AzTehsil.com

Cəmiyyət / Tədris işləri üzrə dr/müavini / Təşkilat işləri üzrə dr/müavini / Xəbərlər / Direktor / Müəllim
23 mart 2025
512

Şagirdləri ilə "populyarlıq yarışına" qoşulan MÜƏLLİMLƏR



AzTehsil.com xəbər verir ki, hazırda sosial şəbəkələrdə bir sıra müəllimlərin dərs zamanı şagirdlərinin şəkil və videolarını çəkib paylaşması geniş yayılıb. Bu tendensiya cəmiyyətdə birmənalı qarşılanmır və müəllimlərin dərs prosesinin səmərəliliyi, eləcə də peşə etikası ilə bağlı suallar doğurur.

Ötən gün açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib ki, bir tərəfdən müəllimlərin bu addımı atmasının əsas səbəblərindən biri öz fəaliyyətlərini nümayiş etdirmək, peşəkar fəaliyyətlərini cəmiyyətə çatdırmaq və həmkarları arasında tanınmaq istəyidir:


“Bəziləri bunu motivasiya məqsədilə etsə də, digərləri üçün bu, şəxsi imic və populyarlıq uğrunda yarışa çevrilib. Sosial media bu gün müəllimlərin özlərini tanıtdıqları, nüfuz qazandıqları platformaya dönüb. Amma sual yaranır: müəllim dərsdə daha çox şagirdin inkişafına fokuslanıb, yoxsa paylaşıma gedəcək "ideal kadr" axtarır?


Əgər çəkilişlər dərsin keyfiyyətinə təsir edirsə və müəllimin diqqətini əsas məqsədindən – tədrisdən – yayındırırsa, bu, artıq peşəkarlıq prinsipinin pozulması deməkdir”.


G.Əkbərova qeyd edib ki, digər tərəfdən, şagirdlərin görüntülərinin sosial şəbəkələrdə paylaşılması həm etik, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur:


“Hər bir uşağın məxfiliyi qorunmalıdır və valideyn razılığı olmadan onların şəkillərinin yayımlanması yolverilməzdir. Hətta razılıq olduğu halda belə, bu görüntülərin hansı məqsədlə və hansı auditoriyaya təqdim olunduğu çox diqqətlə nəzərə alınmalıdır. Uşaqların hüquqları və onların psixoloji rifahı müəllimlərin peşə etikasında əsas yer tutmalıdır.


Bir valideyn kimi bu məsələyə daha həssas yanaşıram. Valideyn olaraq mənim əsas vəzifəm övladımın təhlükəsizliyini və hüquqlarını qorumaqdır. Övladımın şəkli və videosu icazəmsiz paylaşılarsa, bu, mənim onun məxfiliyinə və təhlükəsizliyinə nəzarət hüququma birbaşa müdaxilədir. Üstəlik, sosial şəbəkələrə yüklənmiş bir görüntü artıq müəllimə və ya məktəbə məxsus olmur; kimlərinsə həmin fotoları və videoları pis məqsədlərlə istifadə etməyəcəyinə zəmanət yoxdur. Valideyn olaraq istəmərəm ki, övladım kimsənin şəxsi brendinin və populyarlıq yarışının alətinə çevrilsin”.


Müsahibimiz qeyd edib ki, uşaqlar özləri də bəzən bu paylaşımların gələcəkdə onlara necə təsir edə biləcəyini anlamırlar:


“Bir video və ya şəkil bu gün zərərsiz görünə bilər, lakin illər sonra həmin görüntü onların şəxsi həyatında və psixoloji durumunda problem yarada bilər. Bu səbəbdən valideynlər əvvəlcədən məlumatlandırılmalı, onlardan rəsmi razılıq alınmalıdır və paylaşımın məqsədi tam şəffaf izah olunmalıdır.

Sonda isə vurğulamaq istəyirəm: müəllim cəmiyyətdə nümunəvi şəxsdir. Onun əsas vəzifəsi sosial mediada görünmək yox, şagirdlərin təlim-tərbiyəsinə diqqət yetirməkdir. Müəllim valideyn etimadını qazanmalı, övladlarımızın hüquqlarını və məxfiliyini hər zaman üstün tutmalıdır. Əks halda, valideynlə müəllim arasındakı inam zədələnir və bu, həm tədris prosesinə, həm də uşaqların rifahına mənfi təsir edir”.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Müasir dərs necə olmalıdır?

Müasir dərs necə olmalıdır?

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb