Tələbələrin startap müsabiqəsi elan olundu
Azərbaycan Dövlət Aqrar Universitetidə (ADAU) tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur.
Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin, süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, pataloji anatomiya muzeyi-auditoriyası tələbələrimizin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır.
Bu imkanlardan səmərəli istifadə etmək, tələbələrimizin startap ideyalarını dəstəkləmək və elmə olan marağını stimullaşdırmaq məqsədilə startap layihələrinin müsabiqəsi elan olunur.
Müsabiqəyə tədqim olunan layihələr aşağıdakı sahələri əhatə etməlidir:
· Universitetdə istehsal olunan məhsulların "ADAU brendi”nin yaradılması
· ADAU-da qida dəyəri zəncirinin inkişafı
· Aqrar yönümlü universitetlərdə texnoloji parklar
· Ekoloji kənd təsərrüfatı məhsullarının marketinqi
· Elektron kənd təsərrüfatı
· Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə
· Kənd təsərrüfatında mütərəqqi suvarma üsullarının tətbiqi
· Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması
· ADAU-da "yaşıl market”in yaradılması
Aqrar emal sahəsində tullantısız istehsal texnologiyalarının tətbiqi
Layihələrin qəbulunun son tarixi: 20 dekabr 2017-ci il
Koorindator: dosent Nazim Nadirov