AzTehsil.com


Xəbərlər / Müəllim
23 dekabr 2022
700


Sinifdə 30-40 şagird varsa, hansı keyfiyyətdən danışmaq OLAR?




Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevin siniflərdə şagird sayının çox və ya az olmasının təhsilin keyfiyyətinə təsir etməməsilə bağlı fikirləri sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevirilib.


Valideynlər və müəllimlər əksini iddia edirlər. Valideynlər say çoxluğu səbəbindən uşaqlarından mütəmadi dərs soruşulmadığını, müəllimlər isə buna vaxt qalmadığını deyirlər. Onlar bildirirlər ki, şagird çox olan sinifdə sadəcə proqram yerinə yetirilir, keyfiyyətli bilik aşılamaq mümkün deyil.


Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, nazirin bəzi fikirləri ilə razılaşmalıyıq:


“Hər şeydən əvvəl onu deyim ki, Emin Əmrullayevin açıqlaması heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Baxmayaraq ki, nazirin bu məsələ ilə bağlı öz arqumentləri var. Bununla belə istəsək də, istəməsək də, nazirlə bir məsələdə razılaşmalıyıq ki, əgər müəllim keçdiyi dərsi bilmirsə, istər 10, istərsə də 30 şagirdə dərs desin, nəticə olmayacaq. Bunları nəzərə almaq lazımdır. Sinqapur, Cənubi Koreya kimi ölkələri bir kənara qoysaq, bu məsələdə bizdə olan fərqlilik göz önündədir. Heç də əbəs yerə deyil ki, təhsil qanunvericiliyimizdə siniflərin 20 şagirddən ibarət komplektləşdirilməsi nəzərdə tutulub. Hələ ayrı-ayrı fənlər üzrə siniflərin iki yarım qrupa bölünməsi bir yana. Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarının 5-ci maddəsində deyilir: "Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir”.


Ekspert özəl məktəb və liseylərdə şagird sıxlığından da danışıb. Onun fikrincə, özəl məktəb və liseylərdə şagirdlərin sayı daha azdır:


“Qanunvericiliyi bir kənara qoysaq, belə bir sual ortaya çıxa bilər ki, əgər, sıxlığın təhsilin keyfiyyətinə  təsiri yoxdursa, onda nəyə görə əsasən də özəl lisey və gimnaziyalarda təhsilin keyfiyyəti daha yüksəkdir. Çünki, onlarda siniflər dövlət məktəblərindən fərqli olaraq 30-40 şagirddən deyil, ən çoxu 12-15 şagirddən komplektləşdirilir. Yaxud nə üçün valideynlərin böyük əksəriyyəti maddi vəziyyətindən asılı olmayaraq, boğazından kəsib, övladlarını repetitor yanına, müxtəlif hazırlıq kurslarına göndərirlər? Çünki, repetitorlar və kurslarda hazırlıq keçənlər uşaqlarla böyük qrup halında deyil, fərdi qaydada məşğul olurlar. Əlbəttə, bütün bunlar maliyyə ilə əlaqədar, bizə məlum olan və məlum olmayan digər səbəblərlə bağlı məsələlərdir. Sıxlıq bütün respublika üçün xarakterik olmasa da, Bakı və digər böyük şəhərlərin məktəbləri üçün hələ ki, problem olaraq qalır. Bu isə valideynlərə məktəb seçməkdə bir sıra problemlər yaradır, baxmayaraq ki, son illər xeyli sayda yeni məktəblər tikilib, əlavə tədris korpusları istifadəyə verilib. Problem hələ də qalamqdadır".




Загрузка...
Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Müasir dərs necə olmalıdır?

Müasir dərs necə olmalıdır?

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Metodbirləşmələr

Metodbirləşmələr

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Finlandiyada adam hər gün məktəbə getmək istəyir

Finlandiyada adam hər gün məktəbə getmək istəyir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir