Yuxuya gedərkən qəfil yıxılma hissi - SƏBƏBLƏRİ
Bir çox insan yuxuya gedərkən sanki yıxılacaqmış kimi hiss yaşayıb, qorxur. Bunun bir sıra psixoloji tərəfləri ola bilər.
Psixoterapevt Rıdvan Üney bunun 7 əsas səbəbini açıqlayıb:
1. Yuxumuz bir-birini izləyən iki ayrı dönəmdən ibarətdir. Nonrem və rem dönəmləri adlanan bu müddət gecə 6-7 dəfə yaranır. Nonrem dönəmi yuxumuzun 75 faizini əhatə edər. Bu müddətdə ürək döyüntümüz və nəfəs alıb-verməyimiz azalır. Digər dönəm olan remdə isə beynimizin, göz əzələlərinin çalışma sürətini artar. Yuxumuzu da bu müddətdə görürük.
2. Qarabasmalar: Bu yuxu "infarktı" deyilən bir haldır. Yuxunun REM-NONREM dəyişimi arasında olur. Stresli dönəmlər isə daha da artar.
3. Panik atak: Hansısa bir səbəblə yaranan panik atak tam yuxuya gedərkən yaranır. Bu hal insanda yatağı sürüşür, yıxılacaqmış kimi bir hiss yarada bilər.
4. Yuxu pozuntuları: Gec yuxuya getmək, tez-tez və erkən oyanma, oyanmaqda çətinlik kimi bir çox əlamətlərlə qarşımıza çıxan yuxu pozuntularında bu hiss yaşana bilər.
5. Narahatlıq: Həyəcan, narahatlığın artdığı bir çox psixiatrik pozuntularda bu hala rastlanılır.
6. Stresli yaşam: İnsan gündəlik yaşamında çox stres yaşayır və kontrol edə bilmirsə, bədən bunlara reaksiya verir.
7. Bəzi dərmanlar: Gecə yatarkən alınan və təzyiqi ani düşürən bəzi dərmanlar bu hissin yaranmasına səbəb ola bilir.