AzTehsil.com


Xəbərlər / Müəllim
23 oktyabr 2019
1 744


Təhsildə inqilab edən strategiya 6 yaşında



Təhsildə inqilab edən strategiya 6 yaşında

 

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasının 6 ili tamam olur.

Dövlət Strategiyasının qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində işlər görülüb.

Strategiyanın qəbulundan ötən altı il ərzində təhsildə hansı dəyişikliklər, nə kimi yeniliklər baş verib?
 
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, kurikulum mütəxəssisi  Ənvər Abbasov AzEdu.az-a açıqlamasında bildirib ki, yeni təhsil məzmununun yaradılması istiqamətində standart və kurikulumların hazırlanmasına dair işlər aparılıb:

"Proses bu gün də davam etməkdədir.  Təhsilin məzmunu nə qədər mükəmməl, təkmil olarsa, digər məsələləri həll etmək də mümkün olar. Yeni resursların yaradılması, müəllim kadrların hazırlığı ilə bağlı xeyli işlər görülüb. Son dövrlərdə müəllimlərin seçilməsi və təkmilləşdirilməsi istiqamətində işlər aparılır, onların yeni tələblərə uyğun inkişaf etdirilməsi məqsədilə çoxlu tədbirlər həyata keçirilir. Yeni qiymətləndirmə sisteminin formalaşdırılması üçün ardıcıl işlər aparılır.  Xüsusilə, son dövrlərdə məktəbdaxili qiymətləndirmə işi təkmilləşdirilib. Məktəblərdə keçən ildən bəri yeni qaydalar əsasında işlər görülür. Şagirdlərin təlim yükünün azadılması, məktəbin artıq yükdən azad olunması baxımından bu qaydaların əhəmiyyəti var”.

Ənvər Abbasovun sözlərinə görə, yeniliklərdə summativ qiymətləndirmənin sayının azaldılması nəzərə alınıb:

"Diaqnostik, formativ və summativ qiymətləndirmələrin fəaliyyətində xeyli qaydalar təkmilləşdirilib. İdarəetmə sistemində işlər aparılır. Ali təhsillə bağlı yeni Dövlət Proqramı qəbul olundu. Ümumiyyətlə, ali təhsil sisteminin infrastrukturunun, məzmununun təkmilləşdirilməsi, yeni standart və kurikulumların hazırlanması istiqamətində böyük addımlar atılır. Müəllimlərin əməkhaqqısı artırılıb və artırılmaqda davam edir. Gələcəkdə müəllimlərin sertifikasiya olunması da gözlənilir. Bunun özü onların fəaliyyətinə verilən dəyərdir. Təhsil böyük dəryadır. Valideyn-məktəb əlaqələri ilə bağlı da xeyli inkişaf əldə etmişik. Ehtiyat  dərsliklərin yaradılması dərslik hazırlığı sisteminin təkmilləşdirilməsi baxımından doğru yanaşmadır”.

Millət vəkili Asim Mollazadə qeyd edib ki, strategiya çərçivəsində təhsilin inkişafına xidmət edən müvafiq addımlar atılır:

"Azərbaycan Parlamenti təhsillə əlaqədar bütün qanunları hazırlayıb. Yaxın vaxtlarda zəruri islahatların hüquqi bazası tam hazır vəziyyətdə olacaq. Məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili və elm haqqında qanunlar özü özlüyündə təhsil sistemində zəruri işlərin inkişafı üçün nəzərdə tutulub.

Bu, yekun prosesdir. Təhsil sisteminin təkmilləşdirilməsi mütəmadi olaraq davam etdirilməlidir. Bu istiqamətdə yeni strateji planın hazırlanmağı da mühüm amildir. Azərbaycan xalqının gələcəyi və təhsilin keyfiyyətinin dünya səviyyəsinə çatdırılması məsələlərinə ciddi diqqət yetirməliyik”.

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi  Fərrux Rüstəmovun qənaətinə görə, 6 il ərzində qarşıya qoyulan məqsədlər üzrə xeyli işlər görülüb:

"Müəllimlərin seçimində obyektivlik təmin olunub. İnfrastrukturun yenilənməsində xeyli yeniliklər tətbiq olunub. Əməkhaqqının stimullaşdırılması istiqamətində Cənab Prezident tərəfindən ayrı-ayrı vaxtlarda sərəncamlar imzalanıb. Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əmək haqqıları xeyli artırılıb.

Respublikada 5 mindən artıq müəllim min manatdan artıq əməkhaqqı alır. Beynəlxalq münasibətlərdə xeyli irəliləyişlər əldə edilib, təhsil məzmununun və dərsliklərin yenilənməsində xeyli yeniliklər var. Ən böyük problemlərdən biri ibtidai sinif şagirdlərinin dərs yükünün həm fiziki, həm zehni ağırlığı ilə bağlı idi. Bununla bağlı da işlər görülüb, proqramlar müəyyən qədər sadələşdirilib. 150-yə yaxın məktəbdə dərslikləri yarı bölüblər. Yarım ildə bir riyaziyyat dərsliyi, ikinci yarımildə isə II dərslik istifadə olunur. Bu da şagirdlərin fiziki yükünün azaldılmasına xidmət edir”.

Fərrux Rüstəmov vurğulayıb ki, ən böyük uğurlardan biri müəllimlik peşəsinə marağın artmasıdır:

"Yüksək bal toplayıb ixtisas seçimində ilk yeri müəllimlik qeyd edənlərə əlavə olaraq 100 manat təqaüd verilir. Bu da çox böyük uğurdur. Keçən il 2 mindən yuxarı şəxs yüksək balla universitetlərə qəbul olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif fakültəsinə 129 nəfər 500-dən yuxarı balla daxil olub. Bu tarixdə olmamış hadisədir. Filologiya fakültəsinə heç kim 500-dən aşağı balla qəbul olunmayıb. İbtidai sinif müəllimliyinə 572 balla daxil olan tələbəmiz var. Yaxşı müəllim yetişdirmək yaxşı tələbə seçimindən başlayır. Qarşıya qoyulan məqsədlərin xeyli hissəsi reallaşıb. Təbii ki, reallaşmayanlar da var. Ümid edirik, yaxın gələcəkdə onlar da öz həllini tapacaq”.
azedu.az



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Nazir: “Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır”

Nazir: “Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır”

“Bəzi müəllimlərin savadı öz şagirdlərindən aşağıdır” - Fərrux Rüstəmov

“Bəzi müəllimlərin savadı öz şagirdlərindən aşağıdır” - Fərrux Rüstəmov

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində