Təkliflərə dəyər verək
İş olan yerdə səhv və nöqsanların olması təbiidir. Yaranmış nöqsanların aradan qaldırılması isə başlanmış işin əzmlə irəliləməsinə təkan verir. Nöqsanları vaxtında müəyyən etmək lazımdır. Bu işdə tənqid əvəzolunmaz vasitədir.
Demokratik və plüralizm mühitində tənqidə dözümlük ümumi mədəniyyətin tərkib hissəsidir.
Bizlər müstəqil ölkənin vətəndaşı olaraq hər birimiz ölkənin inkişafında nöqsanlara qarşı barışmaz mövqe sərgiləməklə, bu işə öz real tövhəmizi verə bilərik. Ölkə rəhbərliyi bu məsələyə dair dəfələrlə öz mövqeyini açıq və birmənalı şəkildə bildirmişdir: “Hər bir ölkədə problemlər var, o cümlədən də Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir? .... Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam təmin olunub. Yüzlərlə mətbu qurum var. Bunu da xatırlatmaq istəyirəm ki, sərbəst və azad söz olan ölkədə söz azadlığı boğula bilməz.” (PREZIDENT İLHAM ƏLIYEV).
Ölkə rəhbəri ictimai nəzarətin vacibliyi haqqında fikirlər bildirərkən, vətəndaş-hökumət arasında əlaqələrin qurulması, ictimai təkliflərin nəzərdən keçirilməsi xüsusi qeyd edilirdi: “İCTIMAI NƏZARƏTIN GÜCLƏNDIRILMƏSI ÇOX ÖNƏMLI MƏSƏLƏDIR. ÇÜNKI, İCTIMAI NƏZARƏT OLAN YERDƏ İŞLƏR DAHA YAXŞI GEDIR."
Biz də təhsil işçisi olaraq son 20 ildə öz fəaliyyət sahəmizdə olan nöqsanları görüb, bu barədə narahatlığımızı bildirmiş, daim yazmış, danışmış və kifayət qədər təkliflər vermişik. Nöqsanları görüb, onların həllinə yönəli təkliflər vermək asan məsələ deyil. Heç də hər bir mütəxəssis dərində olan səbəbləri, bunun yaxın və uzaq gələcəkdə törədəcəyi fəsadları vaxtında görüb, təkliflər verə bilmir.
İnsafən son 20 ildə təhsilə rəhbərlik edən şəxslər də hər dəfə bu tənqidi fikirlərin ümumi işə xeyirli ola biləcəyini düzgün qiymətləndirmiş, bunun qərəzli olmadığını, ümumi işə faydalı olacağını düzgün qiymətləndirmiş, tənqidə tolerantlıq nümayiş etdirmişlər. Məsələn, Misir müəllim təhsil naziri olduğu dövrlərdə bildiyim qədər “Azərbaycan Müəllimi” qəzetinin bütün nömrələrini mütəmadi olaraq oxuyur, oradakı məqalələrdə olan təklifləri maraqla izləyirdi. Düzdür, bu təkliflərdən hansıların nəzərə alındığını deyə bilmərəm, amma bu təkliflər haqqında məlumatlı idi.
Verilən təkliflərin təhsilə konķret faydası olması üçün, bu təklifləri toplamaq, təhlil etmək, nəzərə almaq yaxşı olardı. Təhsilin çox mürəkkəb və dinamik sistem olmasını, hər bir ailənin mənafeyinə xidmət etməsini, bu sahədəki problemlərin ilbəil artmasını, eyni zamanda təhsilin ölkənin gələcəyini müəyyən etməsini də unutmamalıyıq. Bu səbəbdən təhsilə dair verilən təkliflərin toplanması, təhlil edilməsi zəruridir. Bu mənada TN nəznində daimi fəaliyyət göstərən müəyyən analitik qrupun yaradılması məqsədəuyğun olardı. Bu halda verilən təkliflər təyinatı üzrə daha səmərəli istifadə edilə bilərdi.
Dosent İlham Əhmədov
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib
İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili
Pedaqoji Lüğət
Uğurlu təhsil islahatlarının banisi
Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
Metodbirləşmələr
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"
Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir
Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür
Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI
Distant təhsilə doğru ilk addımlar
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi
TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR
Məktəb direktorları üçün müsahibə sualları
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri
Paytaxt təhsili 2021-ci təqvim ilində
VMA-nin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”adlı tədbiri
Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası