Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?
Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
Aztəhsil.com azvision.az-a istinadən xəbər verir ki, əmrə əsasən Novruzov Namiq Samur oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Namiq Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində "Timwater high school” da davam etdirib.
1995-96-cı illərdə ABŞ-ın "Centralia Community Colleg” nin siyasi elmlər fakultəsində təhsil alıb.
1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil almış, 1999-cu ildə İngiltərənin Loverpool John Murs universitetinə qəbul olunmuş, daha sonra isə təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində davam etdirib.
2003-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirib.
2007-2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakultəsində təhsil alıb.
2000-ci ildə "BM” hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlamış və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib.
2007-2010-cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.
2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.
ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu
BDU-nun kafedra müdiri vəfat etdi
Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü
Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT
MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur
Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-"İpinizi çox boş buraxmışıq"
ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi
Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb
BSU rektoru beynəlxalq mükafata layiq görülüb
Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı
Bakı Mühəndislik Universitetində yeni təyinat
Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib
ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir
Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi
Təsisçi və baş redaktor:Elşən Qafarov
Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI
ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb
Təhsil naziri Mikayıl Cabbarova müraciət
Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS
Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu
"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım