Xüsusi təyinatlı ixtisaslar üzrə iclas keçirilib
SDU –nun rektoru, v.i.e. professor Əminağa Sadıqov Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclasında iştirak edib.
AzTehsil.com xəbər verir ki, Bakı Mühəndislik Universitetində (BMU) Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun ilk iclası keçirilib. İclasda və bir sıra ali məktəblərin rektorları ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin rektoru, v.i.e. professor Əminağa Sadıqov da iştirak edib.