AzTehsil.com


Xəbərlər
23 yanvar 2018
2 815


Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI



Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Prezident yanında Elmin İnkişafı Fondu ötən ilin martın 16-da elan edilən ikinci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələrini açıqlayıb.


Fondun mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə 2015-ci il 28 noyabr tarixində Minsk şəhərində imzalanan "Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli beynəlxalq Sazişin müddəaları nəzərə alınmaqla keçirilib. 


Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və 100 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 17-dən mayın 15-dək qəbul olunub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı "e-QRANT”="Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib.


Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər. 2-ci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 1 milyon manat olmaqla 15 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (55.5%) olub.


Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın seçimi zamanı üstünlük verilib. Müsabiqə üzrə qalib layihələr AMEA-nın Fizika, Polimer Materialları, Aşqarlar Kimyası, Kataliz və Qeyri-Üzvi Kimya, Botanika, Fiziologiya, Mikrobiologiya, İqtisadiyyat və Tarix institutlarında, M.V.Lomonosov adına Moskva Dövlər Universitetinin Bakı Filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində, həmçinin Azərbaycan Dövlət Neft Şirkətində yerinə yetiriləcəkdir. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir.


Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Kimya elmləri üzrə 2 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 3 layihə qalib olmuşdur. Qalib layihə rəhbərlərindən 6-sı qadındır. Qalib layihələr 2018-ci ildən başlayaraq maliyyələşdiriləcək.




Загрузка...
Həmçinin oxuyun:
Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir

AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

Bakının 15 məktəbinə qrant verilib

Bakının 15 məktəbinə qrant verilib

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ