Beynəlxalq mükafatın yeni sahibi açıqlandı
Astrid Lindqrenin xatirəsinə həsr edilmiş beynəlxalq mükafat hər il uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilir. 2022-ci ildə bu beynəlxalq mükafatın laureatı isveçli müəllif və rəssam-illüstrator Yeva Lindström olub.
Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, Yeva Lindström 1952-ci ildə Vesterosda doğulub. 1969-1974-cü illərdə Stokholmda Konstfak rəssamlıq kollecində rəngkarlıq ixtisası üzrə təhsil alıb. Karyerasına 1980-ci illərdə rəssam-multiplikator kimi başlayıb. Onun “Katmössan” ("Pişik şlyapası", 1988) adlı birinci kitabına illüstrasiyaları da özü çəkib. Lindströmün bənzərsiz yumoristik üslubu həm mətnlərdə, həm də şəkillərdə hiss olunur. Lindströmün nəsr əsərləri yığcamlığı, həmçinin zülmətlə yumorun xüsusi uyğunluğu ilə seçilir, illüstrasiyalarında akvarel, sulu boya və karandaşdan istifadə edir.
İsveç hökuməti Astrid Lindqren mükafatını 2002-ci ilin yanvarında yazıçının ölümündən sonra təsis edib. Bu mükafata iddia edən yazıçı və illüstratorların əsərləri Astrid Lindqrenin ruhuni əks etdirməlidir. Mükafat fondu 5 milyon İsveç kronuna bərabərdir. Bu, uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilən ən böyük mükafatdır (maddi baxımdan). Mükafatın münsiflər heyəti Mədəniyyət üzrə Milli Şura tərəfindən formalaşdırılır, onun tərkibinə yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər, kitabxanaçılar daxil olur.
2021-ci ildə Astrid Lindqren mükafatının laureatı fransız hekayəçisi Jan-Klod Murleva olub.
2022-ci ildə mükafata iddiaçıların siyahısında 71 ölkədən 262 namizəd vardı.
2021-ci il üzrə Abel mükafatı laureatlarının adları açıqlandı
Karlson kimin prototipidir?
Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam
2020-ci il üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq
"Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşri-Şamo Abasov yaradıcılığı
Yeni mədəniyyət naziri kimdir? – Təhsil yolu
UNEC-in məzunları Prezident mükafatına layiq görülüblər
Harvardın 30 yaşlı azərbaycanlı professoru...
8 Mart Beynəlxalq Qadınlar Günü
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub
İsveç hökuməti orta məktəblərdə mobil telefonların istifadəsini qadağan edən qanun üzərində işləyir
Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?
Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olunub - FOTO
Təhsil naziri Emin Əmrullayevin yeni kadr təyinatları
Bu şəkildə Dədə Qorqud siqaret çəkir? - İddialara cavab
Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans
Tələbələr Beynəlxalq Tələbə Gününü qeyd ediblər
Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb
Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO
Cəlil Məmmədquluzadənin doğum günüdür
ADPU-nun kafedra müdiri vəfat edib
Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər
Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib
Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO