AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
04 fevral 2023
950


İlham Əhmədov -“Bermud üçbucağına” düşən təhsilimiz.




 Təhsil sahəsində olan  problemlərimizlə əlaqədar, müxbirimiz dos. İlham Əhmədovdan müsahibə almışdır.




Sual: İlham müəllim, təhsildəki  ciddi problemlərlə  əlaqəli hər gün  KİV-lərdə narahatedici yazılar çıxır. Bu sahədəki problemlər barədə nə düşünürsünüz? 

Cavab: Təbii, təhsil hər bir ailənin  вфшь diqqət mərkəzindədir. Bu sahədə isə problemlər azalmaq bilmir, əksinə artır.  Mətbuatda, sosial şəbəkələrdə  kifayət qədər bu haqda tənqidi  yazılar gedib, biz  də hərdən bu barədə yazırıq. Bir məqalədə təhsildə olan çoxsaylı problemlərə toxunmaq mümkün deyil, zaman-zaman bu problemlər və həlli yolları barədə yazmışıq.   İndi bəzi məqamları qeyd etmək istərdik.  


 Biz mürəkkəb bir regionda yaşayırıq. Bundan əlavə yaşadığımız zaman da mürəkkəbdir. İndiki və  gələcəkdə ehtimal edilən  qlobal təlatümləri dövlət və xalq olaraq itkisiz ötüşməyimiz üçün bizim güclü resurslarımız,  ilk növbədə isə yüksək səviyyəli elm və təhsilimiz olmalıdır. 


Keçən ilin ortalarınıda bu sahələrin inkişafı məqsədi ilə "Elm və Təhsil Nazirliyi" yaradıldı, AMEA-nın strukturu ləğv edildi, əksər institutlar ETN-ə birləşdirildi. Məqsəd elm və təhsilin inteqrasiyası, bu yolla tənəzzüldə olan elm və təhsili inkişaf etdirmək idi. 


Elm və təhsilin inteqrasiyası mürəkkəb və uzunmüddətli prosesdir. Bunun uğurlu olması üçün prosesə strateji baxış, konseptual yanaşma olmalı, isə strateji təfəkkürə, elm-təhsilin təşkili  və idarəedilməsi sahəsində müasir biliklərə, zəngin təcrübəyə sahib olması vacibdir.   Bu günə qədər ölkənin təhsil sistemində belə Meqalayihə olmayıb. 


Elm və təhsilimizin, iqtisadiyyatımızın, dolayısı ilə ölkənin gələcəyi bu meqalayihənin uğurundan daha çox asılıdr. Müvafiq Strateji planların hazırlanması və səmərəli reallaşması üçün hər iki sahənin incəliklərini bilən elm və təhsil mütəxəssisləri proseslərə səfərbər edilməlidir. 

Son 30 ildə reallaşan təhsil islahatlarının uğursuzluğunun əsas səbəbi elmi və strateji yanaşmanın, peşəkarlığın zəif olması idisə, son illər isə diletantlığın açıq-aşkar  hiss edilməsidir. 


Təhsilimizin vəziyyətini belə bir bənzətmə ilə təsvir etmək  olar:  Böyük yelkənli gəmi səyahətə çıxır. Gəmi sahildən  uzaqlaşandan sonra sərnişinlərə məlum olur ki, gəminin şəxsi heyətində müxtəlif peşə sahibləri var, amma  onların arasında  bir nəfər də olsun gəmiçilik sənətini bilən, dənizçilik təcrübəsi olan adam yoxdur. Gəmini  səmt küləyi  aparır, amma hara? Hara gedəcəyini bilməyən gəmiyə heç bir külək səmt küləyi deyil.  Sərnişinlər narahat olmağa başlayırlar. Bu gün bizim təhsil belə gəminin vəziyyətində, şagird, tələbə və müəllimlərimiz isə gəminin sərnişinləri vəziyyətindədir (2 milyondan çox  insan). Bu gəminin hansısa limana nə vaxtsa, salamat yan alma ehtimalı çox  azdır. Belə şəxsi  heyətin idarəetməsində  gəmi (təhsil)  yalnız Bermud üçbucağına  yön ala bilər.   

Prezidentin müvafiq  fərmanından 6 ay keçdi. ETN-nin fəaliyyətində hələ ki, dəyişiklik və inkişaf hiss edilmir.   


Sual:  Bu yaxınlarda dünya Universitetlərinin illik qlobal reytinq cədvəli təqdim olundu. Təəssüf ki, bu dəfə də universitetlərimiz  yüksək yerlər tuta bilməyib. Bu haqda nə deyə bilərsiniz?

Cavab:  Reytinq sıralaması ali təhsil sahəsində vəziyyətin qlobal monitorinqinə, o cümlədən ölkələr  üzrə universitetlərinin təbliğinə, ali təhsil xidmətlərinin ixracına   xidmət edir. Hər dəfə dünya Universitetlərinin illik qlobal reytinq cədvəli təqdim ediləndə,  universitetlərimizin  zəif nəticələrini   görürük.  Biz artıq buna  bir növ öyrəncəli olmuşuq. Bu vəziyyət  aidiyyati qurumlarda narahatlıq  yaratmaq əvəzinə,  heç əhvalı da pozmur, ölkədə adi hal kimi qarşılanır. 20 il  belə  gördük bu monitorinqin  nəticələrini və TN-nin  buna olan reaksiyanı.   


Sonuncu təqdim edilən reytinq sıralaması universitetlərin veb  saytlarının təhlili əsasında aparılıb. Webometrics.info süni intelekt proqramı 2022-ci ilin nəticələrinə görə, dünyanın 30 mindən çox universitetlərinin reytinq  cədvəlini öz saytında dərc edib.  Bu yaxınlarda prof. Saleh Məmmədovun bu mövzuda geniş analitik məqaləsi dərc edilmişdi ( “Dünya universitetlərin reytinqi - İlk yüzlük, minlik o yana, ilk üçminlikdə də deyilik”).   


Ümumən başqa reytinq cədvəlləri də var, ən nüfuzlusu və ilki 2003-cü ildən tərtib edilən “Tayms”  qəzetinin  əlavəsi  olan "Ali təhsil"  jurnalının reallaşdırdığı reytinq sıralamasıdır.  2008-ci ildə biz bu mövzuda tədqiqatlar  aparmışdıq. Onda dünyada 20 min universitet vardı. İlk 1000-likdə təbii ki, bizim universitetlər  yox idi. Belə bir sual yaranır: reytinq sıralaması nə  qədər uzadılmalıdır ki, heç olmasa bizim  bir universitetimiz orda təmsil olunsun? Tədqiqat nəticəsində təxmini olaraq müəyyən etdik ki, bu reytinq sıralaması 10 min universiteti əhatə etsə belə, yenə orda bizə yer olmayacaq.  Yerimiz bu sıralanmanın ikinci  eşalonunda,  geridə qalan ölkələrin zəif universitetlərinin  sırasındadır. 2008-ci  ildə bu tədqiqat  əsasında geniş məqalə hazırladıq,  bir neçə yerli,  xarici sayt və  jurnallarda rus,  ingilis dillərində nəşr etdirdik. Sonrakı illərdə də bu mövzuda xeyli məqalələr yazmışdıq.  Amma TN bu durumdan deyəsən  heç narahat deyil. 


2008-ci ildə Bakıda ADPU və Hacəttəpə Universitetlərini  birgə təşkil etdikləri beynəlxalq konfransın plenar ilcasında   bu barədə  məruzə etdik. Təəccüblü bu idi ki, bu konfransda iştirak  edən bizim təhsil nazirliyinin  məsul əməkdaşları  universitetlərin  belə  bir reytinq sıralamasının olması haqqında məlumatsız idilər,  ilk dəfə idi ki, bunu  eşidirdilər.  Belə vəziyyətdə qlobal reytinqlərdə bizim  nə mövqemiz ola bilərdi?     

O vaxtdan 15 il keçib. TN bu müddət ərzində vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün heç bir ciddi işlər görmədi. Çünki, TN son 30 ildə əsasən Maarif Nazirliyi formatında işləyib,  əsas diqqət məktəblərə yönəlib, amma o da nəticəsiz olub.  Bu illər ərzində  universitetlərə diqqət  verilməyib, ehtiyacdan dəfələrlə az investisiya ayrılıb. Digər tərəfdən nə onda, nə də indi TN heç vaxt mütəxəssislərin həyəcan siqnallarına, problemlərin həlli üçün irəli sürülən təkliflərə məhəl qoymayıb. 


Əslində  ETN ATM-nə, peşəkar  layihə təşəbbüs qruplarına  hər il qrantlar verilməlidir:  çox sayda, iri həcmdə, şəffaf prosedurlarla, aktual problemlərin həllinə yönəli, obyektiv qiymətləndirərək, nəticəyönlü. Hələlik ETN az sayda, az həcmdə, qeyri şəffaf, əsasən dost-tanışa, real nəticəsi olmayan, əhəmiyyətsiz mövzulara qrantlar verir.  Maraqlıdır, 3 qat artırılmış təhsil büdcəsi təhsil menecerlərinə    kifayət etmir ki, hələ az büdcəli təhsil qrantlarını  da istədikləri kimi paylayırlar?  Belə  təhsil “strategiyası” iynə ilə gör eşməyə  bənzəyir. Belə gedişlə biz  ən yaxşı halda  10 ildən sonra Monqolstan, Özbəkstan, Qırğızstan universitetlərinə çata bilərik. 


Nəzərə alaq ki, dünya universitetlərindən real geriliyimiz  bu gün 20-30  ildir, bu templə geriliyimiz ilbəil daha da artacaq. 

Yaxın gələcəkdə ETN-nin nəznində "Elm və ali təhsil"  agentliyi fəaliyyətə başlayacaq. Ümid edirik ki, bu məsələlərə yanaşmada  yeni agentlik peşəkarlıq  və vətənpərvərlik  nümayiş etdirəcək.   

Sual:  Elm və təhsilin inteqrasiyası zamanın tələbidir. Elmin gələcəyi daha çox istedadlı gənclərin bu sahəyə yönləndirilməsini tələb edir. Gəncləri təhsil illərindən  tədqiqatlara həvəsləndirmək,  sadə layihələrə cəlb etmək gərəkdir.  Amma gənclərimizin elmə həvəsi ilbəil azalır.  Görünür gənclər arasında elmin populyarlaşmasına, təbliğinə  ehtiyac var. Bu haqda nə deyə bilərsiniz? 

Cavab:  Bəli. Belə problemlər var. Gənclərdə  nəinki universitet illərindən, hətta məktəb illərindən başlayaraq  elmə maraq yaratmaq  lazımdır. Elm dövlət üçün zəruri, gənclər üçün isə şərəfli və perspektivli sahə olmalıdır.  Çalışmaq lazımdır, müəyyən tədbirlərlə gənclərin elmə gəlişi  stimullaşdırılsın. Onlara izah edilsin  ki,  elm, təhsil və innovasiyalar - bilik, savad, müasirlik gənclik üçün gələcəyə açılan  vacib portaldır. Amma alimlərin sosial durumunun çox zəif olması bu sahəyə gənclərin gəlişini  əngəlləyir.

    Uiversitetlərdə “Elmin populyarlaşdırılması mərkəzi”ləri  yaradılmalıdır.   Ökəmizdə 40 il əvvəl  elmin təbliği məqsədi  ilə "Bilik cəmiyyəti" var idi.  Yaxşı da fəaliyyət göstərirdi. Müstəqillik illərində ona lazımi diqqət yetirilmədiyindən, fəaliyyəti zəiflədi, sonra da bağlandı.  

İndi  "Bilik cəmiyyəti"nin fəaliyyətini yeni formatda bərpa etmək lazım  lazımdır. Belə mərkəzlər çox yaradılmalıdır, universitetlərin və AMEA-nın nəznində. O  cümlədən ölkə üzrə daha geniş miqyasda fəaliyyət göstərə biləcək  “Respublika Bilik Cəmiyyəti”  yaradılmalıdır.  Amma bu dəfə  40 il əvvəlkindən  fərqli şəkildə, bu mərkəzlər  "Virtual Bilik cəmiyyəti" formatında fəaliyyət göstərməlidir.   Biliklər cəmiyyətində, rəqəmsallaşma dövründə biliklərin yayılması, elmin təbliği  İnternet üzərindən, distant təhsil formatında həyata keçirilməlidir.  

UNEC-də bu yaxınlarda “Elmin populyarlaşdırılması mərkəzi”  yaradıldı. Onlar  bu mərkəzin  işini  “”elmin virtual populyarlaşdırılması mərkəzinə çevirə bilərlər. Orada müvafiq  təcrübə və texniki baza var. Yeni açılan bu mərkəzin səmərəli işləyəcəyinə və digər yeni açılacaq mərkəzlərə  model rolunu oynayacağına  ümid edirəm.   

TN-nin son 20 ildə  çox səhvləri olub,  ən böyük səhvi  isə ölkədə distant təhsil sisteminin  yaradılmasındakı fəaliyyətsizliyi, təşəbbüslərə biganəliyi, bəzən də maneçilik etməsi olub.  Bunun acısını  pandemiya dövründə  çox aydın hiss etdik. Pandemiya artıq bitdi, distant təhsilə  ETN tərəfindən qoyulan embarqo isə bitmədi.   Distant təhsilin hətta   postpandemiya dövründə də yaradılmaması  heç cür başa düşülən deyil. Biz hələ uzun müddət də bu sahədəki geriliyimiz  hiss ediləcək. 





Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?