AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
20 iyul 2025
1 610

Sertifikasiya imtahanı ilə bağlı NARAZILIQLAR ARTIR




Müəllimlərin sertifikasiya imtahanı ilə bağlı narazılıqlar indi çox aktual mövzudur. Maraqlısı odur ki, sertifikasiya imtahanlarının tətbiqi müəllimlərin peşəkarlığını artırmaq məqsədi daşıyır. Bəs niyə bu proses bu qədər ciddi narazılıqlara səbəb olur? Əsas çatışmazlıqlar nələrdir?


Bir çox müəllim test suallarının məntiqsiz və real pedaqoji praktikadan uzaq olduğunu iddia edir. Bu fikirlərin nə qədər əsaslı olub-olmaması suallar doğurur.


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin sertifikasiya imtahanı təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və pedaqoji heyətin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi məqsədilə tətbiq olunur:


“Lakin bu imtahanların həyata keçirilməsi praktikasında ortaya çıxan çatışmazlıqlar və sistemli problemlər prosesi müəllim inkişafının vasitəsi yox, narazılıq, motivasiya itkisi və təhsil sisteminə inamsızlığın səbəbinə çevirib. Sertifikasiya mexanizminin əsas fəlsəfəsi təkmilləşmə və inkişaf olduğu halda, hazırkı formada onun tətbiqi daha çox inzibati təzyiq alətinə çevrilib. Bu isə həm hüquqi, həm psixoloji, həm də pedaqoji baxımdan ciddi suallar doğurur.


Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 27.3-cü maddəsinə görə, pedaqoji fəaliyyətlə məşğul olan şəxslər öz ixtisaslarını artırmalı, peşəkar bilik və bacarıqlarını mütəmadi təkmilləşdirməlidirlər. Bu norma müəllimin üzərinə öhdəlik qoymaqla yanaşı, dövlətin də bu prosesə dəstək verməsini zəruri edir. Amma faktiki tətbiq göstərir ki, sertifikasiya imtahanları bu tələbi təmin etmək əvəzinə, müəllimləri kütləvi şəkildə iş yerini itirmək, gəlir itkisi və sosial status azalması ilə üz-üzə qoyur. Təkcə 2024-cü ildə keçirilən sertifikasiya imtahanlarında iştirak edən 19 minə yaxın müəllimdən 2300-ə yaxını keçid balını toplaya bilmədiyi üçün işdən uzaqlaşdırılıb. Bu, sistemin sadəcə nəticəyə deyil, səbəblərə yönəlmədiyini göstərir”.


K. Əsədovun sözlərinə görə, sertifikasiya testlərinin məzmunu ilə bağlı ciddi narazılıqlar mövcuddur:


“Müəllimlərin fikrincə, təqdim edilən suallar real dərs prosesindən uzaq, nəzəriyyə ilə yüklü və gündəlik tədris fəaliyyətinə uyğun olmayan mövzulardan ibarətdir. Bu tənqidlər əsaslıdır, çünki sertifikasiya imtahanının məqsədi müəllimin gündəlik fəaliyyətini və praktiki bacarıqlarını qiymətləndirmək olmalıdır. Lakin təqdim olunan sualların əksəriyyəti kurikulum tətbiqində istifadə olunmayan, terminoloji çətinlik yaradan və pedaqoji qərarvermə situasiyalarını əks etdirməyən formal bilikləri yoxlayır. 2023-cü ilin rəsmi hesabatına əsasən, ibtidai sinif müəllimlərinin 35 faizindən çoxu ən aşağı bal aralığında nəticə göstərib və bu nəticələrin əksəriyyəti məntiqi suallarda və pedaqoji situasiyalarda səhvlərlə bağlı olub. Bu, test dizaynının reallıqla əlaqəsiz olduğunu təsdiqləyir.


Müsbət tərəfi odur ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqqına 35 faizə qədər artım tətbiq olunur. Bu mexanizm müəyyən stimullaşdırıcı funksiya daşıyır və müəllimlərin öz üzərində işləməsi üçün motivasiya yarada bilərdi. Lakin bu stimullaşdırmanın yalnız test nəticəsinə bağlanması və digər fəaliyyət formalarının – məsələn, dərs müşahidəsi, portfoliolar, şagird nailiyyətləri və elmi-pedaqoji fəaliyyətin nəzərə alınmaması bu stimulu qeyri-ədalətli edir. Eyni məktəbdə eyni tədris yükü ilə çalışan, lakin 1-2 bal fərqinə görə əməkhaqqısında ciddi fərq olan müəllimlər arasında həmrəylik əvəzinə qarşılıqlı narazılıq və gərginlik yaranır”.


K. Əsədov qeyd edib ki, dünya təcrübəsində sertifikasiya prosesi çoxkomponentli qiymətləndirməyə əsaslanır:


“Məsələn, Finlandiyada müəllimin qiymətləndirilməsi sadəcə testlə deyil, dərs müşahidələri, şagird rəy və nəticələri, metodik portfoliolar və həmkar rəyləri ilə aparılır. Sinqapurda müəllimlərin karyera pillələri yalnız test nəticəsinə deyil, mentorluq fəaliyyəti, innovativ dərs metodikaları və ictimai iştirakçılıq meyarlarına əsasən formalaşır. ABŞ-da “National Board Certification” çərçivəsində müəllimlər video dərs təqdimatları, dərs planları və öz tədris təcrübələrini əks etdirən reflektiv esse təqdim etməklə qiymətləndirilir. Bu sistemlərdə məqsəd cəzalandırmaq yox, inkişaf etdirməkdir. Azərbaycanda isə testdən keçməyən müəllim birbaşa işdən çıxarılır və ona alternativ inkişaf dəstəyi verilmir.


Elm və Təhsil Nazirliyi bu sahədə sistemsiz, marifləndirici fəaliyyət aparmayan və strateji baxışdan uzaq mövqe tutur. Sertifikasiya mexanizminin tətbiqinə dair nə ictimai dinləmələr keçirilir, nə müəllim ictimaiyyəti ilə ikitərəfli dialoq aparılır, nə də rəsmi metodoloji çərçivə sənədi dərc olunur. Prosesin təhlili ilə bağlı elmi hesabatlar mövcud deyil, nəticələrin təhsilin keyfiyyətinə təsiri ilə bağlı monitorinq sistemi qurulmayıb. Nazirliyin bu sahədə nə planı, nə də proqnozu yoxdur. Əvəzində nəticələr mediaya təqdim olunur, guya müəllimlərin savadsız olduğu göstərilir və bununla da məsuliyyət dövlət siyasətindən müəllimin üzərinə ötürülür.


Nə dəyişməlidir? Sertifikasiya testindən imtina edilməli deyil, lakin o, qiymətləndirmə vasitələrinin yalnız biri kimi qəbul olunmalı və daha geniş spektrli, çoxpilləli, inkişaf yönümlü bir sistem qurulmalıdır. Müəllimə alternativ qiymətləndirmə metodları təqdim olunmalı – dərs müşahidələri, təlimatçı rəyi, metodik materialların təhlili və inkişaf planları kimi indikatorlar əlavə edilməlidir. Eyni zamanda, keçid balını toplaya bilməyən müəllimlər üçün dəstək proqramları – təlim kursları, mentorluq və peşəkar inkişaf yolları təqdim edilməlidir. Əgər bu modellər tətbiq olunmasa, sertifikasiya müəllimi inkişaf etdirmək əvəzinə onu sistemdən uzaqlaşdıran və təhsili zəiflədən alət olaraq qalacaq”.


“Sertifikasiya – yalnız imtahan yox, inkişafdır. O, müəllimi ölçmək yox, onu böyütmək üçün tətbiq olunmalıdır. Elm və Təhsil Nazirliyi bu prinsipə əsaslanmayan mövcud təcrübəsini dəyişməzsə, bu proses nə pedaqoji keyfiyyətə, nə də təhsil nəticələrinə töhfə verəcək. Əksinə, müəllimlik peşəsini sosial risk və qeyri-müəyyənlik mənbəyinə çevirəcək və bu da bütövlükdə təhsil sistemini sarsıdacaq”,- deyə təhsil eksperti fikirlərini yekunlaşdırıb.



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Metodbirləşmələr

Metodbirləşmələr

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

DİM testləri niyə “tələyə” çevrilib?

DİM testləri niyə “tələyə” çevrilib?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Attestat qiyməti 5, imtahanda nəticəsi 0: Bu necə ola bilər?- Ekspertlər

Attestat qiyməti 5, imtahanda nəticəsi 0: Bu necə ola bilər?- Ekspertlər

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır