AzTehsil.com


Xəbərlər / Cəmiyyət
29 avqust 2017
3 535


Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb



 

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

 

Təhsil Nazirliyi və Avropa İttifaqının "Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə "Tvining” layihəsinin yekun konfransı keçirilib.
 
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədbirin keçirilməsində məqsəd Avropa İttifaqının vəsaiti hesabına icra olunan "Tvinning” layihəsinin nəticələrini, eləcə də Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsinə dair yeni planlarını ictimaiyyətin nəzərinə çatdırmaqdır.
 
Nazir müavini deyib ki, Təhsil Nazirliyi, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihə 2015-ci ilin sentyabr ayında başlayıb: "İki illik layihə çərçivəsində Azərbaycanda Avropa Ali Təhsil Məkanının prinsiplərinə və standartlarına cavab verən keyfiyyət təminatı və milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan başqa, Azərbaycan ali təhsilində koordinasiya və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universitetində - Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji Universiteti və Texniki Universitetdə keyfiyyət qiymətləndirmələri həyata keçirilib və layihə çərçivəsində hazırlanmış standartlar sınaqdan keçirilib".
 
Konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Jeroen Villems və Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.



Загрузка...
Həmçinin oxuyun:
UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar