AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
18 oktyabr 2025
1 081

"Məktəblərdə polis postları yaradılmalıdır, şagirdlər yoxlanılmalıdır"



Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib.


Qeyd edək ki, məktəblərdə dəfələrlə bu cür hallar baş verib. Bütün bunlar isə məktəblərdə təhlükəsizlik məsələsini gündəmə gətirir.


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi ki, məktəblərdə daxili nizam-intizamı qorumaq və xüsusilə cinayətkarlıq hallarının, yaxud cinayətə təşəbbüs cəhdlərinin qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin hər məktəbdə bir postu yaradılmalıdır:


"Həmin postda bir serjant və ya əməkdaş mütəmadi şəkildə məktəbin təhlükəsizliyini təmin etməli, uşaqlar üzərində nəzarəti gücləndirməlidir. Əgər bu cür postlar yaradılmasa, məktəblərdə xüsusi bir sistem qurulmalıdır. Hər gün məktəblərdə və siniflərdə uşaqların üzərindəki əşyalar yoxlanılmalıdır. Daxili nizam-intizamı qorumaq üçün hər bir məktəbdə xüsusi işçi qrupu yaradılmalı, həmin qrup şagirdlərin çantalarını, üzərindəki əşyaları tam şəkildə yoxlamalıdır. Əgər hər hansı alət və ya təhlükə yarada biləcək predmet aşkarlanarsa, bu barədə dərhal Daxili İşlər Nazirliyinə məlumat verilməli, hadisə araşdırılmalı və müvafiq tədbirlər görülməlidir".




Onun sözlərinə görə, belə hallar bir neçə dəfə təkrarlanarsa, şagirdlərdə müəyyən qorxu hissi formalaşacaq və onlar artıq bu cür hərəkətlərə cəhd etməyəcəklər.


"Hazırda məktəblərdə vəziyyət çox zəifdir, nizam-intizam demək olar ki, sıfır səviyyəsindədir. Şagirdlər nə müəllimdən, nə də direktor, direktor müavini və ya digər məsul şəxslərdən çəkinirlər. Bu da sosial şəbəkələrin təsiri ilə şagirdlərin həddindən artıq sərbəst davranmasına səbəb olur. Nəticədə bu sərbəstlik bəzən xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Dediyim kimi, bunun yeganə çıxış yolu məktəblərdə polis postlarının yaradılmasıdır. Ölkəmizdə kifayət qədər polis serjantı var. Hər bölgədə orta hesabla 5-10 məktəb mövcuddur və həmin məktəblərə Daxili İşlər Nazirliyinin əməkdaşlarını cəlb etmək mümkündür. Onların orada mütəmadi dayanması şagirdlərdə məsuliyyət hissi yaradacaq. Şagird polis serjantını gördükdə anlayacaq ki, qayda pozsa, məsuliyyət daşıyacaq, bu da onu cinayətə və ya intizamsızlığa təşəbbüsdən çəkindirəcək.


Əgər bu sistem həyata keçirilə bilməzsə, o zaman Elm və Təhsil Nazirliyi məktəblərdə dediyim kimi xüsusi işçi qrupları yaratmalıdır. Dövlət onsuz da təhsil sahəsinə kifayət qədər vəsait ayırır. Ona görə də bu nəzarət sistemini təşkil etmək elə də çətin məsələ deyil. Şagirdlərə hər gün mütəmadi şəkildə yoxlanış və nəzarət aparılmalıdır. Bir müddət bu tədbirlər davam etdirilərsə və üzərində hər hansı təhlükəli alət aşkarlanan şagirdlər polisə təhvil verilərsə, digər şagirdlər də bu vəziyyətdən nəticə çıxaracaq və oxşar davranışlara cəhd etməyə qorxacaqlar", - deyə Elçin Murad qeyd edib.



Həmçinin oxuyun:
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

YADDAŞ  Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

YADDAŞ Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Qələm əvəzinə bıçaq gəzdirənlər: Məktəblərin təhlükəsizliyi necə təmin olunmalıdır?

Qələm əvəzinə bıçaq gəzdirənlər: Məktəblərin təhlükəsizliyi necə təmin olunmalıdır?

Məkəbin  mühafizə işi xadimələrə həvalə olunur - Amma doğru deyil !

Məkəbin mühafizə işi xadimələrə həvalə olunur - Amma doğru deyil !

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Bakı və qəsəbələrində tikintisi və bərpası nəzərdə tutulan məktəblərin siyahısı açıqlanıb

Bakı və qəsəbələrində tikintisi və bərpası nəzərdə tutulan məktəblərin siyahısı açıqlanıb

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları