AzTehsil.com


Xəbərlər
12 fevral 2019
3 076


Bu şəkildə Dədə Qorqud siqaret çəkir? - İddialara cavab



 

Xalq dastanının qhərəmanı Dədə Qorqudun 5-ci siniflər üşün "Azərbaycan tarixi” dərsliyinin üz qabığında təsvir olunmuş şəkli sosial şəbəkələrdə ciddi səs-küy yaradıb. Məsələ burasındadır ki, həmin şəkildə sol əlinin barmaqlarını çənəsinə tutan Dədə Qorqud sanki siqaret, ya da siqar şəkirmiş kimi baxır. 

Sosial şəbəkə istifadəçiləri Dədə Qorqudun həmin rəsmini tənqid atəşinə tutublar. Və buna görə əsərin müəllifi qığa tuş gəlib.

Aztehsil.com saytı məsələnin rezonansını nəzərə alaraq, dərsliyi çap edən "Təhsil NP” MMC ilə əlaqə saxlayıb.

"Təhsil NP” nəşriyyatından Modern.az-ın sorğusuna cavab olaraq narazılığa aşağıdakı kimi reaksiya verilib:

"5-ci siniflər üçün "Azərbaycan tarixi” dərsliyinin üz qabığında xaqımızın qürur mənbəyi, ədəbiyyatımızın qədim və dəyərli yazılı abidəsi olan "Dədə Qorqud dastanları”nın baş qəhrəmanı Dədə Qorqudun obrazını əks etdirən əsər təqdim olunub. Bu əsərin müəllifi Azərbaycanın Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Altay Hacıyevdir. O, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin rənglərdə canlanan obrazlarını yaradıb, onlara "Xalqımızın ulduzları” adını verib. Bu rəsmlər uzun illər müxtəlif nüfuzlu sərgi salonlarında nümayiş etdirilib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu mənada Azərbaycanımızı, onun qəhrəman keçmişini tanıtdıran və təbliğ edən sənətkarlar arasında Altay Hacıyevin adı xüsusi hörmət və ehtiramla çəkilir”. 

Nəşriyyat-dan bildirilib ki, əsərin müəllifi iradların absurd olduğunu deyir:

"Təsadüfi deyil ki, dərsliyin içərisində də yeri gəldikcə, Altay Hacıyevin yaradıcılığına müraciət edilib. Dərsliyin üz qabığının tərtibatı özündə dərin bir məna yükü daşıyır. "Kitabi-Dədə Qorqud dastanları” xalqımızın tarixinin, mədəniyyətinin qədimliyini sübut edən ən tutarlı dəlillərdən biridir. Çox təəssüf doğuran haldır ki, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilən bu əsər haqqında gülünc iradlar eşidirik. Məlumdur ki, Dədə Qorqudun yaşadığı tarixi dövr və məkanda tütün məmulatından istifadə edilməyib, ümumiyyətlə, tütün Avropaya ilk dəfə XVI əsrdə Amerika qitəsindən gətirilib. Əsərin müəllifi də bu cür iradların absurd olduğunu söyləyib”.

Rəssam Altay Hacıyev 1931-ci ildə dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsüdür.

Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. 

Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib.



Загрузка...
Həmçinin oxuyun:
Tarix dərsliyində növbəti  biabırçılıq

Tarix dərsliyində növbəti biabırçılıq

ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam

Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

Azərbaycanın ilk rok-operası yazıldı

Azərbaycanın ilk rok-operası yazıldı

Azərbaycana Ağır itki

Azərbaycana Ağır itki

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

“Qisas” adlı hekayədə onun intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirilib

“Qisas” adlı hekayədə onun intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirilib

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO

Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Yeni rektor kollektivə təqdim edilib - FOTO

Yeni rektor kollektivə təqdim edilib - FOTO