Gün ərzində xəbərləri izləmək üçün ən optimal vaxt nə qədərdir?
Rusiyalı psixoloq İnna Silenok bir şəxsin psixikaya zərər vermədən gündə nə qədər xəbərlərə baxa biləcəyini açıqlayıb.
Ekspertin fikrincə, onlayn xəbərləri izləmə vaxtını gündə yarım saata endirmək vacibdir.
“Psixoloji sabitliyi pozan amillərdən biri informasiya gərginliyidir. İnsanların tez-tez yoxlanılmamış mənbələrdən aldıqları ziddiyyətli xəbərlər asılılığın yeni formasını yaradıb”, - deyə həkim izah edib.
Psixoloq xəbərdarlıq edib ki, əgər insan bu gərginliyin öhdəsindən gələ bilmirsə, yuxusu pozulursa, fon narahatlığı, panik ataklar, psixosomatik xəstəliklər kəskinləşirsə, mütləq mütəxəssislərə müraciət etmək lazımdır.
Mənbə: “Praym”