AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
21 iyun 2025
779

Müəllim peşəsinin nüfuzu ciddi şəkildə zədələnir



Təhsildəki ciddi problem idarəçi və rəhbər vəzifələrdə olan şəxslərin əksəriyyətinin pedaqoji təcrübəyə malik olmamasıdır.


AzTehsil.com - n əldə etdiyi məlumata görə müəllimlərin nüfuzu ilə bağlı müzakirələr son dövrlərdə daha da intensiv xarakter alıb. Sosial şəbəkələrdə və mətbuat səhifələrində məktəblərlə, müəllimlərlə bağlı yayılan neqativ xəbərlər artıq təkcə fərdi halları deyil, bütöv təhsil sisteminin imicini zədələmək həddinə çatıb. Son olaraq bir bölgə məktəbində müəllimə üzük bağışlanması ətrafında yaranan qalmaqal bir daha göstərdi ki, bu kimi hadisələrə münasibət birmənalı deyil: bəziləri bunu korrupsiya elementi kimi təqdim edərkən, digər kəsim müəllimlərin ictimai linçə məruz qaldığını vurğulayıb.

Milli Məclisin üzvləri – Elm və təhsil komitəsinin deputatları Ceyhun Məmmədov və Elçin Mirzəbəyli də məsələyə münasibət bildirərək, problemin yalnız müəllimlərlə məhdudlaşmadığını, sistematik və hüquqi boşluqların, o cümlədən reket jurnalistikanın bu prosesə ciddi təsir etdiyini qeyd ediblər. Onların fikrincə, mediada müəllimlərin davamlı olaraq hədəf seçilməsi yalnız fərdi səhvləri qabartmaq deyil, eyni zamanda pedaqoji peşənin nüfuzuna və gələcək nəsillərin təlim-tərbiyəsinə mənfi təsir göstərir.

Cəmiyyətdə müəllimə həddindən artıq yüklənildiyini vurğulayan Ceyhun Məmmədov qeyd edib ki, mətbuat müəllimin nüfuzunu qorumalıdır: “Bir müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır”.

Elçin Mirzəbəyli isə deyib ki, təhsil sahəsindəki problemlər həm də müxtəlif məktəblərin özündən qaynaqlanır. Millət vəkilinin sözlərinə görə, rayonların birində baş verən son hadisə ilə bağlı videonu media nümayəndələri yox, prosesin içində iştirak edən şəxslər çəkiblər, paylaşıblar: “Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Eyni zamanda rüşvət formasında müəllimə üzük hədiyyə edən insan da məsuliyyət daşıyır. Bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Mediada yalnız mövcud olan hadisənin üzə çıxması yer alıb. Lakin məsələnin hüquqi tərəfləri var. Media neqativ hallara yol verirsə, normativ hüquqi aktlara uyğun olaraq onun fəaliyyəti tənzimlənməlidir və bu problemlərin ortaya çıxması üçün zəmin yaradılmamalıdır. Bu boşluqlar ola-ola xüsusilə regionlarda olan məktəblər bizim daim zamanında mübarizə apardığımız reket jurnalistika ilə çox yaxından əməkdaşlıq edir. Reket jurnalistikanı yemləyən yerlərdəki, regionlardakı həmin şəxslər, məktəb direktorları, təhsil müəssisələrinin rəhbərləridir”.


Mövzuya münasibət bildirən siyasi şərhçi Azər Həsrət də açıqlamasında son illər sosial media platformalarında və bəzi kütləvi informasiya vasitələrində məktəblərlə, müəllimlərlə bağlı yayılan məlumatların sayı kəskin şəkildə artmasından şikayətlənib: “Təəssüf doğuran məqam isə odur ki, bu məlumatların əksəriyyəti ilkin araşdırma aparılmadan, hadisənin bütün tərəfləri dinlənilmədən və ya mötəbər mənbələrə istinad olunmadan ictimaiyyətə təqdim olunur. Bunun nəticəsində müəllimlərin cəmiyyətdəki nüfuzu ciddi şəkildə zədələnir, təhsil ocaqları haqsız yerə ləkələnir və bütövlükdə təhsil sisteminə olan ictimai inam sarsılır. Məktəb və müəllimlərlə bağlı yerli-yersiz  paylaşımlar artıq narahatedici həddə çatıb. 

Əlbəttə, cəmiyyətin məlumat alma haqqı var. Lakin bu hüquq peşə etikası, obyektivlik və balans prinsipləri çərçivəsində təmin olunmalıdır. Media nümayəndələri sensasiya xatirinə, klik sayı və reytinq uğrunda müəllimləri linç etməməli, hadisələrin arxasında dayanan səbəbləri araşdırmadan qərəzli informasiyalar yaymamalıdır. Bu cür yanaşma təkcə fərdi müəllimləri deyil, ümumilikdə müəllimlik peşəsini, onun nüfuzunu sual altına salır. Unutmaq olmaz ki, müəllim nüfuzunun zədələnməsi cəmiyyətin gələcək nəsillərinə, yəni uşaqlarımıza birbaşa təsir edir.

Bu kimi halların qarşısının alınması ilə bağlı dəfələrlə çağırışlarım olub ki, məktəblər, müəllimlər, şagirdlərlə bağlı informasiyalara həssas yanaşmaq, araşdırmadan tirajlamaq düzgün deyil. Çox təəssüflər ki, sensasiya axtarışında olan media orqanları bu çağırışları qulaqardına vururlar”. 


A.Həsrətin sözlərinə görə, bu prosesdə dövlətin təhsil siyasətinə rəhbərlik edən qurumların da məsuliyyəti az deyil:

 “Əgər hansısa müəllimə inzibati cəza tətbiq olunubsa, bu məsələnin dərhal mediaya sızdırılması və ya rəsmi şəkildə ictimailəşdirilməsi hansı məqsədə xidmət edir? Daxili inzibati tədbirlərin mediaya ötürülməsi nəticəsində həmin müəllim haqqında cəmiyyətdə mənfi rəy formalaşır. Halbuki, bu cür məsələlər qapalı şəkildə, peşəkar prosedurlarla, müəllimin hüquqları qorunmaqla aparılmalı, nəticəsi yalnız zəruri hallarda ictimaiyyətlə paylaşılmalıdır. Bu baxımdan hesab edirəm ki, təhsil sahəsindəki problemlər məktəblərdən yox, məhz təhsil qurumlarında çalışan insanların qeyri-peşəkarlığından qaynaqlanır. 

Bu qurumlarda çalışan insanların əksəriyyəti 1 saat belə olsun dərs deməmiş, sinif otağına girməmiş adamlardır. Təhsil sahəsindəki ciddi struktur problemlərdən ən böyüyü də məhz idarəçi və rəhbər vəzifələrdə olan şəxslərin əksəriyyətinin pedaqoji təcrübəyə malik olmamasıdır. Bir çox hallarda sinif otağına heç vaxt daxil olmayan, müəllim peşəsinin mahiyyətindən uzaq olan şəxslər məktəblərə, müəllim kollektivlərinə rəhbərlik edir, onlara göstəriş verir. Belə bir vəziyyətdə real problemlərin düzgün təhlili, effektiv qərarların verilməsi və təhsildə keyfiyyətin yüksəldilməsi mümkün deyil”.

Təhsil sahəsinin idarə olunmasında yalnız nəzəri biliklər yetərli deyil – burada praktik təcrübə, sinif mühiti ilə təmas, pedaqoji instinkt və insani yanaşma əsas amillərdir. Müəllimin nüfuzunu qorumaq hər bir vətəndaşın borcudur. Təhsil qurumlarında çalışan vəzifəli şəxslərin isə birbaşa vəzifəsidir. Biz isə əksini görürük: vətəndaşlar da, təhsilə məsul qurumların vəzifəli işçiləri də müəllimlərin üzərinə yüklənirlər. Cəmiyyət olaraq anlamalıyıq ki, müəllimin nüfuzu zəiflədikcə, uşaqların gözündə nümunəvi fiqurlar da dəyərsizləşir. Əgər müəllim hörmət görmürsə, onun sözünə etibar edilmir, nüfuzu sosial mediada lağ obyektinə çevrilirsə, bu vəziyyət gələcək nəsillərdə təhsilə və öyrənməyə münasibəti mənfi şəkildə formalaşdıracaq. Bu səbəbdən, həm media nümayəndələrini, həm təhsil idarəçilərini, həm də valideynləri və digər vətəndaşları bu məsələyə daha həssas yanaşmağa çağırmaq vacibdir. Müəllimlərin nüfuzunun qorunması yalnız bir peşənin müdafiəsi deyil – bu, cəmiyyətin gələcəyinə, onun mədəni və intellektual inkişafına edilən ən vacib sərmayələrdən biridir”.




Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Metodbirləşmələr

Metodbirləşmələr

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

İtirilmiş müəllim nüfuzunu necə qaldırmalı?

İtirilmiş müəllim nüfuzunu necə qaldırmalı?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?