Xəbərlər
07 mart 2020
1 040


Folklorun ibtidai təhsildəki önəmi…

 

Tədris prosesində folklor nümunələrindən istifadə şagirdlərdə nəcib keyfiyyətlər formalaşdırır

Folklor bizim tarixi köklərimizin gənc nəsillərə çatdırılmasında əsas yerlərdən birini tutur. Folklor nümunələrimizdən dastanlar, atalar sözləri, nağıllar, tapmacalar, bayatılar və s.  tədris olunarkən onların  verə biləcəyi tərbiyəvi cəhətlər gənclərə aşılanır.

Bizim folklorumuzun tarixinə nəzər saldıqda, onun nə qədər qədim və zəngin tarixə malik olduğunu deyə bilərik. Mən tələbələrə folklorla bağlı mövzuları tədris edərkən onlara mövzunun aktuallığından danışıram və zamanla səsləşən məsələlərə qarşı diqqətli olmalarını tövsiyə  edirəm. Gələcəkdə  bu tipli mövzuları tədris edərkən tərbiyəvi tərəflərinə mütləq toxunmalarını söyləyirəm. Xüsusilə, dastanlar bildiyimiz kimi ən böyük folklor nümunəsidir.

Dastanlardakı  hadisə və faktlar folklorun başqa nümunələrinə nisbətən daha geniş şəkildə verilir. Dastanın qəhrəmanları fədakar olur, xalqın mənafeyi uğrunda mübarizə aparır və azad sevgini müdafiə edirlər. Bütün bu məsələlər tədris olunarkən  mütləq şagirdin yaş xüsusiyyəti nəzərə alınmalıdır. İbtidai siniflərdə şagirdlərin yaş səviyyəsi nəzərə alınaraq dastanlarımız tam şəkildə deyil, qısa parçalar şəklində verilir. Belə ki, üçüncü sinif dərsliyində "Koroğlu” dastanından "Alı kişinin qisası” parçası, "Kitabi-Dədə Qorqud” dastanından "Qaraca Çoban” hissəsi  şagirdlərə tədris olunur. Bu mövzuların  tədrisi zamanı əyani vəsaitdən istifadə olunarsa, daha yaxşı nəticə əldə etmiş olarıq. Məsələn, əyani vəsait kimi biz dastan kitablarını şagirdlərin nəzərinə  çatdıra bilərik. Onlara dərsdən  sonra filmləri, tamaşaları  və ya dərsdə texnoloji vasitələrin köməyi ilə qısa yığılmış video çarxları izlədə bilərik. Bu cür əyanilikdən istifadə mövzunun  onların yaddaşında yaxşı qalmalarına kömək etmiş olacaqdır.

 Zamanın əsas tələblərindən biri də məhz texnologiyanın istifadəsindən yararlanmaqdır. Bu üsulla tədris olunan dərs daha maraqlı və yaddaqalan olur. Eyni zamanda "Rollu oyun” üsulundan istifadə etməklə də şagirdlər rollar üzrə mövzunu mənimsəyə bilərlər. Bu metodlardan istifadə  müəllimdən yüksək yaradıcılıq tələb edir. Müəllim, bilik verməklə bərabər həm də, yaradıcı olmalıdır. Tədris edəcəyi mövzuları əvvəlcədən şagirdlərə necə çatdıracağını düşünməlidir. Hər dəfə fərqli üsullardan istifadə etməlidir.

İbtidai siniflərdə tapmacaların tədrisinə daha çox yer verilir. Birinci sinifdən tapmacalar tədris olunmağa başlayır. Tapmacaların öyrədilməsi həm uşaqlarda əşyanın əlaməti, keyfiyyəti, forma və məzmunu haqqında dolğun təsəvvürlərin yaranmasına imkan verir, həm də zehni inkişafa, iti düşünmə qabiliyyətinə zəmin yaratmış olur. Dastanlardan fərqli olaraq, tapmacaları daha əyləncəli formada tədris etmək olar. Nəzərə alsaq ki, ibtidai siniflərdə tapmacalara daha çox yer verilir, şagirdlərin yaşları azdır  və oyuna daha çox maraq göstərirlər, biz tədrisimizi daha əyləncəli üsullardan istifadə etməklə qurmalıyıq. Xüsusilə, rollu oyundan, müxtəlif əyləncəli metodlardan istifadə etməklə tapmacaları, eləcə də, digər folklor nümunələrini şagirdlərə mənimsədə bilərik.

Atalar sözü və məsəllər xalqın həyatı və məişəti, əmək fəaliyyəti ilə daha sıx bağlıdır. Formaca kiçik, mənaca geniş janrlardan biridir. Atalar sözü və məsəllərdə xalq hikməti, xalq zəkası, xalqın əsrlərdən bəri əldə etdiyi sınaq və təcrübələrin nəticələri ümumiləşdirilir. Ona görə də, danışıq dilində ifadələrin daha canlı, sərrast və təsirli olması üçün atalar sözü və məsəllərdən istifadə olunur. Folklorun bu qədim janrı ibtidai sinifdən tədris olunur. Atalar sözləri və məsəllər haqqında nəzəri məlumatla yanaşı müxtəlif məzmunlu nümunələr öyrədilir. Məlum olduğu kimi atalar sözü ilə məsəllər yığcamlığı və məna dərinliyi etibarlı ilə bir-birinə nə qədər yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Tədris etdiyimiz zaman mütləq atalar sözləri və məsəllər  arasındakı fərq şagirdlərə çatdırılmalıdır. Daha çox mövzunu tədris edərkən çalışmalıyıq ki, şagirdlər oxuduqlarını təsəvvürlərində canlandırsınlar. Bunun üçün şagirdlərin rəssamlıq əsərlərindən, heyvanlar aləmindən qazandıqları təəssürat əsas rol oynayır. Çünki folklorumuzda  təbiətlə bağlı çoxlu nümunələr var və şagirdlər oxuduqca təsəvvürlərində canlandırmaları onların yaddaşında yaxşı qalmalarına kömək etmiş olacaqdır. Respublikamızda son zamanlar xalqımızın öz milli sərvətlərini, söykökünü öyrənməyə, milli dəyərlərimizə sahib çıxmaq meyli xeyli artmışdır. Bu məqsədlə, milli-şüuru, ləyaqəti əks etdirən nağılların, dastanların, bayatıların, atalar sözü və məsəllərin, yanıltmacların, laylaların və s. nümunələrin məktəblərdə ətraflı tədrisinə geniş imkanlar yaranmışdır. Folklor nümunələrinin dərsliklərdə rəngarəng verilməsi ilə məktəblilər  vətənin keçmişini, tarixini, xalqımızın adət-ənənələrini, dilini öyrənir və həm də onlarda lüğət ehtiyatı zənginləşir, nitq inkişafı üçün əlverişli imkan yaranır. Folklor nümunələrinin tədrisi eyni zamanda şagirdlərin rabitəli danışmalarına, ətraf aləm haqqında düzgün fikir söyləməyə, ümumiyyətlə, şifahi nitqi inkişaf etdirməyə müsbət təsir göstərir.   Bütün bunlar deməyə əsas verir ki, folklorumuzun tədrisi prosesində müxtəlif nümunələrdən istifadə etməklə şagirdlərdə  insanpərvərlik, xeyirxahlıq, humanizm, qayğıkeşlik və saflıq kimi nəcib keyfiyyətlərin aşılanmasına nail olmaq olar.

Səbinə NOVRUZOVA,

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müəllimi






Загрузка...
Həmçinin oxuyun:
İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

“Məktəblərdə musiqi dərsinin tədrisi ixtisas müəllimlərinə keçsə, yaxşı olar” – Vacib məsələ

“Məktəblərdə musiqi dərsinin tədrisi ixtisas müəllimlərinə keçsə, yaxşı olar” – Vacib məsələ

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Ev tapşırıqları nəyə xidmət edir?

Ev tapşırıqları nəyə xidmət edir?

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi