AzTehsil.com

Xəbərlər / Müəllim / Digər Elan / Ekspert
25 sentyabr 2025
1 217

"Müəllimlərin qəfildən dəyişdirilməsi..."- Ekspert

"Müəllimlərin hansı siniflərdə dərs keçməsi, dərs yükünün bölüşdürülməsi və pedaqoji heyətin idarə olunması bütün dünyada təhsilin keyfiyyətinə birbaşa təsir edən məsələlərdəndir. Təhlil göstərir ki, müəllimlərin sinifdən uzaqlaşdırılması və ya başqa sinfə keçirilməsi prosesi yalnız inzibati qərar deyil, həm də pedaqoji nəticələri müəyyənləşdirən vacib addımdır. Azərbaycanda hər il Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikatlaşdırılması, bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir. Rəsmi statistikaya görə, 2024-cü ildə sertifikasiyaya cəlb olunan müəllimlərin 74 faizindən çoxu uğurla nəticə göstərib və bu, tədris keyfiyyətinə təsir edən əsas göstəricilərdən biridir".

Bu fikirləri  açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə fənn tədris edən müəllimlərin qəfildən dəyişdirilməsindən danışarkən bildirib.

AzTehsil.com- "“Təhsil haqqında” Qanunun 30-cu maddəsində qeyd olunur ki, pedaqoji işçilərin peşəkarlığı, təhsilalanların maraqları və təhsil müəssisəsinin inkişaf strategiyası nəzərə alınmaqla dərs yükü müəyyənləşdirilir. Lakin qanunda eyni zamanda valideynlərin övladlarının təlim-tərbiyə şəraiti ilə bağlı fikir bildirmək hüququ da təsbit olunub. Bu baxımdan, müəllimin sinifdən uzaqlaşdırılması məsələsində şəffaflıq təmin olunmadıqda, valideynlərin narazılığı pedaqoji prosesə təsir göstərə bilir. Mənfi tərəf ondan ibarətdir ki, müəllimlərin belə qəfil dəyişdirilməsi çox zaman şagirdlərin nəticələrinə birbaşa təsir edir. Psixoloji uyğunlaşma, tədrisin davamlılığı və öyrənmə vərdişləri pozulur. Məsələn, Dünya Bankının 2022-ci ildə yayımladığı hesabatda göstərilir ki, müəllimlərin tez-tez dəyişdirilməsi ibtidai siniflərdə oxu və riyazi bacarıqların 11–13 faiz zəifləməsinə səbəb olub. Bu, yalnız inkişaf etməkdə olan ölkələrdə deyil, hətta ABŞ və Avropa ölkələrində də müşahidə edilən ümumi tendensiyadır.

Müsbət tərəf isə odur ki, Elm və Təhsil Nazirliyi son illərdə müəllimlərin idarə olunmasında səmərəliliyi artırmaq üçün vahid elektron sistemlər tətbiq edir. “Müəllimlərin işə qəbulu” və “sertifikasiya” mexanizmləri nəticəsində artıq siniflərə pedaqoji cəhətdən daha hazırlıqlı, qiymətləndirmədən keçmiş kadrların yönləndirilməsi mümkün olur. Bu, müəllimlərin yerdəyişməsini daha obyektiv və keyfiyyətli edir. Nazirliyin bu istiqamətdə atdığı addımlar müsbət qiymətləndirilməlidir, çünki nəticədə məktəblərdə dərs keyfiyyəti yüksəlir, şagirdlərin nəticələri sabitləşir".

Ekspertin fikrincə, müəllimin başqa sinfə keçirilməsi pedaqoji əsaslandırma və valideynlərlə açıq kommunikasiya ilə müşayiət olunmalıdır:

"Əks halda bu, şagirdlərin təhsil keyfiyyətinə mənfi təsir edə bilər. Amma Elm və Təhsil Nazirliyinin ümumi siyasəti – müəllimlərin keyfiyyətinə əsaslanaraq bölgülərin aparılması müsbət istiqamətdə bir addımdır və dünya təcrübəsinə uyğunlaşdırılması zəruridir. Azərbaycanın təhsil sistemində baş verən bu yeniliklər gələcəkdə daha şəffaf idarəetmə, valideynlərin proseslərə cəlb olunması və pedaqoji sabitliyin qorunması ilə tamamlanmalıdır", - deyə Kmaran Əsədov yekunlaşdırdı.

Həmçinin oxuyun:
Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət