Xəbərlər
08 aprel 2020
1 469


Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Elmi Şurasının onlayn şəkildə iclası keçirilib. İclasda DİA-da distant tədrisin vəziyyəti müzakirə edilib.

Dövlət İdarəçilik Akademiyasından  bildirilib ki, onlayn iclası açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb. Rektor bu sınaq dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın hər bir vətəndaşa həssas münasibətini, xalqa ünvanlanan fərqli, səmimiyyət və qayğı dolu çağırışlarını xüsusi qeyd edib. Akademik Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən operativ tədbirlər sayəsində pandemiyanın miqyasının nəzarətdə saxlanıldığını, bu proses çərçivəsində həssas təbəqəyə aid vətəndaşların qorunması ilə bağlı önəmli addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, bu dönəmdə DİA-nın üzərinə düşən vəzifə tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsidir. Bu məqsədlə akademiyada onlayn platformalar üzərindən dərslər davam etdirilir. Distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavr və magistrlər cəlb olunur. Yaxın günlərdə akademiyanın ixtisasartırma pilləsində təhsil alan müdavimlər üçün də onlayn dərslərə başlanılacaq.

Onlayn iclasda distant tədrisin gedişatı ilə bağlı problemlər müzakirə edilib, bunun üçün əlavə olaraq "Microsoft Teams” və digər platformaların istifadə imkanları dəyərləndirilib, tədris materialları, dərs cədvəllərinin yükləndiyi diqqətə çatdırılıb. Həmçinin distant təhsilin idarəedilməsi üzrə işçi heyətin formalaşdığı, bakalavr və magistrantlar üçün bütün dərslərin məsafədən davam etdirilməsi üçün lazımi işlərin tamamlandığı qeyd edilib. Qiyabi təhsil alan müdavimlərin imtahanlarının distant təşkili, yay məktəbinin də distant formada keçirilməsinə hazırlıq, eləcə də operativliyin təmin edilməsi məqsədilə dekanlıqların onlayn işinin təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

Onlayn iclasda struktur rəhbərləri görülən işlərlə bağlı hesabatla çıxış ediblər.

Prorektorlar -professor Əlikram Abdullayev, hüquq üzrə fəlsəfə doktoru Cəfər Eyvazlı, dekanlar, professor Xatirə Hüseynova, professor Elçin Əhmədov, dosent Elmira Zeynalova, professor Gülnarə Qurbanova, kafedra müdirləri – dosent Fəxrəddin Nağıyev, dosent Yusif Ağayev, şöbə müdirləri – professor Ziyafət Həbibova, dosent Rəcəb Rəhimli və başqaları çıxış edərək tələbələrlə onlayn platformalarda tədrisin əhəmiyyətini vurğulayıb, qarşıda duran bəzi problemlərin həlli yollarını müzakirə ediblər.

Qeyd olunub ki, bu günlərdə tələbələrin və əməkdaşların yeni təhsil texnologiyalarını mənimsəmələri üçün onlara dəstək göstərilməlidir.






Загрузка...
Həmçinin oxuyun:
AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub