Xəbərlər
19 mart 2017
2834

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

 

Aztehsil.com xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məktəbin direktoru, pedaqogika üzrə elmlər doktoru, professor Nasim Abışov "Avropa keyfiyyəti - M.Lomonosov Medalı”-na layiq görülüb. Nasim məllim 2014-cü ildə Rusiya Təbiət Elmlər Akademiyasının müxbir üzvü seçilib. Biz də aztehsil.com olaraq həmyerlimizi təbrik edir və uğurlar arzulayırıq!
 

 

Rusiya Təbiət Elmləri Akademiyasının milli proqramı çərçivəsində "Elmin qızıl fondu” və "Avropa elmi – sənayə konsorsiumunun” mükafat komissiyasının qərarına müvafiq olaraq "Avropa keyfiyyəti” Lomonosov qızıl medalı təsis olunmuşdur.
(Gold medal "European Quality”) medalı ilə mükafatlandırılma mütəxəssisin fəaliyyət sahəsində keyfiyyətli elmi məhsulun – fundamental və tətbiqi tədqiqatların, maarifləndirici proqramların, tədris – metodiki nəşrlərinin ictimaiyyət tərəfindən qəbul olunması deməkdir.
 

 

2013–cü ildən 2016–cı ilə qədər "Avropa keyfiyyəti” qızıl medalına 550 yaxın alim – namizəd və elmlər doktorları, orta və ali təhsil müəssisələrinin pedaqoqları, tədris–metodiki nəşrlərinin müəllifləri, Rusiyanın, yaxın və uzaq xarici ölkələrin qabaqcıl ali məktəblərinin peşəkarları layiq görülüblər.
 
Əsas meyarları: laureatın yüksək peşəkarlığı, elmi və maarifləndirici hasilatınının daimi təkminləşdirilməsinə yönləndirilmiş sistematik, inteqrativ və mütəşəkkil iş tərzi.

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...