AzTehsil.com


Xəbərlər
26 may 2017
5 929


Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR



Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

 

Azərbaycanda tədris ilinin başlanması və bitməsi tarixləri zaman-zaman müzakirə edilir. Bir neçə gün əvvəl məsələni millət vəkili Fazil Mustafa yenidən gündəmə gətirdi. Onun fikrincə, tədris ilinin yay aylarına doğru uzadılmasının heç bir faydası yoxdur. Millət vəkili hesab edir ki, məktəblərin iyunun 14-də bağlanmasının uşaqların təhsilinə nəinki müsbət təsiri var, əksinə məktəblilərin bu qədər gec tətilə çıxması onlara mənfi təsir göstərir. Bunun ardınca mətbuatda və sosial şəbəkədə tədris ilinin sentyabrın 1-də başlayıb, mayın 25-də başa çatması istiqamətində müzakirələr başladı. Hətta bir az da irəli gedib petisiya hazırlandı. Tədris ilinin azaldılması məsələsi müzakirə edilərkən Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov əksinə müddətin uzadılması təklifi ilə çıxış etdi.
 
Nazirlik rəsmisi tədris ilinin sentybarın 1-də başlaması ideyası ilə razılaşdığını açıqladı, ancaq bu tədris həftəsinin artımı üçün edilə bilər. O fikirlərini dünya təcrübəsi ilə əsaslandırdı.
"Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”, - deyən C.Valehov yeni bir müzakirəyə səbəb oldu.
 

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

 

Təhsil eksperti Nadir İsrafilov nazirlik sözçüsünün fikirləri ilə tam razılaşmasa da, ümumilikdə bu reaksiyanı müsbət qarşıladığını dedi: "Tədris ilinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması qərarı veriləndə, Təhsil Nazirliyi bunu dünya təcrübəsində tədris ilinin 38-40 həftə davam etməsi ilə əsaslandırdı. Bu qərar qəbul ediləndə istər Milli Məclis, istərsə də təhsil eskpertləri, nümayəndələri səviyyəsində etirazla qarşılandı. Lakin buna əhəmiyyət verilmədi. İndi məsələ yenidən gündəmə gəlib, petisiya hazırlanır. Bu mənada Təshil Nazirliyinin sözçüsünün ən əzından müzakirələrə reaksiya verib, təkliflər irəli sürməsi müsbət haldır. Bu, onların ictimai rəyə reaksiyasını göstərir”.
 
Lakin ekspert hesab edir ki, tədris ilini artırmaq təhsilin keyfiyyətinin yüksəlməsi anlamına gəlmir: "Bir neçə ildir əksər məktəblərdə tədris həftəsi 5 günlükdür. Dünya təcrübəsində 5 günlük tədris 6-cı gün məktəbin qapısına qıfıl vurmaq demək deyil. Bəzi fakültativ dərslər, dərnəklər məhz 6-cı günə saxlanılır. Uşaqlar məktəbə gəlir. Lakin bizdə belə deyil, bütün proqram 5 günə sığışdırılır, bu da proqram materiallarında sıxlıq əmələ gətirir. Nəticədə problemin həlli üçün tədris həftəsinin 2 həftə artırılması məsələsi gündəmə gəldi. Dərs ili sentyabrın 1-dən başlanması normaldır, lakin bununla yanaşı tədris daha iki həftə artırılacaqsa, bu məsələnin müzakirəyə ehtiyacı var. Fikrimcə, təhsilin keyfiyyətini tədris müddəti ilə əlaqələndirilə bilməz. Təhsil Nazirliyi mütləq şəkildə tədris həftəsini artırmaq istəyirsə, bu zaman proqramda dəyişikliyə ehtiyac var. Çünki tədris proqramı həddən artıq ağırdır, bu da valideyn və şagirdləri narahat edir. Hesab edirəm ki, Təhsil Nazirliyi tərəfindən edilən bu təklif müzakirəyə çıxarılmalı və ekspert, təhsil işçiləri tərəfindən münasibət bildirilməlidir. Yalnız bundan sonra doğru qərar verilə bilər”.
 

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

 

Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü tədris ilinin artırılmasına normal yanaşır. Lakin onun sözlərinə görə, təkcə tədris ilinin günlərini artırmaqla problemlər həll olunmur: "Bayramların qeyd olunması üçün şagirdlər tədris ilinin 40-50 gününü tətil edirlər. Bu isə proqram materiallarının yetişdirilməməsi məsələsini gündəmə gətirib. Ona görə də əsas məsələ tədris ilinin sentyabrın 1, yoxsa 15-də başlaması, ya da nə vaxt bitməsi deyil. Önəmli olan tədris proqramının yerinə yetirilməsidir. Bu gün mayın 25-dir və bizdə olan məlumata görə əksər fənlər üzrə tədris prorqamı yerinə yetirilməyib. Belə olan halda tədris ilinin mayın 30-da bitməsi nə qədər real ola bilər. Əsas məsələ verilən əlavə 14 gündə təlim-tərbiyənin səmərəli təşkil edilməsidir. Təəssüf ki, biz bunu məktəblərdə görə bilmirik. Ona görə də bu məsələ valideyn, ziyalılarda 14 günün gərəksiz olması düşüncəsini yaradır. Hesab edirəm ki, bu, doğru deyil. Tədris ilində şagirdlərə 50 günə qədər tətil verilməsi, təlimin keyfiyyətinin istənilən səviyyədə olmasına imkan vermir. Ona görə də, tədris ilinin artırılmasındansa, bu bayram tətillərinin sayında dəyişiklik edilməsinə ehtiyac var”.
 
publika.az



Загрузка...
Həmçinin oxuyun:
Cəsarət Valehov: “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

Cəsarət Valehov: “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"

"Mayın sonu olmamış dərs proqramı bitirsə, bu şagirdlərin məktəb yolunu ölçməsinin nə mənası var?"

"Mayın sonu olmamış dərs proqramı bitirsə, bu şagirdlərin məktəb yolunu ölçməsinin nə mənası var?"

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət