AzTehsil.com


Xəbərlər / Müəllim
18 oktyabr 2019
3 056


“Məktəblərdə musiqi dərsinin tədrisi ixtisas müəllimlərinə keçsə, yaxşı olar” – Vacib məsələ



“Məktəblərdə musiqi dərsinin tədrisi ixtisas müəllimlərinə keçsə, yaxşı olar” – Vacib məsələ

 

"Musiqi dərslikləri elə tərtib olunub ki,  şagirdlər kitabdan  konkret heç nə öyrənə bilmirlər. Müəllim məlumat verməsə, əlavə dəftərə  qeydlər yazdırmasa şagird heç nəyə nail ola bilməz.  Musiqi konservatoriya proqramını  orta məktəbə salıblar.  Öyrənmək üçün isə heç nə yazmayıblar”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında musiqi müəllimi Təranə Nuri deyib:

"Əvvəllər dərslikdə  bir bəstəkar haqqında məlumat verilirdi,  şagird onu öyrənirdi. Müəllim də həmin bəstəkarın əsərlərindən fraqmentlər ifa edirdi. Əlavə mahnılar, məlumatlar öyrənməyə çox vaxt qalırdı.  İndi vaxt çatdırmaq olmur. Test tapşırıqlarını da çıxarsaydılar, heç olmasa mövzuları ətraflı öyrənməyə,  klassik musiqi dinləməyə və ya oxumağa vaxtımız olardı”.

O bildirib ki, yuxari siniflərdə nəzəriyyə, demək olar, yoxdu. Hər mövzuda bir-iki cümlə ilə kifayətləniblər. Əsasən, nəzəriyyə ibtidai sinif dərsliyinə salınsa da, ibtidai sinif müəllimləri musiqi fənninə ciddi yanaşmırlar.

" İbtidai siniflərdə şagirdlərə nəzəriyyə keçirilir.  Amma aşağı siniflərdə musiqi lazımi qaydada keçirilmir.  Çünki bu siniflərdə fənlərin əksəriyyətin sinif rəhbəri tədris etdiyinə görə  riyaziyyat, ana dili dərslərinə diqqət göstərir. Nəticədə şagirdlər proqramda verilən nəzəriyyəni öyrənmirlər.  Musiqi dərsi ixtisas müəllimlərinə keçsə, yaxşı olar.”

Fənn müəllimi qeyd edib ki, istər dil-üslub cəhətdən, istərsə də  materialların həcminə görə dərsliklər təkmilləşdirilməlidir:

"Məsələn, 6-cı sinif dərsliyində  belə bir tapşırıq var:  "Fikrət Əmirovun  "Sevil” ariyası ilə Qara Qarayevin valsını Venn diaqramında müqayisə edin”.    Dərslikdə məlumat olmadığına görə şagird özü bunu müstəqil şəkildə işləyə bilməz.  Gərək müəllim hər iki əsər haqqında məlumat versin,  şagird bunları bilsin ki, müqayisə etsin. Əvvəlki dərsliklərdə belə problem yox idi.   Məlumdur ki, dərslikdə  az  məlumat verilməkdə əsas məqsəd şagirdləri axtarışa sövq etməkdir.  Amma  nəzərə almaq lazımdır ki, şagirdlərin hamısı internetdən axtarış edə bilmir”.

 Dərslikdəki təlim materiallarının məzmunu haqqında danışan T. Nuri onu da bildirib ki, aşağı siniflərdə milli musiqilər, yuxarı siniflərdə isə xarici mahnılar öyrədilsə daha faydalı olar.



Загрузка...
Həmçinin oxuyun:
İbtidai siniflərdə  bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

İbtidai siniflərdə bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

I sinifdə summativdən söhbət gedə bilməz.

I sinifdə summativdən söhbət gedə bilməz.

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

İbtidai sinif müəllimi fəryad etdi.

İbtidai sinif müəllimi fəryad etdi.

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki,  biz məcbur edirik”

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki, biz məcbur edirik”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

Ağstafanın  kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Ağstafanın kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Sinif rəhbərlərinin əsas motivasiyası: Onların əməkhaqqına nə qədər əlavə nəzərdə tutulub?

Sinif rəhbərlərinin əsas motivasiyası: Onların əməkhaqqına nə qədər əlavə nəzərdə tutulub?

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

Musiqi müəllimləri attestasiyadan keçiriləcək

Musiqi müəllimləri attestasiyadan keçiriləcək

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Nazir: "Bəzi musiqi məktəblərində müəllimlər cəzalandırılıb, direktorlar işdən azad edilib"

Nazir: "Bəzi musiqi məktəblərində müəllimlər cəzalandırılıb, direktorlar işdən azad edilib"

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Uşaq musiqi məktəbinin açılışı olub

Uşaq musiqi məktəbinin açılışı olub