AzTehsil.com


Xəbərlər / Saglam həyat
07 sentyabr 2021
1 477


İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!



 

İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!

 

 Melatonin insanın gündəlik ritmlərini nizamlayan epifizin əsas hormonudur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır.


Bu hormon yorğunluğu artırır və insan onun sayəsində yuxuya gedir. Proses gecə saat 23:00-dan 03:00-dək gedir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır. Melatonin hormonunun yaşlanmağa gecikdirici təsiri də var.


Bu hormon orqanizmə qidalar vasitəsilə düşən triptofan-amin turşusu sayəsində istehsal olunur. Proses aşağıdakı şəkildə baş verir: triptofan qan dövranı vasitəsilə epifiz vəzisinə çatır. O, burada gümrahlıq və xoşbəxtlik hormonu adlandırdığımız serotoninə çevrilir. Gecənin düşməsi ilə bu hormon melatonin hormanlarına çevrilir. Günəş doğan kimi triptofandan yenidən melatonin əmələ gəlir.


Melatonin konsentrasiyası qanda 60 yaşda daha çox aşağı düşür, məhz buna görə də yaşlı insanlar həmişə yuxu problemindən əziyyət çəkir. Lakin melatonin hormonlarının istehsalını yaşa dolduqca tənzimləmək olar.


Bunun üçün öz orqanizmini hər gün eyni vaxtda yuxuya getməyi öyrətmək, tərkibində melatonin olan məhsulları yemək və vitamin qəbul etmək lazımdır. Yadda saxlayın: Nə qədər gec yatsanız, melatonin bir o qədər az istehsal olunur. Dolayısı ilə nə qədər tez yatsanız, bunun sayəsində sağlam və daha cavan olursunuz. Yalnız dərin yuxu fazasında melatonin hesabına orqanizmin hüceyrə səviyyəsində yenilənməsi baş verir.


Yuxu rejimi qaydaya salmaq üçün nə etməli?


Gecələr münasibətlərin aydınlaşdırılması stressdən başqa heç nə gətirmir. Sinir sistemi axşamlar təmkinli və sakit vəziyyətdə olmalıdır. Çünki stress sözügedən hormonun istehsalını ləngidir.


Şam yeməyində tərkibində triptofan-amin turşusu olan məhsulları daxil etməyə çalışın. Belə məhsullara toyuq əti, hinduşka, balıq, dəniz məhsulları, qaraciyər, yumurta, süd, kəsmik, yulaf yarması, qızardılmış kartof, tərəvəz, araxis, badam, qabaq tumları, xurma, banan aiddir.


Yatmazdan əvvəl yemək məsləhət deyil, yaxşı olardı ki, süd məhsulları, bal ilə qarışdırılımış bir stəkan süd və ya sakitləşdirici ot çayları içəsiniz. Bu məhsullar melatonin istehsalını stimullaşdırır.


Sizin yatağınız yalnız yuxu üçün nəzərdə tutulmalıdır. Çarpayı televiziya proqramlarına baxmaq, telefonla danışmaq üçün deyil.


Melatonin istehsalını gücləndirmək üçün sərin otaqda yatmaq daha yaxşıdır. Odur ki, nəfəsliyi açıq qoyub yatın və ya yatmazdan əvvəl otağın havasını dəyişin.


Melatonini dərman şəklində də qəbul etmək olar. Bu zaman o, sintetik yolla - həb və kapsulları şəklində istehsal olunur. Dərmanın dozasını yalnız həkim müəyyən edir. Əgər orqanizmin dəstəyə ehtiyacı varsa, mütəxəssisə müraciət edin.


Bir saatlıq idman da melatonin istehsalını dəfələrlə artır.


Zaman keçdikcə mellatonin yaranma prosesi ləngiyir və onun məhsuldarlığı azalır. Bunun qarşısını almaq üçün sərbəst radikalları neytrallaşdıran antioksidantlarla zəngin olan bitki pəhrizləri saxlayın. Alkoqol, eləcə də yağlı yeməklərdən çəkinin və heç vaxt siqaret çəkməyin.


Melatonin istehsalı nə üçün faydalıdır?


- Həyat gücünü bərpa edir;


- Orqanizmi cavanlaşdırır;


- Hüceyrələri kanseregon maddələrdən, radiasiya və pestisidlərdən qoruyur;


- Xərçəng şişinin yaranmasına müqavimət göstərir;


- Qocalma prosesini ləngidir;


- İmmun sistemini möhkəmləndirir;


- Bədənin çəkisinə nəzarət edir, piylənməyə mane olur;


- Stressin öhdəsindən gəlməyə kömək edir;


- Sevinc və məmnunluq duymaq qabiliyyətini artırır;


- Qanda xolesterinin miqdarını azaldır;


- Qan təzyiqini azaldır, baş ağrılarını azaldır;


- Ürək aritmiyalarının öhdəsindən gəlməyə kömək edir;


- Osteoporoz riskini azaldır.


Bir sözlə, melatonin cavanlıq hormonu və güclü antioksidantdır.




Загрузка...