AzTehsil.com


Xəbərlər
15 aprel 2020
1 102


ADU-da onlayn təhsil necə qurulub?



ADU-da onlayn təhsil necə qurulub?

 

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilib. Bununla bağlı, universitetlərə işin texnoloji tərəfinin necə qurulması barədə məlumat verilib.

Bu barədə  Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən bildirilib.

Qeyd olunub ki, Dillər Universiteti təhsilin davamlılığını təmin etmək, tələbələrin ehtiyaclarını ödəmək məqsədilə və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün müxtəlif təkliflər üzərində çalışaraq öz işini qurub:

"İlk addım olaraq, təhsildə fasilə yaranmaması üçün universitetin professor-müəllim heyəti hər cür fədakarlıq göstərib videodərslər təşkil edib, texniki imkanlar vasitəsi ilə tələbələrlə ünsiyyət yaradıblar. Bundan başqa adu.edu.az saytında yerləşdirilən resurslardan (fənn syllabuslarından, proqram, PP prezentasiya və mühazirələrdən) faydalanmaları tövsiyyə olunub. Universitetin professor - müəllim heyəti, tələbələr və doktorantlar üçün kitabxana tərəfindən DSpace rəqəmsal kitabxanada dərslik və dərs vəsaitlərini Açıq PDF variantda oxumaq, köçürmək, Goole Drive da yerləşdirmək və print etmək imkanı yaradılıb. (Bunun üçün: adu.edu.az/ kitabxana DSpace, yaxud axtarışda http://217.64.17.124:8080/xmlui ). Vaxtaşırı partnyor universitetlərin və dünya kitabxalarının açıq giriş (istifadə) elan olunan linklərinin yerləşdirilməsi də bu qəbildən olan işlərdəndir.

ADU Təhsil Nazirliyi tərəfindən təklif olunmuş Microsoft Teams platformasına qoşulmaq üçün müəllim və tələbə heyətinə lisenziyalar alıb. Bu da universitetin İKT şöbəsi və İnformasiya Texnologiyaları kafedrasının vasitəsilə həyata keçirilib. Növbəti addımımız - müəllimlər üçün virtual təlimlərin keçirilməsi idi. Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsində prezentasiyalar və vebinarların elanları yerləşdirilib.

Məqsədimiz həm öyrədənlər, həm də öyrənənlər üçün yaranmış çətin vəziyyətdən çıxış yolu tapmaq və ondan səmərəli istifadə etməkdir. Beynəlalq təcrübədən bəhrələnərək və universitetin spesifikasını (20–ə yaxın xarici dillərin tədris olunması) nəzərə alaraq təklif olunan məsafədən dərslərin keçirilməsi üçün digər resurlara (more than 100 TOOLS) müraciət olunub. Bunlardan Zoom, Twiddla, Google Class, Skype, Google Docs, Google Hangouts, WhatsApp kimi platformaları nümunə gətirə bilərik.

Növbəti addımımız, mart ayının sonundan bu günə kimi ADU-nun məzunu - hal hazırda Kanadada yaşayan 20 ildən artıq bu sahədə təcrübəsi olan ESL Instructor, Trainer and Program Administrator Fəridə Ağaməmmədova "Onlayn dərslərinin təhsilimizdə rolu və əhəmiyyəti ” mövzusunda silsilə veb seminarların (webinar) təşkilini qeyd edə bilərik. Bu seminarlara qoşulmaqla təlim-tədris prosesinin məsafədən təşkilində yeni metod və yanaşmalarla tanış olur, nəticə etibarilə tələbələrdə təhsilə motivasiya yaratmış oluruq. Distant təhsilin ölkəmiz üçün uğurlu olacağına inanıb indiki şəraitdə yaranan yalnız bir problemi qeyd etmək istərdik, bu da bəzi regionlarda internetin zəif olmasıdır.

Əminliklə deyə bilərik ki, bu istiqamətdə işimiz davam edəcək və qazandığımız uğurlar gələcəkdə təhsildə müasirləşdirmə, elmi nailiyyətlərə və innovasiyalara doğru yeni yollar açacaq.

Bundan başqa, ölkə prezidenti İlham Əliyevin koronovirusla mübarizədə atdığı preventiv və effektiv addımları, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alıb, hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

Evdə qalaq, pozitiv olaq, savadlı olaq!” modern.az 



Загрузка...
Həmçinin oxuyun:
AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq

ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq

Ankara Universitetinin dosenti ADU-da mühazirə oxudu

Ankara Universitetinin dosenti ADU-da mühazirə oxudu

Cəsarət Valehov: “Təhsil Nazirliyi interneti olmayan tələbələrlə bağlı addım atacaq”

Cəsarət Valehov: “Təhsil Nazirliyi interneti olmayan tələbələrlə bağlı addım atacaq”

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

ADU -nun 100 tələbəsi maddi yardım alacaq

ADU -nun 100 tələbəsi maddi yardım alacaq

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-nun 28 müəllimi mükafatlandırılıb

ADU-nun 28 müəllimi mükafatlandırılıb

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

Azərbaycan Dillər Universitetində yeni formatda dərslərin təşkilinə başlanılıb

Azərbaycan Dillər Universitetində yeni formatda dərslərin təşkilinə başlanılıb

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-da akademik heyət üçün seminar keçirilib

ADU-da akademik heyət üçün seminar keçirilib

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq