Tərbiyəçilər üçün yeni standartlar tətbiq ediləcək
AzTehsil.com xəbər verir ki, tərbiyəçilər üçün yeni standartlar: Emin Əmrullayev uşaq bağçalarının işində əsas dəyişiklikləri açıqladı.Azərbaycanda uşaq bağçalarında təhsil sistemində dəyişikliklər nəzərdə tutulur.
Bunu Xəzər telekanalına müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Bağçalara işə 3-4 yaşlı uşaqların psixologiyasını bilən, onlara dərs deməyi bacaran şəxslər cəlb olunacaq. Eyni zamanda, məktəbəqədər təhsil hazırlığın əsas mərhələsi olduğundan hər bir tərbiyəçi diaqnostika və attestasiyadan keçəcək", - nazir qeyd edib.