AzTehsil.com


Xəbərlər
18 aprel 2020
2 376


"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"



"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

 

Natiq Talbov: "Sumqayıt Dövlət Universitetində tədrisin məsafədən təşkili uğurla davam etdirilir"

Sumqayıt Dövlət Universitetinin (SDU) tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Natiq Talıbov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində ali təhsil müəssisəsində məsafədən tədrisin təşkili, istifadə olunan resurslar və prosesin gedişi barədə sualları cavablandırıb.

-Natiq müəllim,  bəllidir ki, pandemiya həyatın bütün sahələrinə öz mənfi təsirini göstərdi. Xüsusilə təhsilə.  Təhsildə fasilənin yaranması qaçılmaz oldu, lakin texnoloji imkanların köməyi ilə tədris prosesinin davamlılığı üçün bütün ali məktəblərdə  müəyyən addımlar atılmağa başlanıb. Bu cəhətdən Sumqayıt Dövlət Universitetində vəziyyət necədir ?      

- Bəli,  koronavirus adlı bəla bütün dünya üçün fəlakətə çevrilib. Bir sıra  dövlətlər qabaqlayıcı tədbirlər görməklə bu qlobal böhrandan az itkilərlə çıxmağa çalışır. O cümlədən, ölkəmiz sərhəd tanımayan pandemiyanın verə biləcəyi böyükmiqyaslı  fəsadların  qarşısını almaq məqsədilə vaxtında qəti tədbirlər görməyə başladı. Prezident  İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə  ciddi reaksiyası,  qısa vaxtda gördüyü işlər digər ölkələr üçün nümunəyə çevrildi. Ümumdünya Səhiyyə Təşkilatının,  BMT-nin yaydığı məlumatlara əsaslanaraq  deyə bilərik ki, Azərbaycanın bir çox böyük dövlətlərdən fərqli olaraq pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verir.  Bildiyimiz kimi, Azərbaycandakı bütün təhsil müəssisələrində tədris koronavirus təhlükəsinə görə  martın 3-dən 9-na qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırıldı. Daha sonra bu müddət  martın 27-dək, sonrakı mərhələdə isə aprelin sonuna qədər uzadıldı. Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə Sumqayıt Dövlət Universitetində bütün dərslər onlayn  formada təşkil edildi.

Belə ki, bu sahədə SDU-da görülmüş işləri üç mərhələyə bölmək olar. Birinci mərhələdə qərara alındı ki, WhatsApp ani mesajlaşma mübadilə sistemindən istifadə olunsun.  Tədrisin təşkili üçün təyin olunan qrup rəhbəri bütün tələbələrin və tədris aparan müəllimlərin adlarını WhatsApp qrupuna daxil edir. Müəllim mühazirə materiallarını tələbənin e-mail ünvanına göndərir və nəticə etibarilə tələbə lazımi ədəbiyyatla təmin olunur.

Bu mərhələdə dərslərin universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılması nəzərdə tutulmuşdu.  Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınırdı. İkinci mərhələdə isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş Moodle sistemindən istifadə edilməyə başlanıldı. Belə ki, müəllim və tələbələr universitetdə daha çox istifadə olunan sistemlərdən biri kimi dərslərin  oflayn qaydada təşkilinə hədəflənən, Erasmus+ layihəsi çərçivəsində hazırlanan  Moodle sistemindən  istifadə etmək üçün  yaradılan  moodle.sdu.edu.az saytında qeydiyyatdan keçiblər. Müəllimlər dərsin mənimsənilməsi üçün tələb olunan materialları sayta yerləşdirir, tələbələr isə istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşırlar.

Onu da qeyd edək ki, tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində  Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı "Microsoft Teams” platformasından istifadəni tövsiyə etdi. SDU-da  da  həmin tarixdən başlayaraq, onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin "Microsoft Teams” platformasına inteqrasiyası uğurla təmin edildi.  Üçüncü mərhələdə Təhsil Nazirliyinin tövsiyəsi ilə daha çox imkanlara malik "Microsoft Teams” korporativ platformadan istifadə edilməsinə başlanıldı. Universitetin tədrisdə iştirak edən bütün müəllimləri, hazırda təhsil alan əyani və qiyabi qrup tələbələri sistemdən istifadə etmək üçün yaradılan  moodle.sdu.edu.az və teams.microsoft.com saytında qeydiyyatdan keçib,  dərsləri onlayn formada təşkil edirlər. Dərsin mənimsənilməsi üçün tələb olunan materiallar  pdf və doc formatında sayta yerləşdirilır,  tələbələr də istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşır, mühazirə materiallarını mənimsəyə bilirlər. Artıq qruplar üzrə bütün mühazirə, məşğələ və laboratoriya işləri yüklənib, imtahan sualları yerləşdirilib. Tələbələrin elektron ünvanlarına materiallar göndərilib, müəllimlər cədvəl üzrə WhatsApp vasitəsi ilə  öz tələbələr ilə əlaqə saxlayırlar. Platformanın üstün cəhəti video konfransların təşkil edilməsinin mümkünlüyüdür. Fakültələrin əməkdaşları artıq belə bir sınaq dərsləri keçiriblər.

Onlayn formada dərslərin təşkili üçün istifadə olunan digər sistemlər "Zoom meeting online” və "Trueconf online” sistemləridir. Qeyd olunan sistemlərin üstünlüyü, eyni zamanda bütün tələbələrin iştirakı ilə onlayn dərslərin təşkilidir.

- Məsafədən təhsilə keçid tələbələriniz və müəllim heyəti üçün çətin olmadı ki?
- Düşünürəm ki, yox. Əlbəttə, məsafədən təhsilə keçid zamanı bəzi texniki çətinliklərlə də üzləşdik. Bu, əsasən müəllim – professor heyəti arasında yox, bölgələrdə yaşayan tələbələr arasında müşahidə olundu. Tədricən bu problemin də öhdəsindən gələ bildik.  Dərslərin məsafədən onlayn və oflayn formada təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır və gələcəkdə tədris prosesi normal vəziyyətə qaytarıldıqdan sonra da fənlərin mənimsənilməsi üçün əlavə vasitə kimi düşünülür.

- SDU-da prosesin əhatəliliyi və effektivliyi necədir?

 - Görülən işlərin və təqdim olunan sistemlərin nəticəsində hər bir müəllim öz kurslarını yaradıb, tələbələr isə bu kurslara yazılaraq fənnə dair mühazirə mətnlərindən, məşğələ dərslərindən, laboratoriya işlərinin yerinə yetirilməsi üçün metodik göstərişlərdən, təqdimatlardan və s. tədris materiallarından istifadə imkanı əldə edib. Lakin bu sistemlərin nisbətən çətinliyi internetin sürəti ilə bağlıdır. Belə ki, universitetin  respublikamızın 60-a yaxın bölgəsindən tələbələri var,  regionlarda isə internetin sürəti ilə əlaqədar bu sistemlərdən  daha az istifadə olunur.  Tələbələrimiz  müəllimin daha əvvəl müəyyənləşdirdiyi qrup təqdimatlarını dərsdə təqdim edə bilirlər. Çünki   "Microsoft Teams” proqramı vasitəsilə həm PowerPoint, həm də Youtube üzərində bağlantı paylaşma və dərsə inteqrasiya etmək mümkündür.  Bir nüansı xüsusilə vurğulaya bilərəm. Universitetin Tələbə Elmi Cəmiyyəti (TEC) son 10 gündə beşə yaxın online təlim təşkil edib;  nəinki SDU tələbələri, eyni zamanda, arzu edən digər ali təhsil müəssisələrinin tələbələri də bu təlimlərə böyük maraq göstəriblər. TEC hər həftə müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə ən azı bir distant təlim keçirməyi planlayıb. Bu təlimlər tədqiqat metodları, xarici dil öyrənmə təlimləri, karyera təlimləri və s. istiqamətlidir.

- Tədrisin daha keyfiyyətli təmin olunması üçün daha  hansı işlər diqqətdədir?

- Universitet bu gün də öz strateji inkişaf planı və keyfiyyət təminatı siyasətini həyata keçirərkən, tədrisin keyfiyyətini, göstərdiyi fəaliyyətlərin və xidmətlərin cəmiyyətin, qlobal çağırışların tələblərinə uyğunluğunu, özünün güclü, zəif tərəflərinin müəyyənləşdirilməsini, mövcud problemlərinin üzə çıxarılmasını, ehtiyacların müvafiq göstəricilər sistemi əsasında təhlil edilməsi və qiymətləndirilməsini özündə ehtiva edən "Özünütəhlil və qiymətləndirmə” hesabatını dövri olaraq həyata keçirməkdədir. Sumqayıt Dövlət Universitetinin strategiyası hər zaman yüksək təhsili hədəfləyir.
Onu da qeyd edim ki, beynəlxalq əlaqələrimiz də onlayn müstəvidə uğurla davam edir. Belarus Təhsil Nazirliyinin dəstəyi ilə Belarus Baranoviç Dövlət Universitetində təşkil edilən XI beynəlxalq elmi -praktik seminarında Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova və Beynəlxlaq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova onlayn iştirak ediblər.

Həmçinin, bildiyiniz kimi, görkəmli Azərbaycan ədibi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar  Prezident sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Sumqayıt Dövlət Universiteti də öz növbəsində nəzərə alınan tədbirlər planından geri qalmayıb;  aprelin 20-də "Zoom.us” proqramı vasitəsilə  "Realist ədəbiyyatın parlayan ulduzu” adlı  onlayn elmi-praktik konfrans keçirəçək...

- Məsafədən tədris bütün ixtisasları əhatə edirmi? Xüsusən də praktikyönümlü ixisaslarda təhsil alan tələbələrin bu  prosesdə iştirakının təmin olunması barədə nə demək olar?

-Tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsinə, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılmasıdır. Bu məqsədlə bütün ixtisaslarda tədris qrupları və kafedralar üzrə WhatsApp işçi qrupları da yaradılmışdı. Dərs cədvəlinə uyğun olaraq əvvəlcədən təyin olunmuş  tarixlərdə onlayn rejimdə məşğələ dərsləri təşkil edilmişdi. Mühazirələrin mətnləri əvvəlcədən tələbələrə ötürülüb və sual-cavab şəklində müzakirə edilib. Bu zaman mühazirələrin Power Point proqramından istifadə edərək səsli təqdimatları da yaradılıb.
Praktiki məşğələlərin və laboratoriya işlərinin yerinə yetirilməsi üçün metodik göstərişlər tələbələrə verilib və nəzəri hissələrin öyrənilməsi tövsiyə edilib. Bəzi laboratoriya işlərinin simulyasiya proqramlarından istifadə edilməsini nəzərə alaraq, tələbələrə bu işləri yerinə yetirib hesabatlarını müəllimlərə təqdim etməsi təklif olunub. 
muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Elnur Məmmədov: Məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb

Elnur Məmmədov: Məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

ADU-da onlayn təhsil necə qurulub?

ADU-da onlayn təhsil necə qurulub?

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”