Xəbərlər / Ziyalılar
17 aprel 2020
1 178

Günümüzün tələbi: elektron təhsil

 

Dünyada təlaş və həyəcan yaradan, Ümumdünya Səhiyyə Təşkilatını pandemiya qərarına məcbur edən COVID-19 Azərbaycan Respublikasının ərazisinə də gəlib çatdı. Situasiyanın gərginliyi fonunda Azərbaycan dövlətinin adekvatlığı, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarların çevikliyi hər bir vətəndaş kimi, mənim ürəyimdə də qürur hissi yaratdı. Görülən tədbirlər sırasında həyatımızın bütün sahələrində, o cümlədən təhsil sistemində hazırlanaraq işə salınan qabaqlayıcı tədbirlər Azərbaycan Respublikasının dövlət siyasətində öz vətəndaşlarının taleyini, onların sağlamlığının qorunmasının nə qədər prioritet olduğunu bir daha göstərdi.

Bu fikri  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova bildirib. O qeyd edib ki, həmin ilkin tədbirlər sırasında təhsil sahəsinə xüsusi önəm verilirdi və bunu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun mart ayında təhsillə bağlı imzaladığı müvafiq sərəncamlarında görmək mümkün idi. Eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargah ümumtəhsil müəssisələrində tədrisin dayandırılmasını "koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verildiyini” bildirilməklə, yaranmış vəziyyətdə, xüsusi karantin rejimi şəraitində təhsilin davamlılığını təmin etmək ümdə vəzifə kimi göstərilirdi. Dərhal Təhsil Nazirliyi distant dərslərin başlanılması üçün öz resurslarını işə saldı və tezliklə ölkənin telekanallarında təşkil olunacaq teledərslərin yayım proqramı ilə bağlı şagirdlər və valideynlər məlumatlandırıldı. Bunun davamı olaraq, "YouTube”, "Facebook” və digər sosial şəbəkələrin geniş resurslarından bəhrələnərək orada qısa vaxt ərzində 1700-ə yaxın videodərs, 256 elektron vəsait yerləşdirilərək təhsil ictimaiyyəti məlumatlandırıldı. Bütün bunlar hökumətin birbaşa dəstəyi ilə həyata keçirilirdi. Nazirlər Kabinetinin qərarına uyğun olaraq zəruri informasiya sistemlərinin və ehtiyatlarının "Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası qısa vaxtda təmin edildi.

Əlbəttə, yaşadığımız günlərin fors-major situasiyası olaraq ortaya çıxan bu şəraitdə Təhsil Nazirliyinin ləngimədən verdiyi qərarlar və həmin qərarlara təhsil müəssisələrindən adekvat cavablar onu göstərdi ki, Azərbaycan Respublikasında bütün sahələr kimi, təhsil sistemində də gözlənilməz vəziyyətlərdə işə salınan çevik dövlət mexanizmləri qurulub. Bütün bunlar isə müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu kimi tarixə düşən ümummilli liderimiz Heydər Əliyev ənənələri əsasında inkişaf edən, güclənən dövlətimizin potensial imkanlarından xəbər verirdi və qısa müddətdə artıq dünyada özünü doğrultmuş onlayn təhsil metodunun işə salınması zərurətə çevrildi. Beləliklə, onlayn təhsil üçün xüsusilə səmərəli olan, virtual və hibrid auditoriyalarda mühazirə və seminarların aparılması üçün "Zoom” sistemi ilə işləməyə başladıq. Bu zaman "Microsoft Teams”, "Skype” proqramı, e-poçt xidmətindən istifadə, hazır videodərslərin tələbələrə çatdırılması, "YouTube” kanalına videodərslərin yerləşdirilməsi, müxtəlif sosial şəbəkələr və xəbərləşmə platformalarının imkanlarından istifadə etməklə elektron tədris resurslarının tələbələrə çatdırılması, TV kanalları ilə telemühazirələrin təşkili işi də yaddan çıxmadı.

M.Hüseynova diqqətə çatdırıb ki, Təhsil Nazirliyinin bu istiqamətdəki təlimat və tövsiyələri əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix üzrə elmlər doktoru professor Cəfər Cəfərovun rəhbərliyi ilə qısa zamanda müvafiq tədbirlər planı hazırlandı və rektorluq şurasının sonuncu onlayn iclasının qərarına əsasən ADPU-nun bütün struktur bölmələrindən, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Kollecindən daxil olmuş məlumatlar ümumiləşdirilərək qarşıdakı müddət üçün fəaliyyət planının tərkib hissəsinə çevrildi. Beləliklə, mart ayının 10-dan başlayaraq ADPU, onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci və ADPU-nun Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabad filiallarında ümumuniversitet səviyyəsində müasir İKT-nin mümkün imkanlarından istifadə edilməklə tədris materiallarının tələbələrə elektron formada çatdırılması təmin olundu.

Hazırda ADPU-nun Bakı şəhərində yerləşən fakültə və digər şöbələrində təhsil alan bakalavr tələbələrinin, həmçinin magistrantların 91 faizi (ADPU və filiallarla birlikdə 94 faiz) elektron tədris materialları ilə təmin edilib, habelə 65 faiz tələbə (ADPU və filialları ilə birlikdə 71 faiz) onlayn formada keçirilən dərslərə qoşulub. Nəticədə ADPU və onun digər strukturlarında təhsil alan tələbələrin 66 faizinin onlayn dərslərə qoşulmasına nail olunub və tələbələrin 97 faizi elektron tədris materialları ilə təmin edilib. Beləliklə, bütün fakültə dekanlıqlarının kafedralarla birlikdə distant, onlayn təhsilin normal təşkili üçün konkret əməli işlərə start verildi. Görülən işlərdə universitetin ölkənin müxtəlif bölgələrində yerləşən filiallarının xüsusi əməyi var, məhz filialların əməkdaşları tərəfindən 50-yə yaxın videomühazirə "YouTube” kanalında operativ olaraq yerləşdirildi və ilk günlərdən tələbələr distant təhsilə cəlb edildilər.

Bütün bu proseslərdə yaranmasının 100 illiyinə qədəm qoyan universitetin filologiya fakültəsi birincilərdən olaraq ilk günlərdən operativliyi ilə fərqləndi. Martın 14-də keçirilən fakültə elmi şurasının onlayn iclasında tədrisin ekstremal şəraitdə onlayn metodla təşkil olunması müzakirə edildi. Həmin müzakirələr zamanı ancaq dərs cədvəllərinin dəyişdirilməsi deyil, tələbələrin müxtəlif coğrafi ərazilərə yayılması, internet resurslarının onlar üçün nə qədər əlçatan olması və bütün tələbələrin tədrislə əhatə edilməsinin optimal variantları təhlil edilib. Gəlinən nəticələr əsasında tədrisin, həmçinin "YouTube” kanalında, əvvəlcədən hazırlanan videomühazirələrlə paralel aparılması qərara alınaraq tətbiqinə başlanıldı. Fakültə dekanlığının apardığı monitorinqlər hazırda tələbələrin 70 faizindən çoxunun onlayn tədrisin fəal iştirakçıları olduğunu müəyyənləşdirib. Ümumilikdə isə fakültənin 664 tələbəsinin və 178 müəlliminin qoşulduğu sistem kollektivin qısa müddətdə ekstremal şəraitdə çalışmaq kimi bir keyfiyyətini ortaya qoydu.

Professor M.Hüseynova bildirib ki, universitetdə, o cümlədən həmçinin fakültədə təhsil alan əcnəbi tələbələr onlayn tədrisdən kənarda qalmırlar. Bu tədris formasındakı dərslərdə isə tələbələr təkcə videomühazirələrin və videoseminarların iştirakçısı olmurlar, onlara, həmçinin sərbəst iş mövzuları, imtahan sualları, müvafiq mövzular üzrə ədəbiyyat siyahısı verilir, imtahan sualları ilə əlaqədar ortaya çıxan suallar cavablandırılır. Bütün bu proseslər universitetin bütün fakültələrini əhatə edir, rəhbərliyin apardığı monitorinqlər isə təkcə tədrisin keyfiyyətinə təsir etmir, onlayn dərslərin iştirakçısı olan müəllim və tələbələrdə məsuliyyət hissini daha da artırır.

Bütün bunlardan əlavə, tələbələr nəinki istənilən mobil qurğular vasitəsilə tədris prosesinə qatılır, həmçinin akademik nəticələrlə tanış ola bilir, onlayn dərslərin canlı tərəfdaşına çevrilə bilirlər.

M.Hüseynova vurğulayıb ki, fakültə, ümumilikdə universitetin rəhbərliyi, professor-müəllim heyəti ancaq tələbələrin təhsildən kənarda qalmamasını deyil, onların psixoloji-mənəvi durumunu da maksimum nəzarətdə saxlayır. Ölkənin ali siyasi rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə elan olunaraq həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar təkcə tələbələr və valideynlər tərəfindən deyil, ictimaiyyət tərəfindən də xüsusi minnətdarlıqla qarşılandı.

Bütün xalqımız kimi, təhsil işçiləri də xüsusi karantin rejimini həyati vacib tədbir kimi qəbul edir, dövlətimizin və hökumətimizin bu istiqamətdə atdığı addımları dəstəkləyirik.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin bütün kollektivi tədrisin məsafədən və onlayn aparılmasını bundan sonra da davam etdirəcək, təhsildə distant və onlayn formanın ən qabaqcıl nailiyyətlərinin tətbiq olunmasını dünyanın ən mükəmməl təcrübəsindən yararlanaraq həyata keçirəcək.AZƏRTAC
resim


Загрузка...
loading...

Həmçinin oxuyun:
ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

ADPU-da imtahan sessiyası başladı

ADPU-da imtahan sessiyası başladı

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

ADU-da onlayn təhsil necə qurulub?

ADU-da onlayn təhsil necə qurulub?