Xəbərlər / Maraqlı
17 avqust 2019
3 384


Karlson kimin prototipidir?

 

 
Cizgi filmlərini kim sevmir ki… Hamımız sevirik, yaşımız neçə olur-olsun, baxırıq. Hələ bu uşaqlığımızın cizgi filmidirsə, qaça-qaça gəlirik ekran önünə. İndi də onlardan birindən danışacağıq – "Balaca və Karlson” cizgi filmindən, daha doğrusu onun qəhrəmanı Karlsondan.

Amma əvvəlcə bir az cizgi filminin özü barədə. Bu cizği filmini rejissor Boris Stepançev Astrid Lindqrenin "Balaca və damda yaşayan Karlson” əsəri əsasında çəkib. 

Filmdə Karlson obrazını Vasili Livanov, uşağı Klara Rumyanova səsləndirib. Cizgi filmi Soyuzmultfilm tərəfindən 1970-ci ildə çəkilib. Gələk Karlsona. Bu obrazın yaranma tarixcəsi, demək olar, ən ağlasığmaz və mifik olanlardandır. Ola bilsin, onun prototipi Herman Görinqdir. Astrid Lindqrenin qohumları, sözsüz ki, bu ehtimalı təkzib edirlər. Amma bu mövzu ətrafındakı müzakirə və mülahizələri bu günün özündə də bitib-tükənmək bilmir. 

Lindqrenlə Görinqin tanışlığı 20-ci illərdə Görinq İsveçdə aviaşou təşkil etdiyi vaxt olub. Görinq o zaman "gücünün ən çiçəklənən vaxtında” idi. Birinci Dünya müharibəsindən sonra özünəməxsus xarizmaya malik məşhur as təyyarə pilotuna çevrilir, deyilənə görə çox yaxşı da iştahası varmış. Karlsonun kürəyindəki balaca motor da Görinqin pilotluğuna işarə kimi qəbul olunur.

Daha bir maraqlı məqam isə Karlsonun da Görinq "Boş şeydir, olur belə şeylər”, "Gücünün ən çiçəklənən vaxtınd olan kişi” ifadələrini tez-tez işlətməsidir. Əslində kürəkdə motorun olması fikri də Görinqin özünə məxsusudur. O, kürəyində belə motorun olmasını arzulayırmış. Arzusunu dostlarıyla olanda dilinə gətirib. Bu dostların arasında Astrid də varmış. 

İndi çox az adam bilir ki, Görinq alman AFMSP-nin analoqu olan İsveçin Milli-sosialist partiyasının idarəedicilərindən biri, üçüncü Reyxin ikinci adamı olub. Karlson haqqında kitabsa müharibədən sonrakı dövrdə, 1955-ci ildə işıq üzü görüb. Ona görə də bu qəhrəmanların bir-biri ilə əlaqəsinin dəqiqliyini israr etmək bir az ağılsızlıqdır. Amma bu məşhur, xarizmatik pilotun obrazının yazıçının yaddaşında iz salması, sonra isə onu bu obrazda canlandırması ehtimalı da yox deyil.

Bəzilərisə bunu ümumiyyətlə, yalan, rus təfəkkürünün uydurması olduğuunu hesab edirlər. Bu barədə əfsanənin 2008-ci ildə MBP-nin Nijeqorod şöbəsinin qəzeti tərəfindən adı çəkilməyən ədəbiyyatşünasa istinadən uydurulduğunu deyirlər. Guya, burada üçüncü Reyxin təşkil edilməsinin süjeti varmış (belə çıxır ki, Hitler uşaqdır, freken Bok – Rem, uşağın anası isə — nə üçünsə Gindenburq). Bunu ardınca isə başqa uydurulma təfsilatlar meydana çıxıb, guya Astrid gəncliyində faşist olub, bu səbəbdən də Görinq Stolkholmda yaşayıb Svensk Luftrafik-də pilot işləyəndə onunla görüşüb (əgər doğrusuna qalsa, 20-ci illərin ən başlanğıcında Görinq hələ faşist deyildi, Astrid isə qəsəbə məktəbinin 8-ci sinfində oxuyurdu).
 


Gücünün ən çiçəklənən çaağında olan, yaraşıqlı, orta köklukdə, eleqant bığı və saqqalı olan kişini 1901-ci ildə, Karlsonun yaranmasından yarım əsr əvvəl fransız karikaturaçısı Karan D`Aş çəkib.

Kürəyində həmin motor, üstəgəl, dirijabl siqar. 

Bu şəkli Lindqren görmüşdü, ya kürəyi motorlu kişi obrazını özü fikirləşib tapmışdı, demək çətindir. Amma tarixdə bir ideyanın bir neçə adamın ağlına gəlməsi faktları bəs qədərdir.

Haqqında nələrin yazılmasından, deyilməsindən asılı olmayaq bu əsər və cizgi filmi bu gün də hamı tərəfindən sevilir, oxunur, baxılır. Yəqin ki, bundan illər sonra da belə olacaq...
parafr.az






Загрузка...
Həmçinin oxuyun:
Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir:-Gülnara İnanc

Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir:-Gülnara İnanc

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

İngilis dilini öyrənmək istəyənlər - bu seriallara baxın

İngilis dilini öyrənmək istəyənlər - bu seriallara baxın

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

“O, universitetə hazırlaşırdı...”- “Mavi balina”nın qurbanı olan gəncin anası...

“O, universitetə hazırlaşırdı...”- “Mavi balina”nın qurbanı olan gəncin anası...

Nağılların uşaq inkişafına təsiri

Nağılların uşaq inkişafına təsiri

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

İkinci Dünya Müharibəsindən Daha Əvvəl Heç Yerdə Görmədiyiniz 11 Fotoşəkil

İkinci Dünya Müharibəsindən Daha Əvvəl Heç Yerdə Görmədiyiniz 11 Fotoşəkil

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

4 yaşlı azərbaycanlı vunderkind - 3 dildə oxuyur, yazır, qəliz hesablamalar aparır - VİDEO

4 yaşlı azərbaycanlı vunderkind - 3 dildə oxuyur, yazır, qəliz hesablamalar aparır - VİDEO

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Tərbiyədə yol verilən səhvlər

Tərbiyədə yol verilən səhvlər

Maraq və sevgi uşağa necə əks etdirilir?

Maraq və sevgi uşağa necə əks etdirilir?

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?