləri təhsil keyfiyyətinə ciddi təsir göstərə bilmir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ali məktəb məzunlarının 35-40 faizi ixtisasına uyğun iş tapa bilmir. Bu isə əmək bazarı ilə təhsil arasında kəskin uyğunsuzluğun bariz göstəricisidir".


Təhsildə sovet ənənələri davam edir


"Mənfi tərəflər açıq şəkildə ortadadır. Tədris proqramları əksər hallarda sovet ənənələrinin davamı olaraq nəzəri biliklərlə yüklənib, şagird və tələbələrdə analitik və yaradıcılıq bacarıqları zəif inkişaf etdirilir. Ali təhsil müəssisələrində kredit sistemi kağız üzərində tətbiq olunur, lakin əksər hallarda müəllim mərkəzli yanaşma üstünlük təşkil edir. Məktəblərdə kurikulum islahatları aparılsa da, onların keyfiyyətə real təsiri zəifdir. Nəticədə həm beynəlxalq qiymətləndirmələrdə, həm də daxili göstəricilərdə geriləmələr müşahidə olunur.


Müsbət tərəf ondan ibarətdir ki, son 20 ildə təhsil infrastrukturu baxımından xeyli irəliləyiş əldə olunub. Minlərlə yeni məktəb binası tikilib, regionlarda təhsil müəssisələrinin sayı artıb, beynəlxalq universitetlərlə əməkdaşlıq müqavilələri bağlanıb. Lakin bütün bunlar keyfiyyət göstəricilərində dönüş yaratmayıb. Çünki uğurun əsas meyarı bina və texniki avadanlıq deyil, məzmun, müəllim hazırlığı və idarəetmədə şəffaflıqdır.


Dünya təcrübəsinə nəzər yetirdikdə, Finlandiya, Estoniya və Sinqapur kimi ölkələrin uğur sirri məhz təhsil sisteminin ideoloji və metodoloji əsaslarında gizlənir. Onlar təhsili sadəcə kütləvi diplom istehsalı yox, innovasiya və iqtisadi inkişafın əsası kimi görürlər. Azərbaycanda isə hələ də təhsil anlayışı çox zaman formal sənəd əldə etməklə məhdudlaşır. Bu səbəbdən xaricdə magistratura və doktorantura təhsili almaq istəyənlərin sayı ildən-ilə artır.


Nə dəyişəcək sualının cavabı aydındır: əgər mövcud vəziyyət davam etsə, Azərbaycan təhsili beynəlxalq reytinqlərdə və qiymətləndirmələrdə daha da geriləyəcək, universitetlər dünya akademik məkanından kənarda qalacaq. Təhsil diplomlarının dəyəri azalacaq və əmək bazarında etimad problemi daha da kəskinləşəcək. Nə dəyişməlidir sualının cavabı isə daha kəskin islahat ehtiyacını göstərir. Əvvəla, dövlət sifarişli yerlər və ixtisas planlamaları real əmək bazarı tələblərinə uyğunlaşdırılmalıdır. İkincisi, tədris proqramları yaradıcılıq və analitik düşüncəni inkişaf etdirəcək məzmunla yenilənməlidir. Üçüncüsü, müəllimlərin peşəkarlığının artırılması üçün davamlı və səmərəli mexanizmlər tətbiq olunmalıdır".



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür