AzTehsil.com


Xəbərlər
10 iyul 2020
1 051


Qocaman universitet - innovasiyalar mərkəzi



Qocaman universitet - innovasiyalar mərkəzi

 

Bu il 100 illiyini qeyd edən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti şərəfli bir yol keçmiş, bir əsrlik tarixi boyunca nəinki öz ölkəmizin, həmçinin dünyanın başqa ölkələrinin elm, təhsil və sənayesinin inkişafına qiymətli töhfələr vermişdir. ADNSU ali təhsil və elm ocağı olmaqla yanaşı hər zaman innovasiyalar mərkəzi kimi də tanınmışdır.

ADNSU-da informasiya texnologiyaları əsaslı innovasiyaların təşviqi və inkişafı 2015-ci ildən sonra intensivləşmişdir. Həmin ilin sentyabrında universitetə rektor təyin olunmuş professor Mustafa Babanlının ilk işlərindən biri təhsil müəssisəsinin bütün fəaliyyətində informasiya texnologiyaları sahəsinin tətbiqi olmuşdur. Rektorun digər bir fəaliyyəti isə tələbələrin ideyalarına əsaslanan startap və innovativ layihələrin vüsət alması idi.

Startap məktəbində ilk olaraq ən kreativ tələbələrə startap, ixtiraçılıq və biznes haqqında ən əsas biliklərin verilməsi məqsədilə təlim aparılması üçün Ukrayna və İsraildən olan mütəxəssislərlə razılığa gəlinib. Məktəbə qeydiyyat 29 dekabr 2015-ci ildə başlanıb, iştirakla bağlı 247 nəfər müraciət edib. Müvafiq yoxlamadan sonra məktəbin ilkin mərhələsində iştirak üçün 100 nəfərin namizədliyi təsdiqlənib. Onlar arasında yerli tələbələrlə yanaşı, digər ali məktəblərin nümayəndələri, həmçinin əcnəbi vətəndaşlar da var idi. 

İlk mərhələ 6 ay - 2016-cı ilin yanvarından iyununadək davam edib. Mərkəzin tərəfdaşları və mentorları İqor Peer ("Be Next IT” biznes inkubatoru, İsrail), İnna Malyukova ("Sikorsky Challenge” Startap məktəbi və biznes inkubatoru, Ukrayna) və ABŞ-dan olan mentorumuz Keyt Miller (iki dəfə Azərbaycana gəlib, tələbələrə təlimlər keçib, bəzi layihələrimizi Amerikaya aparmaqda maraqlıdır) iştirakçılara təlimlər keçib. Proqrama görə, ilk 2 ay ərzində qrup təlimlərində startaplar, innovativ biznes haqqında ümumi biliklər verilib, sonrakı iki ay ərzində isə iştirakçıların ilkin təşəbbüs və layihələri ilə bağlı fərdi işlər aparılıb.

30 iyun 2016-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində startap məktəbinin ilk buraxılışı təşkil olunub və festivalda 15 layihə müvafiq komandalar tərəfindən qonaqlara təqdim edilib. Tədbirdə iştirak edən israilli iş adamları və sərmayəçilər bəzi layihələrin çox asanlıqla dünya bazarına çıxarılmasının mümkünlüyünü də qeyd edib. Elə tədbir günü "Eazi START” Startap və İnnovasiya Mərkəzinin ofisinin rəsmi açılışı baş tutub, qonaqlar startapçı gənclər üçün ADNSU-da yaradılmış şəraitlə tanış olublar.

"Eazi START” Startap və İnnovasiya Mərkəzinin dəstəyi ilə ənənə halına çevrilmiş 4 dəfə  Startap və İnnovasiya Festivalının, Hackatonlar keçirilmişdir və bu ilin sonunda V Startap və İnnovasiya Festivalının keçirilməsi nəzərdə tutulur. Bundan savayı, ayda ən azı bir dəfə  startaplarla bağlı seminarların və respublika səviyyəsində yarışlarda iştirak həyata keçirilir. Qeyd edilənlərdən əlavə olaraq cari layihələrin təkmilləşdirilməsi və bazara çıxarılması, imkan daxilində beynəlxalq startap festivallarına qoşulmaq istiqamətində işlər aparılacaq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin startap və innovasiya mərkəzi olan "Eazi Start” əsasən, gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir. Bu istiqamətdə hər il universitetdaxili qrant müsabiqələri və startap festivalı təşkil edilməkdədir. Qurumun hədəflərinə yalnız Azərbaycan üçün deyil, həmçinin dünya səviyyəli layihə və məhsulları ortaya çıxarmaq da daxildir. Buna görə də növbəti mərhələdə bu mərkəzin universitet çərçivəsindən kənara çıxaraq, hamı üçün (Azərbaycan vətəndaşları, əcnəbilər) üçün açıq olması, Azərbaycan bölgələrində filialların və müəssisələrin yaradılması də planlaşdırılır. Layihələrimizin Azərbaycandan kənara çıxarılmasını təmin etmək məqsədilə müxtəlif tədbirlərdə iştirak və yeni tərəfdaşlarla əlaqələrin yaradılması üzrə işlər aparılacaqdır. Bu sahədə əsas hədəf ölkələr İsrail, Estoniya, ABŞ və Ukrayna olacaq. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi "Sikorski Çellenc” (Sikorsky Challenge) startap festivalında hər il  iştirak edir. Keçirilən festivallarda ADNSU-nun "Eazi Start” Startap və İnnovasiya Mərkəzinin layihələri nümayiş etdirilir.

2015-ci ildən başlayaraq mərkəzdə 100-dən çox ideyalar nəzərdən keçirilib. Hazırda isə mərkəzdə ümumi 10 layihə üzərində aktiv işlər aparılıb. Bu layihələrin əksəriyyəti respublika və beynəlxalq yarışlara göndərilib, bəzi mükafatlara layiq görülüb.

Uçan və üzən pilotsuz aparatlar üzərində də işlər gedir. Uçan dronlarla əlaqədar Ukrayna şirkəti ilə əməkdaşlıq yolları, həmçinin Azərbaycanda dronların sınağı, istismarı və satışı ilə bağlı qanunvericilik öyrənilir. Mərkəzdə yaradılan dronlar müşahidə, tədqiqat, kənd təsərrüfatı, daşıma kimi məqsədlər üçün istifadə oluna bilər. Mayın ortasında Mərkəzin dronlarından biri universitet daxilində çəkiliş apararaq, ADNSU tələbələrinə ünvanlanan video-çarxın hazırlanmasında fəal iştirak etmişdir. ADNSU  startap komandası tərəfindən elektron təhsil sistemi hazırlanıb və artıq istismar dövründədir.

Hazırda mövcud layihələr həm softver, həm də hardver işlərini əhatə edir. Əsasən kompüter proqramları və mobil tətbiqlərlə bağlı olan layihələr "Eazi START” Startap və İnnovasiya Mərkəzində komandaların özləri tərəfindən həyata keçirilir. Görülən işlər əsasən elektron təhsil sistemi, müxtəlif sahələrdə (məs. kənd təsərrüfatı) mobil proqramları, mobil və kompüter oyunlarını əhatə edir. Bundan əlavə, hardver layihələrə də diqqət ayrılır.

Bu işdə universitetin İnformasiya Texnologiyaları Departamenti də yaxından iştirak edərək öz məsləhət və töhfələrini verməkdədir. Mühəndislik işləri isə tələbələrin ixtiyarına verilmiş xüsusi laboratoriyada həyata keçirilir. Hər bir layihə ilə bağlı universitetin müvafiq kafedrasından bir və ya bir neçə müəllim məsləhətçi qismində çıxış edir, tələbələri düzgün yönləndirməyə çalışır.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "eazi START” Startap və İnnovasiya Mərkəzi vasitəsilə  layihələrin  inkişafına  daha  çox  dəstək  göstərmək niyyətindədir. Artıq bəzi layihə üzrə prototiplərin hazır olunmasından sonra onların yerli və xarici bazara çıxarılması üçün daha çox işlər görüləcək, tələb və təklifdən asılı olaraq kütləvi istehsal təşkil ediləcək. muallim.edu.az 

 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə  təmsil edəcək

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

"Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik"

"Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik"

Gənc bloger milyon dollarlıq layihələrə rəqib startap hazırlayıb.

Gənc bloger milyon dollarlıq layihələrə rəqib startap hazırlayıb.

SABAH IV Karyera Qış Məktəbinə start verilib

SABAH IV Karyera Qış Məktəbinə start verilib

"High Performance Computing" (HPC) mərkəzinin açılış mərasimi keçirilib

"High Performance Computing" (HPC) mərkəzinin açılış mərasimi keçirilib

ABŞ-da 3D printerlə raket yaradılacaq

ABŞ-da 3D printerlə raket yaradılacaq

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanda 5 ixtisas Avropa standartlarına uyğun hesab edilib - İlk dəfə

Azərbaycanda 5 ixtisas Avropa standartlarına uyğun hesab edilib - İlk dəfə

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

SABAH IV Karyera Qış Məktəbi başa çatıb

SABAH IV Karyera Qış Məktəbi başa çatıb

Bakıda III Robot Olimpiadasına start verilib

Bakıda III Robot Olimpiadasına start verilib

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

Azərbaycan Texniki Universitetində “İnnovativ Univesitetlər”  mövzusunda  dəyirmi masa təşkil olunub

Azərbaycan Texniki Universitetində “İnnovativ Univesitetlər” mövzusunda dəyirmi masa təşkil olunub

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar