AzTehsil.com

Cəmiyyət / Səhiyyə / Xəbərlər / İnnovasiyalar
23 mart 2025
487

Qarabağ Universitetinin Klinikası bu problemi həll edəcək - Deputat



AzTehsil.com xəbər verir ki, bir müddət öncə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs də yaradılıb. Klinika Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.

Milli Məclisin deputatı Müşfiq Məmmədli  bildirib ki, Qarabağ Universitetində tibb ixtisaslarının tədrisinin nəzərdə tutulması çox önəmlidir:

“Azərbaycan səhiyyəsinin İcbari Tibbi Sığortanın tətbiqindən sonra yüksək səviyyəyə qalxdığını görürük. Yaradılan infrastruktur, xəstəxanalar, tibb müəssisələri və onların fəaliyyətinin bu səviyyədə yüksəlməsi cənab Prezidentin İcbari Tibbi Sığortanın tətbiqi istiqamətində atdığı addımlar və səhiyyənin inkişafı üçün ayrılan vəsaitlərin yüksək səviyyəyə qalxması, tibbin aparıcı sahələrinin inkişafı ilə əlaqədardır. Səhiyyə büdcəsi artdıqca, daha da irəliləyişlərin şahidi olacağıq”.

Deputat qeyd edib ki, bütün bu inkişaf həm də müasir səhiyyənin hər bir sahəsini inkişaf etdirəcək kadrların olmasını da tələb edir:

 “Azərbaycanda tibbi kadrlar yalnız Tibb Universitetində və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında aparılır. Qarabağ Universitetində mütəxəssislərin hazırlanması isə inkişaf etməkdə olan Şərqi Zəngəzur və Qarabağın dirçəldilməsi, əhalinin geri dönməsindən sonra tibb mütəxəssislərinə olan tələbatın ödənilməsinə gətirib çıxaracaq. Hazırda da regionlarda ixtisaslı həkim kadrlarına çox ehtiyac var. Bu baxımdan yeni tibb mütəxəssislərinin yetişdirilməsini və onların rezidentura səviyyəsindən sonra bölgələrdə işlə təmin olunması prioritet məsələdir. Ona görə də regionda yerləşməsi və dövlətin ciddi diqqət və qayğısı, yeni mütəxəssislərinin cəlb olunaraq kadr hazırlığının aparılması Azərbaycan səhiyyəsinin bölgələrdə də yüksək səviyyəyə çatmasında mühüm rol oynayacaq”.





Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Publik hüquqi şəxs nə deməkdir ?

Publik hüquqi şəxs nə deməkdir ?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb