AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
27 may 2025
713

“Bəzi universitetlər 70-80 yaşlı müəllimlərə möhtac qalıb”



Universitetlərdə dərs deyən bir sıra müəllimlər hələ də dərs saatlarında səhifələrlə mühazirə yazdırmağa davam edirlər.Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə bunun nə dərəcədə aktual olub-olmaması isə ciddi sual doğurur.

AzTehsil.com xəbər verir ki, AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli məsələ ilə bağlı fikirlərini bölüşüb:O, qeyd edib ki, bu gün hələ də auditoriyalarda elə müəllimlər qalır ki, ənənəvi sistemlə, yəni sovet təhsil sistemindən qalma yanaşma ilə, saralmış vərəqlərdən mühazirə oxuyurlar:

"Azərbaycan ali təhsil müəssisələri 2009-cu ildən Bolonya sisteminə qoşulub. Amma biz hələ də həmin standartlara tam uyğunlaşa bilməmişik. Qayıb limiti var, amma əvvəlki ənənəvi tədris metodu hələ də davam edir. Elə hallar olur ki, artıq birinci kurs tələbələri belə, mühazirə deyən müəllimin səviyyəsinə uyğun gəlmir, hətta özünü ondan daha məlumatlı hesab edir”.


 


Müəllimlərin öz üzərində işləmədiyini vurğulayan ekspert gənclərin universitetdə müəllim kimi qalmaq istəməmələrinə də aydınlıq gətirib:


“Məcburam bunu yenidən vurğulamağa: bəzi müəllimlər öz üzərində işləmirlər. Gənclərimiz isə universitetdə müəllim kimi qalmaq istəmirlər, yeni kadrlar gəlmir. Çünki bu sahədə heç bir stimullaşdırıcı mexanizm yoxdur. Fəlsəfə doktoru adını alan gənclərin faizi nə qədərdir? Ali təhsil müəssisələri yenilənən alimlərin üzərində qurulmalıdır. Amma bu gün universitetlərdə qalaraq işləmək istəyən gənclərimiz yoxdur. Çünki onlara heç bir güzəşt edilmir. Mənzil verilmir, aldıqları əməkhaqqı ilə ailə dolandırmaq mümkün deyil. Ona görə də artıq bəzi universitetlərimiz 70-80 yaş üzərində olan müəllim-professor heyəti ilə işləməyə davam etməkdə məhkumdurlar”. 


 Ekspertin fikrincə digər pis tərəf isə tələbəni bu mühazirələri yazmağa məcbur etməkləridir:

 “Artıq mühazirənin bir hissəsini dinlədikdən sonra müəyyən resurslardan istifadə etməklə həmin dərsə bəlkə də müəllim deyəndən daha keyfiyyətli hazırlaşa bilərlər. Müəllim isə birmənalı şərt qoyur ki, mən oxuduğum məhdud mühazirəni gəl, mənə danış və beləcə qiymətini al”.


 



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Metodbirləşmələr

Metodbirləşmələr

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır