AzTehsil.com


Xəbərlər
28 fevral 2017
2 637


ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib



ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

 

Quşçuluq sahəsində damazlıq işlərinin, eləcə də quşçuluğun inkişafını sürətləndirmək məqsədilə Dövlət Aqrar Universiteti və "Müsüslü” Damazlıq quşçuluq təsərrüfatı ilə bağlanan müqavilədən 2 ay keçib.
 
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə təhsil müəssisəsinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində ötən müddət ərzində aparılan müştərək elmi-tədqiqat işləri müzakirə edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, bu müqavilə və birgə elmi tədqiqat əslində elm, təhsil və istehsalatın birləşməsinin təsdiqidir və olduqca səmərəli bir əməkdaşlıq, istehsalatla əlaqələrin daha da gücləndirilməsidir. Bağlanan müqavilə isə razılaşdırılan formada həyata keçirilib. Layihənin baş tutması üçün ilkin mərhələdə "Müsüslü” Damazlıq quşçuluq təsərrüfatı 2000 min baş bir günlük cücəni, onların dərman və peyvənd vasitələrini, 8 ton müxtəlif çeşidli yemi ADAU-nun "Quşçuluq tədris-təcrübə mərkəzi” nə verib. Eyni zamanda işin həcmi, məzmunu müqavilənin ayrılmaz tərkib hissəsi olan və tərəflərin razılaşdığı proqrama uyğun həyata keçirilib. Yerinə yetirilmə müddəti müqaviləyə əlavə olunan təqvimə əsasən görülüb.
 
Universitetin layihəyə uyğun öhdəsinə düşən bütün işlər də yüksək səviyyədə yerinə yetirilib. 2000 baş quşdan 50 gün ərzində 1000 başı diri çəkisi orta hesabla 1,6 kiloqrama çatdırılaraq satışa verilib. Qalan 1000 baş quş isə 60 günə 2 kiloqrama çatdırılaraq satışa çıxarılıb.
 
Mətbuat xidmətindən onu da bildiriblər ki, ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində ümumi sahəsi 254 kvadratmetr olan "Quşçuluq tədris-təcrübə mərkəzi” yaradılıb. Məqsəd isə quşçuluq sahəsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bununla yanaşı mərkəzin 200 kvadratmetr sahəsində müasir tələblərə cavab verən ferma inşa edilib, 30 kvadratmetr ərazidə laborotoriya yaradılıb və avadanlıqlarla təchiz edilib. Burada kənd təsərrüfatı quşlarının bəslənməsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində müasir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir dioqnostika üsulları həyata keçirilir.
 
Müzakirədən sonra ekspert qurupu, ADAU-nun, "Müsüslü” Damazlıq quşçuluq təsərrüfatının və İmişli "Şəkər yem fabriki” nin nümayəndələri, "Quşçuluq tədris-təcrübə mərkəzi”ndə yetişdirilən quşların ətinin dequstasiyasını edib, dadından, ekoloji təmiz məhsul olmağından razılıq ediblər.
 
moderator.az



Загрузка...