AzTehsil.com

Xəbərlər / Vakansiya / Direktor / Digər Elan / Cəmiyyət / Ekspert / Dünya / Bölgə
06 avqust 2025
931

Məktəblər 12 illik olmalıdır- Ekspert



Dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələrinə qəbul üçün namizədlərdən minimum 12 illik orta təhsil tələb olunur. Bu qayda Harvard, Stanford, Oksford, Kembric, Sidney Universiteti və digər nüfuzlu ali məktəblərin qəbul şərtlərində açıq şəkildə əksini tapır. Azərbaycanda isə orta məktəb təhsili hazırda 11 illik formatda təşkil olunduğundan, bu, ölkə vətəndaşlarının birbaşa olaraq həmin universitetlərə qəbul imkanlarını məhdudlaşdırır.


Nəticədə, beynəlxalq təhsil almaq istəyən azərbaycanlı gənclərin əhəmiyyətli bir qismi əlavə bir il oxumaq məqsədilə Türkiyə və ya digər ölkələrə üz tutur. Bu isə zaman itkisi ilə yanaşı, ailələr üçün əlavə maddi yük yaradır.


Məhz bu səbəbdən Azərbaycanın ümumi təhsil sistemində 12 illik modelə keçid məsələsi bütövlükdə ölkənin qlobal rəqabətə hazırlığının əsas göstəricilərindən biri kimi gündəmə gəlir.


AzTehsil.com- n əldə etdiyi məlumata görə təhsil eksperti Kamran Əsədov  açıqlamasında bildirib ki, hazırda Azərbaycan orta təhsil sistemi beynəlxalq standartlardan geri qalır və bu, ölkə gənclərinin dünya səviyyəli ali təhsil müəssisələrinə birbaşa qəbul imkanlarını məhdudlaşdırır.


Ekspert qeyd edir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, orta təhsil üç mərhələdən - ibtidai (I–IV sinif), ümumi orta (V–IX sinif) və tam orta (X–XI sinif) ibarətdir. Məktəbəqədər hazırlıq isə qanunvericilikdə hələ də məcburi deyil və bu mərhələ 12 illik beynəlxalq modelin yerini tuta bilmir.


Kamran Əsədov statistik məlumatlara əsaslanaraq əlavə edir ki, Azərbaycan 11 illik sistemlə yalnız keçmiş postsovet ölkələri sırasında qalır:


“Avropa İttifaqının 27 üzvündən 25-də, həmçinin OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı- red) ölkələrinin 90 faizində məktəblər 12 illik təhsil sisteminə keçib. Bu, şagirdin biliyinin daha dərindən formalaşması, universitetə daha yetkin və hazırlıqlı şəkildə daxil olması deməkdir”.


Ekspertin sözlərinə görə, Azərbaycan son illərdə məktəbəqədər təhsilin əhatəsini artırmağa çalışsa da, bu tədbirlər struktur dəyişikliyi üçün kifayət deyil:


“2023-cü ildə məktəbəqədər hazırlıq qruplarının sayı 1864-ə çatdırılıb və 81 mindən çox uşaq bu mərhələyə cəlb olunub. Lakin bu göstəricilər sadəcə statistik artımdır. Əgər məqsəd real islahatdırsa, bu yanaşma yetərli deyil”.


Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi bu sahədə ardıcıl plan ortaya qoymur:


“12 illik təhsil sistemi ilə bağlı nə konseptual sənəd var, nə qanunvericilik təşəbbüsü, nə də ictimai müzakirələr. Hazırlanan strategiyalar ya ümumidir, ya da texniki dəyişikliklərlə məhdudlaşır. Halbuki bu məsələ Azərbaycanın beynəlxalq təhsil sisteminə inteqrasiyası üçün həyati əhəmiyyət daşıyır”.


Ekspert hesab edir ki, 12 illik sistemin tətbiqi azərbaycanlı abituriyentlərin dünya universitetlərinə qəbul şanslarını artırmaqla yanaşı, onların tənqidi düşüncə, akademik yazı və araşdırma bacarıqlarını da inkişaf etdirə bilər:


“Əlavə bir il ərzində "pre-university year" (universitetdən əvvəlki il-red) modeli ilə xüsusi proqram hazırlanaraq, gənclərin SAT, IELTS kimi imtahanlara və universitet mühitinə adaptasiyası təmin oluna bilər. Bu, keyfiyyətin yüksəldilməsi deməkdir”.


K.Əsədov qeyd edir ki, yalnız ibtidai sinfin müddətini artırmaqla və ya məktəbəqədər təhsili genişləndirməklə problem həll olunmayacaq:


“Bu məsələni köklü həll etmək üçün hüquqi islahatlara, yeni dərs proqramlarına, müəllim hazırlığına və infrastrukturun yenilənməsinə ehtiyac var. Siyasi iradə olmadan isə bu dəyişiklik baş verməyəcək”.


“Dünya artıq 12 illik sistemə keçidi çoxdan reallaşdırıb. Azərbaycan isə bu qərarı ya təxirə salır, ya da diqqəti xırda dəyişikliklərlə yayındırır. Nazirlik islahat deyir, amma əslində status-kvonu qoruyur. 12 illik təhsil sistemi bizim üçün sadəcə texniki dəyişiklik deyil, həm də gələcəyin rəqabətinə hazır vətəndaş formalaşdırmaq üçün strateji addımdır. Əks halda, gənclərimiz başqa ölkələrə üz tutmağa, həm vaxt, həm də resurs itirməyə davam edəcəklər. Bu isə yalnız təhsil deyil, insan kapitalı itkisi deməkdir"- deyə Kamran Əsədov sonda qeyd edib. 



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ