AzTehsil.com


Direktor
31 may 2016
6 991


Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid



Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid
Psixoanaliz elminin banisi avstriyalı nevroloq Ziqmund Freydin (1856-1939)şüuraltı nəzəriyyəsinin və Amerika psixoloq və sosioloqu Elton Meyonun (1880-1949) işlərinin meydana çıxması ilə idarəetmə tabeçilikdə olanlara təsir aləti kimi psixoloji metodlarla silahlanmışdır.Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid Bunun əsas səbəbi işçilər üçün qeyri-maddi (ikinci dərəcəli və ya psixoloji) motivlərin və tələblərin ön plana çıxmasıdır: məsələn,özünə hörmət, işlə qaneolma, tanınma və s.Müasir idarəetmə şəraitində müvəffəqiyyət o halda təmin edilə bilər ki, rəhbər kollektivdə saglam və əlverişli psixoloji mühit yaratsın. Kollektivdə sağlam və əlverişli mühit yaradılması üçün aşağıdakı bir sıra vacib qaydalara əməl etmək lazımdır:
  •  psixoloji mühit kollektivdə lider formalaşdırır;
  • kollektivin yaxşı ənənələrini qorumaq və inkişaf etdirmək lazımdır;
  •  vəhdət və fəallıq kollektivdə sağlam psixoloji mühiti möhkəmləndirmək üçün yaxşı baza olmalıdır;
  •  kollektivdə inam, xeyirxahlıq və qarşılıqlı kömək şəraiti yaradılmasına fəal nail olmaq lazımdır;
  •  hər hansı bir qazanılmamış mükafatlandırma və düzgün olmayan xidmətə isnad edilməsi kollektivə pozucu təsir göstərir;
  •  sosial məsələlərdə rəhbərin başlıca vəzifəsi kollektivin və onun tələbatlarını bilmək və onları ödəməyə cəhd etmələridir;
  •  rəhbərin ayrı-ayrı kollektiv üzvlərinə qarşı ədalətsiz münasibəti onun tamlığını və birliyini pozur;
  •  rəhbərlərin vaxta dürüst əməl etmələri və reqlamenti gözləmələri kollektivi intizamlı edir və işgüzar atmosfer yaradır;
  •  rəhbərin kobudluğu, diqqətsizliyi kollektivə əziyyət verir, onun təşəbbüskarlığını  əlindən alır və əməyi bir növ cəzaya çevirir.
Bazar iqtisadiyyatı şəraitində idarəetməni təkmilləşdirməyin ən kəsərli alətlərindən biri tənqiddir. Tənqidsiz irəliyə doğru hərəkət yoxdur.Özünü tənqid rəhbərlərə idarəetmə metodlarını və rəhbərlik üslubunu təkmilləşdirməyə imkan verən etibarlı vasitədir. O işdəki nöqsanlara qarşı təsirlənmə qabiliyyətini yüksəldir. Səbəbsiz və zərurət olmadan tabeçiliyinizdə olanları tənqid
etməyin. Tənqid vasitədir, lakin məqsəd ola bilməz.Tənqid işçinin şəxsiyyətinə deyil, onun qeyri-qənaətbəxş işinə istiqamətləndikdə daha səmərəli olur. Ona görə də insanların bərpa edə biləcəkləri hərəkətlərini tənqid etmək lazımdır. Digərlərinin davranışlarını müqayisə etməklə, tənqid edilən şəxsi alçaltmaq isə xoşagəlməz nəticə verə bilər. Əgər tənqid edilən şəxs tənqiddən nəticə çıxarıbsa, onu təkrar etməyin.Tənqid insanı alçaltmamalı və onun təşəbbüskarlığını öldürməməlidir. Əgər tənqiddən nəticə çıxaran işçini rəhbər sonradan tərifləmirsə onun tənqidinə işçinin fəal reaksiya verdiyini gözləmək olmaz. Tənqid edərkən obyektiv olun və tənqid edilənin düşmənçiliyi və qərəzçiliyi rəhbər tutacağını güman etməyin. Rəhbər tənqiddən əhval-ruhiyyəsinin pozulduğunu göstərməməlidir  
Tənqidə qəzəblə və istehza ilə yanaşmaq, yaxud da onu zarafata çevirmək olmaz.Tənqidə sakit, əsasdandırılmış şəkildə cavab verərək tənqid edənin şəxsi keyfiyyətlərinə toxunmaq lazım deyildir. Səhvləri təhlil etmək onlardan nəticə çıxararaq
öyrənmək və özünə özünü tənqid ruhu aşılamaq lazımdır. Özünüzün bütün hərəkətlərinizi təhlil etməyi və qiymətləndirməyi öyrənmək lazımdır.
P.Rzayev, Z.Rzayev



Загрузка...
Həmçinin oxuyun:
Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Tərbiyənin metodları

Tərbiyənin metodları

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........