Xaçmaz məktəbinin növbəti UĞURU
AzTehsil.com xəbər verir ki, Quba - Xaçmaz Regional təhsil idarəsinin tabeliyində olan, Xaçmaz rayonunda yerləşən 9 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri Beynəlxalq SAF festivalı üzrə “NanoTex” komandası olaraq, final mərhələsinə vəsiqə qazanıb.
Bu səbəbdən də Xaçmaz rayon üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev komandanın üzvləri ilə görüşüb söhbət edib.Komanda üzvləri final mərhələsinə hazırlıqları barədə məlumat verib və layihələrinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, “Submerged” yarış kateqoriyası üzrə final mərhələsi 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Komandanı və onların mentoru Həmid Kazımzadəni təbrik edib, final mərhələsində uğurlar arzulayıb.![]()









