AzTehsil.com
RU


Xəbərlər / Ekspert
18 oktyabr 2023
900


Hələ ki, bizdə hansısa biznesmenin, şirkət rəhbərinin elmə, təhsilə hər hansı bir töhfəsinin şahidi olmamışam




“Hələ ki, bizdə hansısa biznesmenin, şirkət rəhbərinin elmə, təhsilə hər hansı bir töhfəsinin şahidi olmamışam. Bəlkə də, nəsə edənlər olub, mən təsadüf etməmişəm. Dünya təcrübəsindən onu bilirəm ki, məsələn,  ABŞ-ın ən qədim ali təhsil ocaqlarından olan, hazırda Massaçusets ştatının Kembric şəhərində yerləşən və kampusu 154 hektarlıq ərazini əhatə edən, ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. Bu kimi misalların sayını xeyli artırmaq da olar". 


Bu sözləri təhsil eksperti Nadir İsrafilov Azedu.az-a açıqlamasında qeyd edib. O, dünya təcrübəsindən misal göstərərkən bizim də bir vaxtlar  messenatlıq, xeyriyyəçilik ənənələrimizin olduğunu xatırlayır:


"Axı, bir vaxtlar bizim də messenatçılıq, missionerlik, xeyriyyəçilik ənənələrimiz olub.Təkcə, onu xatırlatmaq kifayət edər ki, Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış azərbaycanlı milyonçu, mesenat, ən böyük xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmış qızlar məktəbi bu məsələnin yoluna qoyulmasında nə kimi rol oynamış, Hacının və digər xeyriyəçilərimizin təşəbbüsü və maliyyə dəstəyi ilə nə qədər qız və gəlinlərimiz təhsil almaq üçün xaricə göndərilmiş və peşəkar sənət sirlərinə yiyələnərək Azərbaycana qayıtmışlar.


 Hacı Zeynalabdin Tağıyevlər, Musa Nağıyevlər kimi messenat xeyriyəçilərimizin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, onlarla digər ziyalılarımızın öz vəsaitləri hesabına xaricə tələbə göndərməsi, onlara əl tutması barədə nə qədər konkret faktlarımız var. Hər bir sahibkar, imkanlı şəxs dərk etməmiş deyil ki, təhsil bizim gələcəyimizdir, təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işidir, ümummilli məsələdir”.


 Müsahibimiz isə vurğulayır ki, imkanlı iş adamlarımız, sahibkarlar təhsil məsələlərinin həllinə ürəkdən qoşulmaları arzuolunandır:


“Əlbəttə arzu olunardı ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, sahibkarlar, kommersiya və biznes strukturlarımız da təhsilimizin son dərəcə vacib, taleyüklü məsələlərini həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli töhfələrini versinlər. Bu halda nəinki ödənişli, dövlət hesabına oxuyan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var.  Axı, nəyə görə yüksək bal toplayıb tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olmalıdır”.


 N.İsrafilov hesab edir ki, təşkil olunan görüşlər iş adamlarımızın diqqətini elm və təhsilimizin mövcud problemlərinə cəlb etməkdə müəyyən stimul rolunu oynayar:


"Kaspi” qəzeti və Kaspi.az saytı tərəfindən dəstəklənən layihə çərçivəsində  ziyalılar, ayrı-ayrı peşə sahibləri, ölkədə tanınan şəxslərlə görüşlər keçirilir.  Görüşlərdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılır, məktəbliləri düşündürən suallara aydınlıq gətirilir. Bu kimi görüşlərin keçirilməsi ali məktəblərdə də geniş vüsət alıb. Elə isə bu kimi görüşlər biznesmen, şirkət rəhbəri ilə niyə keçirilməsin. İstənilən halda bu kimi görüşlər “Tik-Tok”çularla, hansısa bloqqerlərlə görüşdən daha faydalı olar və biznesmen, şirkət rəhbəri kimi iş adamlarımızın diqqətini elm və təhsilimizin mövcud problemlərinə cəlb etməkdə müəyyən stimul rolunu oynayar”.




Загрузка...
Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

“Mental”, “mentalitet”, yoxsa “etiket”, “epitet”... -Ekspert təhsilin keyfiyyətindən gileyləndi

“Mental”, “mentalitet”, yoxsa “etiket”, “epitet”... -Ekspert təhsilin keyfiyyətindən gileyləndi

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Pedaqoji Lüğət

Pedaqoji Lüğət