Ekspert / Xəbərlər
18 aprel 2023
580


Universitetlərimizin rəqabətqabiliyyətliyi niyə yoxdur?


dos. İlham Əhmədov

Məlumdur ki,  ali təhsil xidmətlərinin ixracı ölkə üçün, eləcə də universitetlərin özləri üçün güclü   iqtisadi potensiala malikdir. İnkişaf etmiş ölkələr bundan böyük iqtisadi mənfəət əldə edirlər.  Tələbələr və valideynlər ali təhsil almaq üçün əcnəbi universitet seçərkən onun reytinq cədvəlindəki mövqeyini nəzərə alırlar.

Əcnəbi tələbələrin cəlb edilməsi faizinə görə bizim ali təhsil müəssisələrimiz çox zəif görünürlər. Bizim ali təhsil müəssisələrimizi nəinki əcnəbi tələbələr, heç yerli tələbələr və işəgötürənlər də bəyənmirlər. Biz ali təhsil islahatlarını keyfiyyətli apara bilsəydik, universitetlərimizin heç olmasa10% -i Boloniya prosesi tələblərinə cavab verə bilsəydi, milli universitetlərimiz qlobal reytinqlərdə nisbi irəliləyiş edə bilərdilər.

Bunun üçün isə Elm və Təhsil Nazirliyində və universitetlərimizdə son 20 ildə sağlam maliyyə və kadr siyasəti yürüdülməli idi. Təəssüf ki, milli təhsil sistemində olan durğunluq hələ də davam edir.  

Qlobal ali təhsil bazarının maliyyə tutumu bu gün 150 milyard dollar civarındadır. Bütün dünya üzrə 5 milyon tələbə xarici ölkələrdə təhsil alır.  ABŞ-da 1 milyondan çox əcnəbi tələbə təhsil alır. Amerika təhsil ixracından ildə 50 milyard dollar qazanır.

Ali təhsil ixracına görə dünyada 2-ci yeri Böyük Britaniya universitetləri turur. Bu ölkədə 500 min əcnəbi tələbə təhsil alır. Onlar mühəndislik, biznes, texnologiya, sosial elmlər, dizayn, hüquq ixtisaslarına üstünlük verirlər. Avstraliyada 400 min əcnəbi tələbə təhsil alır.

Xaricdə ali təhsil alan tələbələrin 25%-i Çin, Hindistan və Cənubi Koreyanın gəncləridir. Rusiya bu bazarın 2%-nə nəzarət edir.

Ölkənin ali təhsil sistemindəki proseslərin müşahidəsi göstərir ki, bu sahədə aparılan işlər sistemli xarakter daşımır, heç bir elmi bazaya əsaslanmır, icrası qeyri-peşəkar səviyyədə olur. Ölkə üzrə nisbi olaraq 4-5 ali təhsil müəssisəsində yeniliklərə müəyyən təşəbbüslərin olduğunu görürük.

Qlobal səviyyədə universitetlər arasında olan, getdikcə artan ciddi rəqabət milli universitetlərimizə bu sahədə heç bir perspektiv vəd etmir.  Necə deyərlər, “onlar çox sürətlə inkişaf edir”. 

Ölkələr arasında qlobal rəqabət bu günümüzün reallığıdır. Bizim milli universitetlərimiz dünya universitetləri ilə heç cür rəqabətə girə bilmir, nəinki ABŞ və Avropa, hətta MDB ölkələri universitetləri ilə də rəqabətə girmək imkanımız yoxdur. Çünki, son 20 ildə TN ali təhsilinin qlobal meyllərindən, tendensiyalardan bixəbər olub, bilməmək bir yana, bilənləri, bu mövzuda danışanları, yazanları da heç eşitmək istəməyiblər. ETN hələ də bu yoldadır, çox təəssüf ki. Yəni, ali təhsilin rəqabətqabiliyyətli olmamasının səbəbi son 20 ildə olan təhsil nazirlərinin, komandaların,  rektor korpusunun  böyük qisminin  özlərinin rəqabətqabiliyyətli olmamasından, öz yerində olmamasından qaynaqlanır. Bu səbəbdən də ATM geridədir, ölkəmizə təhsil almağa çox az əcnəbi tələbələr gəlir, bizdən isə hər il minlərlə tələbə xaricə ali təhsil almağa gedir. Bu illər ərzində milyard dollarlarla vəsait xaricə axıb. 

Amma işi düz qura bilsəydilər indi tam fərqli mənzərə olardı. Milli Təhsilinin qlobal rəqabətqabiliyyətliyinin təmin edilməsi təhsil siyasətinin əsası olmalı idi. Hətta 4 il əvvəl qəbul edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da bu problemləri həll edə bilmədi. Çünki, gerilik çox, təşəbbüslər, layihələr, səriştəli komandalar, maliyyə qoyuluşu azdır. 

Dövlət proqramı ilə tanışlıq göstərir ki, bu proqram bizim yox, xarici universitetlərin rəqabətqabiliyyətliyinin artmasına xidmət edir. Çünki, pullar bizim ATM-nə yox, xarici universitetlərin inkişafına yönəldilir: 2007-2015-ci illər üzrə, 2019-2023-ci illər üzrə, 2024 və davamı üzrə də, toplam 1 milyard dollara yaxın vəsait  birbaşa xarici universitetlərin büdcəsinə yönəlmişdir. 2007-ci ildə ilk dövlət proqramı müzakirə ediləndə biz bu təklifi vermişdik. Lakin, həmişəki kimi strateji baxımdan  səhv qərar  qəbul edildi. O pullar bizim yerli ATM-nə yönlənsəydi, universitetlərdə (elə nazirlikdə də)  səriştəli və vətənpərvər  komandalar olsaydı, son  15 ildə ATM-də xeyli inkişaf olardı. 

Heç müstəqillik illərində bizim ATM-nin inkişafı üçün bu məbləğin 10  %  verilməyib.  Sonuncu dövlət proqramı nəticəsində  sadəcə 4-5 universitetin hərəsində 1-2 ixtisas üzrə ikili diplom proqramları yaradılıb ki, bu da dəryada bir damladır. Dövlər Proqramında ali təhsilin rəqabətqabiliyyətliyi nədir, buna necə nail olmaq olar kimi anlayışlara toxunulmayıb, buna necə nail olmaq olar v.s. sualların cavabı yoxdur. Nəticə də ortalıqdadır. Universitetlərimizdə əcnəbi tələbələr çox azdır, çünki, ATM rəqabətədavamlı deyillər. 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

İlham Əhmədov -“Bermud üçbucağına” düşən təhsilimiz.

İlham Əhmədov -“Bermud üçbucağına” düşən təhsilimiz.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Pedaqoji Lüğət

Pedaqoji Lüğət