Xəbərlər
30 oktyabr 2019
1 388


“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

 

"BP Azerbaijan” şirkəti ölkədə bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan (4-cü kurs) universitet tələbələri və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə yeni mentorluq proqramına başlayıb.

Mentorluq proqramının elanı ilə bağlı keçirilən tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sektorunun, insan kapitalının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib.

Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə Azərbaycan arasında təhsil əməkdaşlığına toxunan nazir müavini bildirib ki, Britaniya azərbaycanlı tələbələrin təhsil almaq üçün üz tutduqları ölkələr içərisində ilk sıralardadır: "Xaricdə təhsil almış 3558 tələbədən 1032-si Böyük Britaniyanın aparıcı universitetlərini seçib. Ölkələrimiz arasında təhsil pillələri üzrə müxtəlif layihələr həyata keçirilir. Azərbaycanda Böyük Britaniyanın 595 şirkəti fəaliyyət göstərir. BP şirkəti 25 ildir ki, Azərbaycanda ən çox sərmayə qoyan və ən çox layihələr həyata keçirən şirkətlərdən biridir”.

Nazir müavini deyib ki, müasir dünyada mentorluğa çox böyük maraq var və bu istiqamətdə BP şirkətinin bu layihəsi təqdirəlayiqdir: "Layihənin əsas məqsədi texniki fakültələrdə təhsil alan, yüksək potensialı ilə seçilən tələbələrə  fərdi mentorluq sessiyaları keçirməklə onların öz sosial bacarıqlarını inkişaf etdirmələrinə və özlərinə inamı artırmalarına yardım etməkdir”.

Nazir müavini çıxışının sonunda  layihə üçün seçilmiş 118 tələbəni təbrik edib və hər birinə uğurlar arzulayıb.

Daha sonra "BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin ölkədəki universitet tələbələrinin inkişafına dəstək vermək üçün nəzərdə tutulan bu yeni təşəbbüsə başlamaqdan məmnunluq duyduğunu deyib: "İnanırıq ki, bu proqram tələbələrin biznes mühitində tələb olunan bir sıra çox mühüm bacarıqlarını inkişaf etdirmələri üçün gözəl imkan olacaq. Əminəm ki, BP-nin mentorları seçilmiş tələbələrin karyera qurmasına peşəkar dəstək verməklə onların öz inkişaf ehtiyaclarını başa düşmələrinə və iş həyatına hazırlaşmalarına yardım edəcəklər”.

"BP Azerbaijan”ın insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva bildirib ki, könüllü şəkildə mentorluq edəcək bütün BP əməkdaşları bu proqramda iştiraka çox həvəslidirlər. Onlar mentorluq dəstəyi alacaq tələbələrlə görüşməyi səbirsizliklə gözləyirlər və BP-nin Azərbaycandakı fəaliyyəti haqqında öz biliklərini və qlobal şirkətdə işləməyin necə hiss olduğunu tələbələrlə bölüşmək istəyirlər.

Proqramın məqsədi seçilmiş tələbələrə fərdi mentorluq sessiyaları verməklə onların neft-qaz mühəndisliyi sahələrində gələcək karyera imkanlarına hazırlaşmalarına yardım etməkdir. Bütün mentorlar Bakıdakı müxtəlif universitetləri təmsil edən çox sayda tələbələrlə könüllü şəkildə işləyəcək BP mütəxəssisləridir.

Mentorluq proqramı əsasən ünsiyyət, təqdimat, tərcümeyi-halın hazırlanması, əlaqələrin qurulması və sair kimi tələb olunan işgüzar səriştələrin inkişaf etdirilməsinə yönəlib. Proqram mentorlar ilə aylıq fərdi görüşlərin keçirilməsi, habelə BP-nin Bakıdakı ofisində master-klassların təşkil olunması kimi 6 aylıq fəaliyyətlərə əsaslanacaq.

Hazırkı mərhələdə proqramın 2 qrupdan ibarət olması planlaşdırılır. Tələbələrin birinci qrupu cari ilin noyabrında və ikinci qrupu isə 2020-ci ilin yanvarında proqrama başlayacaq.

Ümumilikdə proqramda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Fransız Universitetindən olan 119 tələbə və məzun iştirak edəcək.

Proqramın iştirakçıları kimya mühəndisliyi, mexanika mühəndisliyi, neft və qaz mühəndisliyi, inşaat mühəndisliyi, energetika, geoloji kəşfiyyat/geofizika, energetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması, təkrar emal və resursların bərpası, ekologiya mühəndisliyi, informasiya texnologiyaları kimi sahələrdə ixtisaslaşırlar.

Bütün iştirakçıların seçilməsi prosesi onlayn müraciət əsasında aparılıb və onlara video formatında proqrama nə üçün qoşulmaq istədiklərini izah etmək tapşırığı verilib.

 

AZƏRTAC

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Avropalı ekspertlərin Azərbaycana səfəri

Avropalı ekspertlərin Azərbaycana səfəri

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI

Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb