AzTehsil.com


Xəbərlər
06 iyun 2017
5 067


Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..



Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

 

El arasında son sözləri o qədər də dəqiq yadımda qalmayan bir məsəl var: "Əvvəldən var idi hüsnü-camalı... " Nə isə… Sözümün canı ondan ibarətdir ki, son günlər sosial şəbəkələrdə təhsilimizlə bağlı gündəmi zəbt edən "Dərs ilinin 1 sentyabrdan başlanması”, "Magistr və doktorantlara möhlət hüququnun verilməsi”, "San Marino”nu bitirən müğənninin bağça müdiri təyin olunması” kimi məsələlər ətrafında gedən qızğın polemikalara nöqtə qoyulmamış, yeni bir məsələ - rus dilli təhsilin ləğv edilməsi məsələsi ortalığa atılıb. Düzdür, Ölkə başçısının təqdirəlayiq jesti ikinci məsələyə müəyyən aydınlıq gətirdi və geniş ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandı. Fürsətdən istifadə edib bununla əlaqədar elm ictimaiyyətimizə göz aydınlığı verirəm. Ümid edək ki, tezliklə əhalinin böyük əksəriyyətinin dəstəklədiyi "1 sentyabr” istəkləri də doğrular.

Keçək əsas mətləbə, yəni Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlunun rus dilində təhsilin ləğvi barədə təklifi məsələsinə: "Ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək”. Farslar demiş xub. Elm və təhsilimizlə bağlı hər hansı bir fikrin səsləndirilməsi, müəyyən təkliflər verilməsi, təşəbbüslər irəli sürülməsi müsbət hal sayılmalı, elmə, təhsilə diqqət və marağın artmasının göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusilə də belə təşəbbüslərdə məhz elmi işçilər bulunursa.

Lakin məsələ burasındadır ki, qaldırılan istənilən məsələ statistika baxımından diqqət çəkən ola bilər. Razılaşaq ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Bakı məktəblərində şagirdlərin 16 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm 17 faizi keçib. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, 90-cı illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi.

Lakin bu statistika ona əsas verə bilərmi ki, məsələni siyasi müstəviyə keçirib, hökm və ittiham xarakterli "rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq” kimi sərt və birmənalı açıqlama verəsən? Azərbaycan bölməsi üzrə dərs saatlarını azaltmaq və keyfiyyətsiz tədris yolu ilə rus dilinə onsuz da "lazım olandan” artq zərbə vurmuşuq və bunun fəsadları üzdədir, hələ bir müddət bundan sonra da üzə çıxmaqda davam edəcək. Lakin problemlərimizi rus dilində tədrisdə axtarmaq və bundan çıxış yolunu rus bölməsinin ləğv olunması yolu ilə həll etmək son dərəcə qüsurlu olduğu qədər də ziyanlı bir mövqe deyilmi? Bu eynilə ona bənzəyir ki, xəstəni tutulduğu azardan xilas etmək üçün müalicə etmək deyil, ən kəsə yol onu öldürməkdir.

Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var. Digər tərəfdən Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm ili elan etmişik, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, bir yandan da millətçilik toxumu səpirik. Bunu necə başa düşmək olar? Rus dilində təhsilin ləğvi barədə təklifi irəli sürərkən digər fəsadlar bir yana, heç omasa onu fikirəşmişikmi ki, belə bir addımın atılması sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər?

Azərbaycan çox millətlı ölkədir, respublikamızda xeyli qarışıq aiilələr var. Qnunvericiliymizə əsasən valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Kimsə etiraz edə bilər ki, fikir plürializmi deyilən bir anlayış var, vətəndaş cəmiyyəti söz, yaradıcılıq və fəaliyyət azadlığı üçün imkanların mövcudluğuna təminat verir. Lakin təsəvvür edin ki, kiməsə söz azadlığı baxımından adi görünən sadə bir açıqlama artıq "Bakı məktəblərində rus bölməsinə ifrat həvəs yaranıb”, "Bakı məktəblərində Azərbaycan bölməsi bağlanır”, "Təhsil Nazirliyinin nəzarəti altında olan paytaxt məktəblərində Azərbaycan bölməsi tarixə qovuşur” və s bu kimi təhlükəli təsəvvürlərin yaranmasına gətirib çıxarıb, və getdikcə rus dilinə qarşı ictimai rəyin dəyişməsinə səbəb ola bilər .

Bəli, son 5-6 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bu o deməkdirmi ki rus dilinə nifrət hissi aşılayasan? Rus dili Dostoyevskinin, Tolstoyun, Cexovun, Turgenevin dilidir. Hətta uzun illərdən bəri çoxsaylı rus-türk müharibələrinə baxmayaraq Dostoyevski bu günümüzün özündə də Türkiyədə ən çox oxunan müəlliflər sırasındadır. Tolstoyun "Hərb və sülh”ü dünyanın ən çox dillərinə tərcümə olunan və bu roman əsasında ən çox film çəkilən bir əsərdir. Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər
sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı.

Deməyim odur ki, belə açıqlamalar verməklə, sanki təhsilimizin problemləri azmış kimi, təhsilimizə bir daha yeni əlavə problemlər yaradırıq, yəni cəmiyyətdə " əvvəldən var idi hüsnü-camalı...” təəsüratı yaradırıq. Halbuki, belə bir mövqe oxu atıb yayı gizlətmək kimi bir şeydir. Poblemi qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək təhsilin hansısa bir probleminin həlli deyil, təhsilə əlavə problem yaratmaq, onun olan-qalan nüfuzunu daha da sarsıtmaq deməkdir.

Bəli, 1990-cı illərin ortalarından fərqli olaraq indi rus bölməsinə maraq bir neçə dəfə artıb. Lakin niyə artıb? Əgər qarşımıza artımı sabitləşdirmək məqsədi qoyuruqsa ilk növbədə fikirləşməliyik ki, buna "nə şis yansın, nə kabab” prinsipi ilə yanaşmaq üçün hansı effektiv yola əl ata bilərik? Bəlkə bunun başlıca səbəbi Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə səbəb öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatin olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə rus bölməsilə müqayisədə azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qane edici deyil? Bəlkə Azərbaycan bölməsində rus dili üzrə dərs saatlarını artırıb, rus bölməsində Azərbaycan dilinin tədrisinə daha ciddi yanaşaq? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri elə təməl sayılan uşaq bağçalarında rus və ingilis dillərinə xüsusi yer ayrılmasıdır, bir çox elit ailələrin dəb xatirinə ailədə və məışətdə rus dili danışığına üstünlük verməsidir, bəlkə bir çox ailələrinin çörəyinin Rusiyadan çıxmasıdır, bəlkə əksəriyyət qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Bəlkə yaxın gələcəkdə ali məktəblərimizlə bağlı belə bir problemin yaşanmaması, bir çox məzunların Rusiyanın ikinci, üçüncü dərəcəli ali məktəblərinə üz tutacaqlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var? Ana dilimizin təhsil və elm sahələrində funksional olması üçün etdiklərimiz bəlkə kifayət etmir və s. və i.a. Yəni vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Təbii proseslərin qarşısını süni yollarla almaq isə kompassız okeana çıxmağa bərabər bir şeydir. Buna görə də gəlin çalışaq hər hansı bir fikir irəli sürəndə, açıqlama verəndə, müəyyən təşəbbüsdə bulunanda sadəcə olaraq bir az diqqətli olaq, bunu təkcə gündəmə gəlmək xatirinə etməyək. Çünki, bu lazımsız qarşıdurmalara gətirib çıxara bilər.

Deyəsən məsələnin biri qaldı. Bar müğənnisinin uşaq bağçasına müdir təyinatı ilə bağlı məsələyə Abşeron rayon İcra Hakimiyyəti münasibət bildirərkən açıqlayıb ki, xanım müdirənin iki diplomu var. O, 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialını Hüquqşünaslıq, Bakı Musiqi Akademiyasını isə solo oxuma üzrə bitirib. İcra hakimiyyətində hesab edirlər ki, yeni direktorun pedaqoji diplomu olmasa da bu onun direktor olmasına heç bir əngəl yaratmır.

Bərəkəllah belə bir məntiqə. Şou əhlimiz azlıq təşkil edirdi. Görünür yeni nəslin yetişdirilməsinə ehtiyac duyulub. Amma bir iş də var ki, sabah və ya o birisi gün hər hansı bir diskoteka sahibi və ya toy tamadası bağça müdiri, yaxud məktəb direktoru təyin olunarsa, heç olmasa təəccüblənmərik.
 
Nadir İsrafilov, təhsil eksperti
moderator.az



Загрузка...
Həmçinin oxuyun:
Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Təhsilə “yarlıq” yapışdırmaq millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir.

Təhsilə “yarlıq” yapışdırmaq millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir.

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Nazir nə deyib?-test üsulu ilə qiymətləndirmə doğru olmaz

Nazir nə deyib?-test üsulu ilə qiymətləndirmə doğru olmaz

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir