AzTehsil.com


Xəbərlər / Müəllim
20 iyun 2022
1 248


“Müəllimlər robot deyillər, nazirliyin onlara münasibətini başa düşmürəm”-Sona Əliyeva




“Sertifikasiya prosesində Təhsil Nazirliyi DİM təcrübəsindən yararlanmalıdır”.


Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq Sona Əliyeva deyib.


Belə ki, sertifikasiya ilə bağlı vahid ədəbiyyatın olmaması müəllim arasında narahatlığa səbəb olur. Onlar hansı ədəbiyyatı oxuyacaqları ilə bağlı tərəddüd yaşayırlar.


Sona Əliyeva vahid ədəbiyyatın olmamasının problem yaratdığını vurğulayıb:


“Hazırda ölkəmizdə vahid ədəbiyyatın olmaması  narahatedici məqamlar yaradır. Xarici ölkələrdə vahid ədəbiyyat deyilən anlayış yoxdur. Misal olaraq, Türkiyədə heç bir sahədə vahid ədəbiyyat mövcud deyil, müəyyən tövsiyələr öz əksini tapmaqdadır.


Azərbaycanda bu istiqamətdə ümumiyyətlə, yeni ədəbiyyat yoxdur. Müəyyən tədris mərkəzləri bəzi vəsaitlər çap edir, bunlar MİQ, DİQ kimi sahələri əhatə edir. Lakin ən azından Təhsil Nazirliyi sertifikasiya üzrə tövsiyə siyahısı hazırlaya bilər. Çünki müəllimlər imtahana hazırlaşarkən nəyəsə istinad etməlidilər. Sertifikasiya ilk ildir ki, keçirilir. Proses əvvəlki illərdən tətbiq edilsə və müəllimlərin onunla bağlı anlayışları yaransa idi, onlar  üçün rahat olardı. Təhsil Nazirliyi DİM təcrübəsindən yararlana bilər. Dövlət İmtahan Mərkəzi abituriyent və magistrlar üçün imtahan keçirməmişdən qabaq siyahı tərtib edir ki,  mövzular üzrə hansı hissələr düşəcək”.


 Pedaqoq müəllimlərə olan münasibətdən danışdı:


 “Son zamanlar həm cəmiyyət, həm də Təhsil Nazirliyi tərəfindən     müəllimlərə  olan münasibəti birmənalı olaraq başa düşmürəm. Müəllimlər robot deyil, onların yüksək intellekt səviyyəsi olsaydı,  gedib professor olar, elmi dərəcə alar, müəyyən kəşflər edərdi. Bu insan fənn  öyrədir. Onun hədəfi və məqsədi ondan ibarətdir ki,  qoyulan vəzifəni layiqincə yerinə yetirsin. Müəllimlərdən gözləntilər niyə bu qədər yüksəkdir?! Niyə onların bilik səviyyələri davamlı olaraq yoxlanılır?!  Bu məsələdə kompramis olmalıdır. Müəyyən istiqamətlər üzrə  imtahana suallar düşəcəyi ilə bağlı tövsiyələr edilməlidir. Nəticədə onlar hansı sualların salındığını, çətinlik dərəcəsini müəyyən etmiş olacaqlar. Ona görə də hazırlıq üçün vahid ədəbiyyatın  olmaması məsələsini məqsədə müvafiq hesab etmirəm. Müəllimlər kimə istinad edib, kimləri oxuyacaqlarını öncədən bilməlidilər. Müxtəlif vəsaitlər var. Təhsil Nazirliyi bunu gözdən keçirərək, onlara yeni əlavələr edə bilər.


Sertifikasiyanı həyata keçirərkən həm də, müəllimlərə kömək etmək lazımdır ki,  bunu öyrənərək, bilərək və tətbiq edərək keçsinlər. Müəllimlərə dəstək olmaq vacibdir. Təhsil cəmiyyəti ilə əl-ələ verərək problemləri həll etmək daha məqsədəuyğundur. Qütblər yaratmaq lazım deyil”.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

Metodbirləşmələr

Metodbirləşmələr

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI