Bugün Müstəqilliyin Bərpası Günüdür
Bugün Müstəqilliyin Bərpası Günüdür.
AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 29 dekabr 1991-ci ildə isə ümumxalq referendumunda əhalinin 95%-i səsvermədə iştirak edərək, ölkənin müstəqilliyinə səs verib. Bu, Azərbaycan xalqının ikinci dəfə müstəqillik əldə etməsi idi.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Müstəqil Azərbaycan Respublikasının Dövlət Himni, az sonra üçrəngli Bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət Gerbi təsdiq edilib.
18 Oktyabr 1992-ci ildən etibarən Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib. 15 oktyabr 2021-ci ildən isə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, həmin tarix Azərbaycanda Müstəqilliyin Bərpası Günü elan edilib.