AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
13 iyun 2025
598

Universitetlərə qəbul yalnız 10-11-ci sinif proqramı əsasında olmalıdır - TƏKLİF



Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi son illərdə təhsil siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu məqsədlə tətbiq olunan sertifikasiya imtahanları, müəllimlərin ixtisas və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə yönəlib.

 


Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə müəllimlərin təcrübəsinin artırılması, elmi və metodiki biliklərinin yenilənməsi üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığın vacibliyini vurğulayıb.


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı azEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ATM-lərə, orta ixtisas təhsil müəssisələrinə, hətta liseylərə qəbulda belə şagird hazırlıq kurslarına, repetitora ehtiyac duyur və bu prosesdə uğurlu ola bilir:


 


“Əlbəttə bizim istisnalarımız var. Elə şagirdlər var ki, onlar sadəcə təhsil müssisəsində əldə eydiyi biliklərlə yüksək nəticə qazanır, amma “bu nəticəni bütün şagirdlər qazanırmı?”- sualını qoyduqda cavabımız birmənalı olaraq “xeyr” olur. Təhsilverən məktəb proqramını hər sinif üzrə tədris edir, hazırlıq kursları və repetitorlar isə bütün illər ərzində olan proqramı abituriyentə öyrədir. Ona görə təklif edirik ki, qəbul imtahan formatı dəyişməli, fənlərin sayı azaldılmalı və yaxud da DİM yalnız 10 və 11-ci siniflərin proqramı əsasında qəbul həyata keçirməlidir”.


 


Ekspertin fikrincə, müəllimləri qəbul proqramına uyğun inkişaf etdirsək, o zaman nazirlik deyil, birbaşa proqram təminatını DİM həyata keçirməlidir. Qeyd edir ki, müəllimlər nə qədər inkişaf etsələr də, sertifikasiya prosesi ilə qəbul imtahan proqramı tamam fərqli istiqamətləri əhatə edir. Bu səbəbdən, sertifikasiya prosesi müəllimlərin ümumi metodiki və ixtisas biliklərinin artırılması baxımından yetərli olmaya bilər.


 


“Əgər Dövlət İmtahan Mərkəzi müəllimlərin qəbul imtahanı proqramı əsasında təkmilləşdirilməsini planlaşdırırsa, o zaman müvafiq təhsil proqramlarını da təqdim etməlidir. Hazırda biz yalnız sertifikasiya vasitəsilə müəllimlərin ixtisas biliklərini və metodiki bacarıqlarını qiymətləndiririk. Yəni onların fənn üzrə nə qədər məlumatlı olduqlarını, metodik biliklərinin hansı səviyyədə olduğunu bu proseslə ölçmək mümkündür.


 


Amma onların qəbul imtahanı proqramına uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi ayrıca bir məsələdir. Bunu etmək mümkündür və burada ciddi bir problem yoxdur. Sadəcə olaraq, Dövlət İmtahan Mərkəzi bu istiqamətdə də müəyyən dəstək göstərə bilər. Bununla yanaşı, unutmaq olmaz ki, hər bir müəllim sinif otağına daxil olduqda, yalnız həmin tədris ilində, məsələn, 6-cı sinifə aid olan proqramı tədris edir. Amma qəbul imtahanlarında, məsələn, riyaziyyat fənni üzrə 5-ci sinifdən 11-ci sinifə qədər olan biliklər tələb olunur. Bu da şagirdlərdən geniş və ardıcıl tədris proqramını mənimsəməyi tələb edir”.


 


Nəticədə isə, şagirdlər 11-ci sinifdə oxuduqları zaman əvvəllər, aşağı siniflərdə keçdikləri mövzuları unutduqları üçün onları yenidən öyrənməyə ehtiyac duyurlar. Bu mərhələdə repetitor dəstəyinə ehtiyac yaranır. Əgər repetitor hazırlıqlarına ehtiyac qalmamasını istəyiriksə, o zaman qəbul imtahanlarının formatı dəyişdirilməlidir. Fənlərin sayı azaldılmalı və imtahan yalnız 10-11-ci sinif proqramı əsasında təşkil olunmalıdır.



Həmçinin oxuyun:
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Metodbirləşmələr

Metodbirləşmələr

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə