
Bakı Slavyan Universiteti Kitabxana Resurs İnformasiya Kompleksinin direktoru vəzifəsinə vakansiya elan edir.
AzTehsil.com xəbər verir ki , bu haqda universitet FB səhifəsində məlumat yayıb.
Vakansiya: Kitabxana Resurs İnformasiya Kompleksinin (KRİK) direktoru
Namizədə olan tələblər:
LMS (Library Management System), dataların idarəolunması, informasiya idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil və ən azı 2 illik iş təcrübəsi;
Müasir kitabxana texnologiyaları (Koha, Alma, WorldShare Management Services və s.) və elektron resurslarla işləmə bacarığı;
Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili bilikləri üstünlükdür;
Təşkilatçılıq, liderlik və effektiv ünsiyyət bacarıqları;
Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Universitetin missiyası və məqsədlərinə uyğun olaraq Kitabxana Resurs və İnformasiya Kompleksinin fəaliyyətinin təşkili və idarə edilməsi.
Universitetin tələbə və akademik heyətinin kitabxana xidmətlərinə əlçatanlığın təmin edilməsi.
Ex Libris, Koha və ya Alma kimi kitabxana idarəetmə sisteminin (LMS) tədbiqi, informasiya resurslarının əldə olunmasının planlaşdırılması və həyata keçirilməsi.
KRİK mənbələrinin rəqəmsallaşdırılması və EBSCOhost, ProQuest və JSTOR kimi bazalarına inteqrasiyasının təmin edilməsi.
Kompleksin fəaliyyətinin inkişafı üçün strategiyaların hazırlanması və həyata keçirilməsi.
KRİK xidmətlərinin E-BSU sisteminə inteqrasiyasının təmin edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi:
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Son müraciət tarixi: 31.03.2025-ci il
Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində, mail-də mövzu hissəsində “Kitabxana Resurs və İnformasiya Kompleksinin (KRİK) direktoru” qeyd olunaraq hr-cv@bsu-uni.edu.az ünvanına göndərilməlidir.