TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK


reklam

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

 Təlim prosesində şagirdlər bilik, bacarıq və vərdişlərə yiyələnir, onlarda dünyagörüşü formalaşır, idrak və müstəqil işləmək qabiliyyətləri inkişaf edir. Bilik təlim prosesi məzmununun əsas aparıcı ünsürü sayılır. O, insanların obyektiv aləmi əks etdirən ümumiləşdirilmiş təcrübəsidir. Biliyin mənimsənilməsi faktların (hadisələrin, predmetlərin və s. ), anlayışların və nəhayət, qanunauyİunluqların öyrənilməsini təmin edir.

 
Elementlər faktların və anlayışların əksəriyyəti ibtidai sinifdə öyrənilir; təlim dərəcəsi yüksəldikcə ümumi qanunauyİunluqların öyrənilməsi sahəsində iş daha da genişlənir və dərinləŞir. Vərdiş şüurlu hərəkətin avtomatlaşdırılmış tərkib hissəsidir. O, eyni bir hərəkətin eyni şəraitdə dəfələrlə təkrarı nəticəsində hasil olur.
 
Şagirdlər müxtəlif hərəkətlərin müəyyən qayda-qanunlarını mənimsəyir və onları avtomatik surətdə icra edirlər. Bunun sayəsində də hərəkətlər çox asan, tez, qənaətli, ən yüksək nəticələrlə və eyni zamanda, ən yüksək gərginliklə yerinə yetirilir. Bacarıq da hərəkət qaydasıdır; lakin o, vərdişdən fərqli olaraq özünün formalaşdığı şəraitdə deyil, başqa şəraitdə, ilkin şərtlər dəyişdirilərək tətbiq edilir; məsələn, plan tərtib etmək, konspekt tutmaq, məsələ həll etmək, biliyi təcrübədə işlətmək və. s.

Məktəb rəhbərləri yuxarıda qeyd olunan əsas cəhətləri nəzərə almaqla, təlim prosesinin daim təkmilləşdirilməsinə nail olmalıdırlar. Bu mürəkkəb işdə onlara kömək məqsədi ilə aşaİıdakı məsələlərin şərhini (nəzəriyyə və təcrübə əsasında) vacib hesab edirik:

1.Müəllimin dərslərə hazırlaŞması işinə rəhbərlik.

2.Müəllimin təlim prosesində şagirdlərdə fəallıq və müstəqillik tərbiyə etməsi işinə rəhbərlik.

3.Müəllimin təlim prosesində keçilmiş materialların təkrarı və möhkəmləndirilməsi işinə rəhbərlik.

4.Müəllimin təlimdə geriləyən və yaxşı oxumayan şagirdlərlə işinə rəhbərlik.


Müəllimin təlimə hazırlaşması, adətən, iki cür olur: birincisi, qarşıdakı dərs ilinə hazırlaşmaq, ikincisi, cari mövzuya, ayrı-ayrı dərslərə hazırlaşmaq.

Müəllimin qarşıdakı dərs ilinə hazırlaŞmasına bir qayda olaraq proqram və dərslikləri təhlil etmək, fənnə aid ən yeni məsələləri öyrənmək, müxtəlif vasitələri (kolleksiyaları, rəsmləri, sxemləri, diaqramları, fotoşəkilləri və s. ) seçmək və sistemə salmaq, təlimin həyatla, şagirdlərin şəxsi əməyi ilə əlaqələndirilməsi yollarını müəyyənləşdirmək məsələləri daxildir.

Məktəb rəhbərləri-direktor və onun təlim-tərbiyə işləri üzrə müavini müəllimin həmin istiqamətdə necə hazırlaşdığını öyrənmək üçün onunla söhbət etməlidirlər. Həmin söhbət gənc və az təcrübəli müəllimlərlə aparıldıqda təlimati xarakter daşımalıdır. Söhbət zamanı müəllimin hazırlıİı işində olan çatışmazlıİı aradan qaldırmaq üçün ona lazımi (konkret) kömək edilməsi də nəzərdə tutulmalıdır.

Müəllimin dərsə hazırlaŞması işi vacib məsələdir. Həmin hazırlıq xüsusilə dərsdə şagirdlərə mənimsədiləcək təlim materialını seçməkdən, dərsin keçilmə metodlarını müəyyənləŞdirməkdən, şagirdlərin təlim əməyini düzgün təşkil etməkdən və s. ibarətdir.

Dərsə yaxşı hazırlıq müəllimə məşğələ gedişində biliklərin şagirdlər tərəfindən mənimsənilməsinə diqqəti cəmləşdirmək imkanı verir. Bunu nəzərə alaraq, müəllimin dərslərə keyfiyyətli hazırlaŞması üçün məktəb rəhbərlərinin ciddi səy göstərmələri çox vacibdir.

Təcrübə göstərir ki, müəllimin ayrı-ayrı dərslərə hazırlaŞmasında mövzu üzrə tədris işinin metodik planlaşdırılması böyük rol oynayır. Onun üstünlüyü ondan ibarətdir ki, müəllim bütövlükdə mövzunun əsas məsələlərini, ayrı-ayrı dərslərin məşğələlərini müəyyənləşdirməyə, proqramın müəyyən hissəsi üzrə hər bir dərsin məşğələlər sistemində nə kimi yer tutduİunu aydınlaşdırmağa imkan tapır.
 
Bununla da məlum mövzu üzrə hər bir dərsdə şagirdin alacağı biliyi, bacarıq dairəsini və tərbiyəvi əhəmiyyətə malik materialı daha dəqiq müəyyənləşdirməyə nail olur. Habelə hər bir dərs üçün lazım olacaq praktik işləri, ekskursiyaları və s. qabaqcadan qeydə ala və bölüşdürə bilir.

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

 

Tədris proqramının bu və ya digər mövzusunu təlim nəzəriyyəsinə və qabaqcıl müəllimlərin təcrübələrinə əsaslanaraq aşağıdakı qaydada (fənnin xüsusiyyətlərini nəzərə almaqla) planlaşdırmaq olar:

1)öyrəniləcək mövzunun təhsil və tərbiyə vəzifəsini müəyyənləşdirmək;

2)mövzu materialının həyat təcrübələri və şagirdlərin əməyi ilə əlaqəsinin mümkün olan növlərini aydınlaŞdırmaq;

3)mövzu öyrənilən zaman işin ardıcıllıİını və üsullarını müəyyənləŞdirmək;

4)mövzunun keçilməsi (tədris) vaxtlarını müəyyən etmək;

5)mövzu materialını ayrı-ayrı dərslər üzrə bölüşdürmək;

6)mövzu üzrə müvafiq sinifdənxaric işləri qeydə almaq.

Məktəb rəhbərləri müəllimə, tematik planlaşdırmanın üstünlüyünü göstərməyə, təcrübə mübadiləsi təşkil etməyə borcludurlar. Məktəbin direktoru və onun təlim-tərbiyə işləri tərtib olunmuŞ planları pedaqoji şura iclaslında, istehsalat müşavirəsində, metodbirləşmə iclasında nümayiş etdirə, onları tərtib edən müəllimlərin işlərini müqayisəli surətdə təhlil edə bilərlər.

Proqramdakı çətin mövzuların tematik planlaŞdırılmasının əhəmiyyəti göstərilməli müəllimlərə tematik planlaşdırmanın əsas prinsiplərini işıqlandıran metodik ədəbiyyat tövsiyə edilməlidir. Yeri gəlmişkən deyək ki, tematik planlaŞdırmanı bütün müəllimlərin aparması məcburi deyildir.

Müəllim hər hansı bir mövzunu planlaŞdırmazdan əvvəl onun məzmununu, tədris proqramındakı yerini diqqətlə təhlil etməli, həmin mövzu üzrə şagirdlərin nə kimi əlavə biliklərə yiyələnəcəklərini müəyyənləşdirməli nəzərə almalı, habelə mövzunun öyrənilməsi xüsusiyyətlərinə diqqət yetirməlidir.
 
O, gündəlik dərs planlarını tərtib edərkən də dərs keçdiyi sinfin spesifik xüssuiyyətlərini nəzərdən qaçırmamalıdır. Həmin dərs planlarının tərtibi xarakteri həm müəllimin necə hazırlıİından, həm də tədris fənnindən və dərsin mövzusundan asılıdır. Az təcrübəli gənc müəllimlərə dərsin məzmununu və keçilmə metodikasını ətraflı yazmasını tövsiyə etmək olar; təcrübəli müəllimin dərs planı, əsasən, qısa da ola bilər.

Müəllimin dərslərə hazırlaşması işinə rəhbərliyi və nəzarəti həyata keçirən direktor, onun təlim-tərbiyə işləri üzrə müavini müəllimə təlim işinin planlaşdırılmasına dair dəqiq ifadə olunmuş tələblər verməli, dərslərə hazırlaşması üsullarını və onun keyfiyyətini, həm də konkret tədris fənni üzrə dərslərə hazırlaŞmaİın səmərəli təcrübi formalarını göstərməlidirlər.

Qabaqcıl məktəb rəhbərləri təlim prosesini və şagirdlərin idraki və praktik fəaliyyətini müşahidə etmək, onların biliklərini yoxlamaq yolu ilə aydınlaşdırırlar ki, müəllim şagirdlərə biliyi necə mənimsədir, onlarda yaradıcı fikri necə oyadır, onları biliyə yiyələnmək, nəticə çıxarmaq, ümumiləşdirmək, biliyi həyatda, əməkdə tətbiq etmək üçün müstəqil fikirləşməyə necə təhrik edir.

Məktəb rəhbərlərinin təlim prosesində Şagirdlərin fəaliyyətini inkişaf etlirməyə kömək məqsədi ilə müəllimin istifadə etdiyi üsulları qiymətləndirmək üçün aşağdakıları müəyyənləŞdirmələri məqsədəuyğundur:

 1)müəllim şagirdlərin şəxsi müŞahidəsindən, onların əvvəlki biliklərindən, habelə şagirdlərin yeni bilikləri yaxŞı mənimsəmələri üçün nəticə və ümumiləşdirmə məqsədi ilə təcrübələrdən necə istifadə edir;

2)müəllim təlim materialını həyatla, təcrübə ilə necə əlaqələndirir;

3)müəllim dərsdə dediyi nəticə və əsasların doİruluİuna şagirdlərdə necə inam yaradır;

4)müəllim keçdiyi mövzunun mənimsənilməsinə nail ola bilirmi.

Bunlardan əlavə, müəyyənləŞdirilməlidir ki, şagirdlər dərsdə həyat hadisələrini izah etməyi və praktik fəaliyyət üçün öz biliklərindən istifadəni necə bacarır, tapşırıqları müstəqil yerinə yetirirlərmi. Məktəbdə müəllimlərin diqqəti dərsin bütün mərhələlərində şagirdlərin fəallaşdırılmasına yönəldilməlidir.

Məktəb rəhbərləri müəllimlərin təlim prosesində şagirdlərdə fəallıq və müstəqillik tərbiyə edilməsi üzrə işinə rəhbərliyi həyata keçirərək bütün pedaqoji prosesi diqqətlə öyrənir, həmin prosesdə şagirdlərin fəal müstəqil fikirlərini və praktik işinin nə kimi yer tutduİunu müəyyənləşdirir, bu mövqe baxımından da müəllimlərin istifadə etdikləri üsulların səmərəliliyini qiymətləndirirlər.

Təlim prosesində keçilmiŞ materialların təkrarı mühüm yer tutur. Düzgün təşkil olunan təkrar həm Şagirdlərin bilik, bacarıq və vərdişlərini əsaslı surətdə möhkəmləndirir, həm də materialı daha dərindən, şüurlu surətdə mənimsəməyə, onu sistemləŞdirməyə, ümumiləşdirməyə kömək edir.

Məktəbin direktoru və onun təlim-tərbiyə işləri üzrə müavini təkrar dərslərin keyfiyyətinə xüsusi diqqət yetirməli, müəllimlərin gündəlik dərs planları, sinif jurnalları, şagirdlərin yazı işləri ilə ətraflı tanış olmalı, müəllim və şagirdlərlə söhbət etməli, şagirdlərin əldə etdikləri bilik, bacarıq və vərdişlərin səviyyəsini müəyyənləŞdirməli, müəllimə lazımi pedaqoji, elmi-metodiki kömək göstərməlidirlər.

1)biliyin möhkəmləndirilməsində, təkmilləşdirilməsində və sistemləŞdirilməsində təkrarın rolu;

2)təkrarın vaxtlar üzrə bölünməsi vəziyyəti;

3)təkrar zamanı istifadə edilən metod və priyomların müxtəlifliyi, məqsədyönlülüyü;

4)təkrar prosesində təlim metodları arasındakı məntiqi əlaqə;

5)mövzunun təkrarı mərhələlərində yenilik ünsürlərinin yeri və əhəmiyyəti;

6)təkrar zamanı şagirdlərin şüurluğu və fəallığı;

7)təkrarın nəticəsi və şagirdlərin biliklər əldəetmə səviyyəsi,

Bunlardan əlavə, təkrar zamanı şagirdlərin müstəqil işinin səmərəli priyomlarını müəllimin necə nəzərə alındığını da aydınlaş-dırmaq lazımdır.

Qabaqcıl məktəb rəhbərləri məhz yuxarıda göstərilən kimi hərəkət edirlər.

Müşahidələr göstərir ki, təkrar zamanı yeni əlavə materiallardan istifadə (proqram dairəsində) şagirdləri daha da fəallaşdırır, onları təlim materialını dərindən öyrənməyə, qavramağa sövq edir.

Təkrarın səmərəliliyi müəllimin təkrar zamanı şagirdlərə fərdi yanaşmasından da xeyli dərəcədə asılıdır. Məktəb rəhbərləri bunu nəzərə alaraq, dərslərdə olarkən və ya müəllimlərlə söhbət edərkən ona diqqət yetirməlidirlər ki, müəllimlər təkrar əsnasında müstəqil işin səmərəli priyomlarını (başlıca məsələləri ayırmaİı, zəruri bilikləri yada salmaİı, materialları sistemləşdirməyi və ümumiləşdirməyi və s. ) şagirdlərə necə öyrətmişlər.

Direktor və onun təlim-tərbiyə işləri üzrə müavini müəllimlərin şagirdlərdəki geriliyi aradan qaldırmaq üçün nə kimi tədbirlər gördüyünü daim müşahidə altında saxlamalıdırlar.
 
Onlar çalışmalıdırlar ki, ayrı-ayrı şagirdlər müəllimlərin diqqətindən kənarda qalmasınlar;
 
müəllimlər müvafiq təlim materialının seçilməsi, onun şərh edilməsi metodikasına yiyələnsinlər;
 
onlar şagirdlərin fərdi xüsusiyyətlərini və bilik səviyyəsini bilsinlər; şagirdlər təlim prosesində fəal olsunlar və s.
 
Bu məsələlərin təlim prosesinin yüksək səmərəliliyi uğrunda mübarizə şəraitində böyük əhəmiyyəti vardır.

Ümumiyyətlə, hər bir müəllimin başlıca vəzifəsi təlimin keyfiyyətini daim yüksəltməkdən ibarətdir. Söz yox ki, həmin iş, əsasən, müəllimin praktik fəaliyyəti ilə həyata keçirilir. Məktəb rəhbərlərinin müəllimlərin işinə düzgün rəhbərlik etmələri məktəbdə təlim prosesinin təkmilləşdirilməsi, təlimin müvəffəqiyyəti üçün həlledici əhəmiyyətə malikdir.
 
O.H.Rzayev,S.M.Məmmədov,Ş.N.İsmayılov TƏHSİLİN İDARƏ OLUNMASININ ƏSASLARI

 

 


 




Aztest.info





Müzakirə:



Keçidlər:





Reklam yeri:

loading...

Həmçinin oxuyun:

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Metodbirləşmələr.

Metodbirləşmələr.

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr