ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsilin beynəlmillələşməsi, beynəlxalq əmək bazarının tələbələrinə cavab verən, o cümlədən BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq qurumlarda çalışmaq üçün mütəxəssis hazırlığının həyata keçirilməsi məqsədilə digər tədbirlərlə yanaşı "aqronomluq”, "iqtisadiyyat” və "dünya iqtisadiyyatı” ixtisasları üzrə ingilis dilində tədris aparılır.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, "Aqronomluq” ixtisası üzrə ingilis dilində tədrisə 2017/2018-ci tədris ilindən başlanılıb. Növbəti tədris ili üçün "topaqşünaslıq və aqrokimya”, "baytarlıq” ixtisasları üzrə də bu bölmədə mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bütün bunlar üçün universitetdə hərtərəfli şərait yaradılıb, ümumiyyətlə, xarici dillərdə tədris aparıan müəllimlərin sayı artırılmış, onların pedaqoji fəaliyyəti stimullaşdırılıb.
Bütövlükdə, universitetdə beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığına əlavə dəstək məqsədilə universitet Elmi Şurasının qərarı ilə ingilis bölməsində təhsil alan 56 tələbəyə büdcədənkənar vəsait hesabına ayda 50 manat əlavə təqaüdün verilməsi barədə qərar qəbul edilib.
Qeyd etmək lazımdır ki, universitetdə 11, o cümlədən "aqronomluq” ixtisası üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında aparılır, yəni bu ixtisaslar üzrə təhsil alan tələbələr təhsil haqqından azad olunmaqla yanaşı aylıq təqaüdlə təmin olunurlar.
700 bal toplayan abituriyentlər UNEC-də
Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır
İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb
Yeni ixtisaslar yaradıldı
Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir
150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz
Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb
Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq
ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib
“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.
BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar
Daha bir xarici universitetdə Azərbaycan multikulturalizmi dərslərinə start verilib
Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb
Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi
"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb
LDU -ən düzgün seçimdir!
Texniki Universitetdə ciddi pozuntular aşkarlandı
Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər
Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb
I ixtisas qrupu üzrə 150 ballıq yerlər
Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb
“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”
Kaş ki, bir də tələbə olsaydım...