Xəbərlər / Valideyn / Saglam həyat
14 dekabr 2017
4 520


Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Uşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur. Bu halların baş verməsinin bəzi səbəbləri isə xalq arasında "burun əti” kimi adlandırılan adenoiddir.

 

Bəs, adenoid problemi olarsa, bu, uşaqlarda hansı fəsadlara yol açır? Ümumiyyətlə, burun əti hansı səbəblərə görə yaranır?  

 

Aztəhsil.com xəbər verir ki, mövzu ilə bağlı ailem.az-ın suallarına aydınlıq gətirən qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, adenoid burun-udlaqda yerləşən limfa toxumadır:

 

"Burun əti daha çox uşaqlarda müşahidə olunur. Adətən 14 yaşına qədər sovrulub gedə bilər. Amma 34 yaşında burnunda ət olan şəxslərə də rast gəlirik”.

 

Həkim məlumat verdi ki, burun əti bir çox şikayətlərə səbəb olur. Adenoid problemi uşaqlarda davranış pozğunluğundan tutmuş, inkişafdan qalmaya qədər bir çox problemlərə gətirib çıxara bilər. Burun əti problemləri 6 aydan öncə nəzərə çarpmır, daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlərə səbəb olur:

 

"Burun əti problemi uşağınızı və sizi çox narahat edə bilər. Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti genetik, allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər. Əsl vəzifəsi müdafiə olan burun əti bakterial təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlir və orqanizm üçün bakteriya mənbəyi halına çevrilir”.

 

C. İsmayılov burun ətinin yaratdığı fəsadlar barədə də məlumat verdi:

 

"Bu problem uşaqlarda eşitmə itkisinə, xoruldamadan tutmuş, tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə uşaqlarda gecələri yerini islatma, yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün onlarda böyümə problemlərinə gətirib çıxara bilər. Üz skeletində dəyişikliklər yaradır. Burun ətinin böyüməsi xüsusilə qız uşaqlarında üst çənədə qalıcı dəyişikliyə səbəb olur. Həmçinin gözlərin çuxura düşməsi, göz altlarının qaralması da onun əlamətlərindən biridir”.

 

Həkim bildirir ki, adenoid uşaqlarda iştahsızlığa səbəb olur, məktəbdə fəallıqlarının azalmasına yol açır. Bununla yanaşı xroniki sinusit inkişaf edə bilər ki, bu da burun axıntısı, gecə öskürəkləri yaradır. Uşaq burunla nəfəs ala bilmədiyi üçün ağızla nəfəs alır və bu, orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb olur. Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər yaranır. Burun içi fiziologiyasını pozaraq, burun qanamalarına yol açır. Və ən əsası da gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar, bununla birgə davranış pozğunluqları meydana çıxa bilər. Problemdən çıxış yolu isə onun əməliyyatla aradan qaldırılmasıdır”. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Boğaz ağrısından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Bu meyvənin qabığı özündən - Daha faydalıdır

Bu meyvənin qabığı özündən - Daha faydalıdır

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Qız uşaqları daha çox depressiyaya düşür

Qız uşaqları daha çox depressiyaya düşür

Bu qidaları uşaqlarınıza verməyin- TƏHLÜKƏLİDİR

Bu qidaları uşaqlarınıza verməyin- TƏHLÜKƏLİDİR

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Qabığı özündən də şəfalı meyvə - MÖCÜZƏVİ FAYDALARI

Qabığı özündən də şəfalı meyvə - MÖCÜZƏVİ FAYDALARI

Bu qidalar karlığın qarşısını alır - SİYAHI

Bu qidalar karlığın qarşısını alır - SİYAHI

Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"

Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Uşağınız tez-tez su içir, doymur, oynamaq istəmirsə...- Bunlara DİQQƏT!

Uşağınız tez-tez su içir, doymur, oynamaq istəmirsə...- Bunlara DİQQƏT!

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət