AzTehsil.com


Xəbərlər / Müəllim / Abituriyent / Bakalavr / Magistr
01 dekabr 2017
3 300


Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU



Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da təhsil cəmiyyəti formalaşdıran ən vacib amillərdən biridir. Hazırki dövrdə hər bir dövlətin inkişafında mühüm rolu məhz təhsil oynayır, ona görə ki, dövlət yalnız ağıllı, bacarıqlı, yüksək elmə malik olan insanlarının fəaliyyəti əsasında inkişaf edə, yüksək naliyyətlər qazana bilər. Belə ki, yuxarıdakılar nəzərə alınaraq ölkəmizdə də bu sahəyə xüsusi önəm verilir, təhsilin inkişafı naminə böyük işlərə imza atılır.


Təhsilin inkişafında, o cümlədən ali təhsilimizin indiki vəziyyətə gəlib çıxmasında ulu öndər Heydər Əliyevin fəaliyyəti danılmazdır. Dövlətimizin inkişafı ilə yanaşı təhsilimizdə də əldə olunan uğurlar ümummili lider Heydər Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində əldə olunub.

Daha sonra hakimiyyətə ulu öndərin davamçısı olan İlham Əliyevin gəlməsi bu sistemda uğurlu islahatların əsasını qoydu. Belə ki, son 10 ildə təhsil sistemində baş verən dəyişikliklər, çoxsaylı naliyyətlər bu sitemin inkişaf mərhələsində yeni, həlledici yollar açdı.


Bununla da Azərbaycan qloballaşan dünyada gedən inkişafa uyğun olaraq qısa zaman kəsiyində təhsil sistemində böyük addımlar atdı. Bu addımlardan da ən mühümü ali məktəblərdə təhsilin yeni sistemə, yəni boloniya sisteminə keçməsi oldu. 2001-ci ildən ölkəmizin Avropa Şurasına üzv olması Azərbaycanın Avropa məkanına inteqrasiyasını daha da sürətləndirdi, o cümlədən Azərbaycan ölkə təhsilimizin avropa təhsil məkanında gedən proseslərə inteqrasiya olunması məsələsini müəyyənləşdirməyə başladı.


Ümumiyyətlə, boloniya sisteminə gedən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunan konfransda 4 ölkə Almaniya, İtaliya, Böyük Britaniya və Fransa təhsil nazirləri tərəfindən Sarbona Bəyənnaməsinin qəbulundan sonra başlandı.


Daha sonra 1999-cu ildə Avropanın 29-dan çox ölkəsinin təhsil nazirləri İtaliyaya yığışaraq Boloniya Bəyannaməsini qəbul etdi. Hazırda bu prosesə 45 ölkə qoşulub. Sənəddə iki pilləli təhsil, təhsilin keyfyyətinin gücləndirilməsi, kredit sisteminin tətbiqi, diplomlarımızın Avropa ölkələrində tanınması və digər müddəalar öz əksini tapıb.


Ölkədə bu sistemə qoşulmaq üçün ilk addımlar 2004-cü ildə atıldı. Həmin ildə Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində Qafqaz ölkələrinin təhsil nazirlərinin konfransı keçirilmişdi və həmin tədbirdə xüsusi bəyannamə qəbul olunmuşdu. Həmin bəyənnaməyə əsasən, 2004-cü ildə Azərbaycanda boloniya sisteminə qoşulmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən hesabat hazırlanaraq Avropa Komissiyasına təqdim edildi.


Nəticədə isə 2005-ci ildə mayın 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda təhsil naziri Misir Mərdanov boloniya prosesinə qoşulmaqla bağlı rəsmi sənəd imzaladı. Bu sənəddən sonra Azərbaycan boloniya prosesinə qoşuldu. 


Beləliklə də ölkəmiz boloniya sisteminə qoşulmaqla ölkədə təhsilin keyfiyyətinin daha artmasını təmin etmək, təhsilimizin avropa ölkələrinin təhsilinə uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri öz üzərinə götürdü.


Bu sistemə qoşulmaqda əsas məqsəd Azərbaycanın Avropa təhsilinə inteqrasiya olunmasıdır. Ümumiyyətlə, bilirik ki, Azərbaycan Avropa ölkələrinə inteqrasiya olunur. Burada təhsil ən önəmli sahələrdən hesab olunur. Bu gün Avropada demək olar ki, sərhədlər yoxdur bu sistem Avropa təhsilində mövcüd olan sərhədlərin silinməsinə gətirib çıxarıb.


Sistemin bir neçə pillələləri var ki, bura diplomların tanınması, tələbələrin bir universitetdən digərinə problemsiz köçürülməsi və digərləri daxildir. Bəzən ölkə gənclərimizdən biri hansısa xarici ölkədə iş yeri tapdıqda təhsilləri ilə bağlı müəyyən problemlərlə üz-üzə qalırdı. Lakin yeni sistemə keçidlə bu problemin qarşısı alındı. Hazırda hər bir ölkə gənci öz gələcəyini xarici ölkədə qurmaq istəyərkən onun qarşısında belə sərhədlər qalmır ona görə ki, yeni sistemlə bir universitetdən digərinə rahat şəkildə keçmək olur.


Bu müddəaların da yerinə yetirilməsi istiqamətində ölkəmizdə 2006-2010-cu illər üçün tədbirlər planı hazırlandı.


İlk dəfə bu sistem ölkəmizdə 2006-2007-ci tədris ilindən birinci kurslarda tətbiq olundu. Bu tətbiq olunma 2006-cı ildə "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu"nun hazırlanması əsasında reallaşdı.


Həmin sistemə əsasən ali təhsil müəsisələrində fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldı, tələbələr tərəfindən seçilən fənlərə ayrılan saatların miqdarı 5%-dən 20%-dək çoxaldıldı, yeni sitemin tələblərinə əsasən nəzəri həftələrin sayı 133-dən115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15 həftəyə endirildi, ixtisaslardan asılı pedoqoji təcrübənin müddəti 18 həftəyə qaldırıldı. Humanitar fənlərinin sayı isə 10-dan 3-ə endirildi.


Yeni sistemin əsas şərtlərindən biri təhsilin keyfiyyətinin yüksək səviyyəyə qaldırılması idi ki, bununla bağlı ölkəmizdə Nazirlər Kabinetinin 2004-cü il 359 № qərarı ilə "Ali və orta ixtisas təhsil müəsisələrinin attestasiya və akkreditasiyası haqqında əsasnamə" qəbul edildi.


Boloniya prosesinin digər əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqi idi. Bu sistem iki əsas funksiyanı özündə birləşdirirdi. Bura tələbələrin öz mobilliyini təmin etmək, və təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxil idi. Bu sistemin əsas vəzifələrinin yerinə yetirmək üçün ölkədə "Ali təhsil müəsisələrində kredit sistemləri ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə" hazırlanıb təsdiq olundu.


Qaydalara görə, kredit sistemində təhsil alanlar üçün auditoriya dərsləri 15 həftəyə müəyyən olunur, tələbənin auditoriya və auditoriyadan kənar yükünün həcmi 45 saat oldu.


Bir kredit 15 auditoriyaya və ya 22,5 ümumi saata bərabərdir və bütün fənlər üzrə hər bir tələbə hər semestrdə 30 kredit müəyyənləşdirə bilər, yaxşı oxuyan tələbələr isə hər semestrdə 8 kreditdən çox olmamaq şərtilə 1 və ya 2 fənn seçə bilərlər. Bakalavr pilləsində tələbələrdə 200-250 kreditin yığılması tələb olunur. Burada bir şərt də var ki, tələbə yalnız o zaman kredit ala bilər ki, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə həmin fənnin imtahanından qiymət almış olsun.


Bu sistemə keçid ümumdünya təhsil sisteminə qovuşmaq deməkdir. Dünyada müəyyən təhsil standartları var o standartlar bu sistemdə daha qabarıq, səmərəli formada özünün göstərir. Ona görə də Azərbaycan təhsili sahəsində aparılan islahatların gedişində boloniya sisteminə inteqrasiya olunmağa üstünlük verdi. Boloniya sisteminin şübhəsiz ki, müəyyən üstünlükləri var. Məsələn daha opreativ, muasir biliklər almaq, eyni zamanda təlimin, tədrisin keyfiyyətini yaxşılaşdırmaq və digər baxımdan bu sistemin geniş imkanlar açdığını görmək mümkündür.


Boloniya sistemi üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovasiya texnologiyalarında əks olunan faktlara, biliklərə yiyələnməlidir. Boloniya sistemi iki pilləli təhsil üçün şamil olunur. Bura magistr və bakalavr pilləri daxildir. Boloniya sistemi əsasında magistraturada təhsil alan tələbəyə iki il müddətində hər hansı bir sahə üzrə daha dərinləşdirilmiş biliklərin verilməsi vacibdir. Bu da dünyada sınaqdan çıxan bir təcrübə yoludur ki, Azərbaycan bu sistemə inteqrasiya olunmaqla dünya təhsil sisteminə inteqrasiya oldu.

 

Prezident İlham Əliyevin 2015-ci ilə qədər 5 min gəncin xaricdə təhsil alması ilə bağlı imzaladığı sərəncamı təhsilin vahid standartlara keçirilməsi prosesini daha da sürətlənməsinə təkan verdi. Ona görə ki, gənclərimiz bir qayda olaraq boloniya sistemi üzrə qurulan təhsil müəssisələrdə təhsil alacaqlar.


Boloniya sistemi ixtisas seçilməsi, dərinləşdirilən biliklərin verilməsi baxımında üstünlüklərə malikdir.


Bu keçidi Azərbaycanın təhsil tarixində mütərəqqi proses adlandırmaq mümkündür. Keçmiş 5 illik təhsil bakalavrdan yüksək olsa da, magistr baxımından yetərli hesab etmək olmazdı. Ona görə bu sistem məzunlar üçün dünyanın hər yerində təhsil və ya işləmək üçün əlavə imkanlar açır. Bununla tələbələr ölkədən kənar təhsil alıb, işləmək istədikdə əvvəllər qarşılaşdığı problemlərlə qarşılaşmırlar.

 

Boloniya prosesi geriyə dönməz prosesdir ki, o təhsil qanununda da öz əksini tapıb.


Yeni sistemə keçid zamanı tələbələr arasında müəyyən narazılıqları görmək mümkün idi. Çünki hər yerdə olduğu kimi, hamı yeniliyə hazır olmur. Müəyyən problemlər meydana çıxır ki, bunlar da zamanla, prosesin gedişində həll olur. Bir qayda olaraq yenilik hər zaman çətin olsa da, gec- tez bu keçid olmalı idi. Çünki bu sistem ölkə təhsilin qarşısında duran ən vacib proseslərdən biri idi.


Hər hansı bir prosesə nə qədər gec keçilərsə, onun problemləri bir o qədər qarşıda duracaq. Amma nə qədər tez keçilərsə, onun qarşısında duran problemlərini tez bir zamanda həll etmək, arxada qoymaq olar. Bilirik ki, Boloniya Bəyənnaməsinin tələblərinə əsasən ali təhsilin inkişafına dair tədbirlər dövlət, Təhsil Nazirliyi, universitet səviyyəsində keçirilməlidir. Dövlətin bu işdə böyük dəstək göstərdiyini görmək mükündür. Hətta ölkəmizdə bununla əlaqədar Dünya Bankı ilə birgə islahatlar layihəsi hazırlanır.


Lakin bütün bunlar ölkə təhsilinin problemsiz olduğunu demir, bu mümkün də deyil. Çünki boloniya sistemi təhsildə olan problemləri həll etmir. Bu sistem sadəcə təhsilin inkişafına kömək edən təcili yardım maşınına bənzəyir. Düzdür dolayı yolla hansısa problemlərə təsir etmək imkanına malikdir. Məsələn əvvəllər imtahanlar yazılı şəkildə qəbul olunurdusa, bu sistemə keçiddən sonra imtahanlar kodlaşdırma yolu ilə aparılır...


Bu da yazılışı şəkildə qəbul olan imtahanlardakı neqativ halların aradan qalxmasına öz təsirini göstərir. Digər bir misal Avropa təhsil məkanına inteqrasiya zamanı tədrisdə də müəyyən dəyişikliklər olur. Müasir səviyyədə dərslər tədris etmək müəllimlərin qarşısına xüsusi tələblər qoyur ki, bu da onların öz üzərilərində daha çox çalışmaq, təhsil sisteminə daha bacarıqlı kadrların işə cəlb olunmasıdır. Bu da bir növ bəzi problemlərin, xüsusən də təcrübəsiz müəllimlərin təhsil sahəsindən uzaqlaşmasına şərait yaradır.


Amma bütün bunlara baxmayaraq, əsas məqsədimiz təhsilimizin Avropa təhsil məkanına inteqrasiyası olsa da bunun nə zaman 1,2,3 və ya 5 ilə baş verəcəyini də demək çox çətindir. Ona görə ki, ən mühüm problem diplomlarımızın tanınmamasıdır.


Hazırda Azərbaycanın diplomları Avropada demək olar ki, hələ də tanınmır. Buna da səbəb isə Azərbaycanda Avropa təhsilinə inteqrasiya ilə bağlı inkişaf proqramlarının olmamasıdır.


Digər problem universitetlərin idarə olunmasıdır ki, hələ də ali məktəblərdə müəllim-tələbə nisbətinin aşağı olması, lazımsız fakültələrin fəaliyyət göstərməsi, ali məktəblərlərimizin beynəlxalq əlaqələrinin, xarici universitetlərlə əməkdaşlığının, təcrübə mübadiləsinin aşağı olması və digər məsələlər hələ də qalmaqdadır.


Düşünürəm ki, yaxın gələcək də sadalanan problemlər Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, düzgün siyasəti nəticəsində öz həllini tapacaq. Ölkəmizin təhsili təkcə Avropa təhsili ilə deyil, inkşaf etmiş dünya ölkələri ilə rəqabət aparmaq imkanını qazanacaq.

 

Nailə Ağaverdiyeva




Загрузка...
Həmçinin oxuyun:
Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb